Məhkəmə qərarları › İş №e-2(017)-1356/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1356/2024

08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1356/2024 08.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1878 manat pulun və 200 manat hüquqi yardım üçün ödənmiş xidmət haqqının alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bir yerdə işləmiş və işlədikləri dövrdə, yəni xx.xx.2016-cı il tarixdə cavabdeh illik faiz dərəcəsi 2.4167 faiz olmaqla 24 ay müddətinə "xxxx" QSC-dən 10000 manat məbləğində kredit götürmüş, iddiaçı da iş yoldaşı kimi cavabdehə zamin durmuşdur. İddiaçı krediti götürəndən sonra ordudan təxris olunmuş və bundan sonra iddiaçıya məlum oldu ki, cavabdeh krediti ödəməmiş və buna görə bank tərəfindən Beyləqan Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin qətnaməsi ilə müştərək qaydada iddiaçıdan, cavabdehdən və digər zaminlərdən ümumilikdə 4692.29 manat kredit borcunun tutulması qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən iddiaçının təqaüdübdən ümumilikdə 1878 manat pul tutularaq "xxxx" QSC-yə ödənilmişdir. İddiaçı cavabdehdən qeyd olunan 1878 maat pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 1878 manat pulun və 200 manat hüquqi yardım üçün ödənmiş xidmət haqqının alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(020)- 193/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh, İddiaçı, X5 və X1 müqavilə üzrə müstərək qaydada 3092,39 manat məbləğində əsas, 1399,90 manat faiz və 200 manat cərimə borcu, ümumilikdə 4692,29 manat məbləğində kredit borcu və 21 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. İşdə olan şıxarışlardan görünür ki, Cavabdeh öhdəliklərinin icrasını təmin etmək üçün zamin İddiaçı tərəfindən ümumilikdə 1878 manat pul "xxxx" ASC-yə ödənilmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. İş materiallarından göründüyü kimi Cavabdeh "xxxx" QSC ilə kredit müqaviləsi bağlayaraq "xxxx" ASC-dən kredit götürmüşdür. Həmçinin "xxxx" QSC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh zamin durmuşdur. Cavabdeh "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən bank tərəfindən Beyləqan Rayon Məhkəməsinə müraciət olunmuş və Beyləqan Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(020)-193/2020 saylı qətnaməsinə əsasən Cavabdeh, İddiaçı, X5 və X1 müqavilə üzrə müstərək qaydada 3092,39 manat məbləğində əsas, 1399,90 manat faiz və 200 manat cərimə borcu, ümumilikdə 4692,29 manat məbləğində kredit borcu və 21 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən İddiaçı təqaüdündən ümumilikdə 1878 manat pul tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı 1878 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh kredit borcuna görə İddiaçı tərəfindən ödənilmiş 1878 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan 115366 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 200 manat hüquqi yardım üçün xidmət haqqı ödənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 38 manat 78 qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməli və 200 manat xidmət haqqı tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1878 manat pul və 200 manat hüquqi yardım üçün ödənmiş xidmət haqqı, cəmi 2078 (iki min yetmiş səkkiz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh əlavə olaraq 38 (otuz səkkiz) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar