Məhkəmə qərarları › İş №e-2(017)-1502/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1502/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1502/2024 07.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyəti Cavabdeh qarşı 9665 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Mülki işin məhkəmə hazırlıq iclası zamanı İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində sığorta hadisəsi nəticəsində İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 14165 manat məbləğində zərərin vurlması qeyd olunmuşdur. Lakin, "xxxx" ASC tərəfindən qiymətləndirmə aparılmış və müəyyən edilmişdir ki, sığorta hadisəsi nəticəsində İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10322,80 manat məbləğində zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsi üzrə mütənasib olaraq 3891 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, nəqliyyat vasitəsinə dəymiş 10332,80 manat ziyandan 3891 manat çıxılmalıdır. Göstərdiklərini nəzərə alaraq Cavabdeh İddiaçı MMC-nin xeyrinə 6441,80 manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı-Qazax yolunun 46-cı km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh idarə etdiyi “X7 İİİCDİ” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətində olan, X3 idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək qarşısında gedən “Chevrolet Captiva” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toquşmuşdur. Hadisə baş verən vaxt yol polisinə və sığorta təşkilatına məlumat verilmişdir. DİN BDYP Baş yol patrul xidmətinin inspektoru tərəfindən “X7 İİİCDİ” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, İXP6335384 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “X7 İİİCDİ” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zamanov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbi üzrə inzibati xəta törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 14165 manat məbləğində zərər dəymişdir. Bu barədə “X4” mərkəzinin qiymətləndirmə aktı mövcuddur. Məlum olduğu kimi “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Sonradan "xxxx" ASC tərəfindən qiymətləndirmə aparılmış və müəyyən edilmişdir ki, sığorta hadisəsi nəticəsində İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10322,80 manat məbləğində zərər dəymişdir. "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsi üzrə mütənasib olaraq 3891 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Bakı-Qazax yolunun 46-cı km-də yolnəqliyyat hadisəsi baş vermişdir. Onun idarə etdiyi “X7 İİİCDİ” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətində olan və X3 idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymiş və hazırda da İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətidəymiş ziyanın ödənilməmiş qalan 6441,80 manat hissəsini ondan tələb edir. Maddi imkanı olmadığından maddi zərəri tam ödəmək imkanı yoxdur və gələcəkdə hissəhissə də olsa həmin məbləği ödəyəcəkdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 iyun 2024-cü il tarixli TP 655642 saylı qərarın surətindən görünür ki, 15 iyun 2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati qaydada cərimə olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 iyun 2024-cü il tarixli zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair "xxxx" ASC-nin hesabatından görünür ki, “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 10332,80 manat zərər dəymişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən 3891,01 manat sığorta ödənişi İddiaçı MMCnin hesabına ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024cü il tarixdə, saat 18:00 radələrində Bakı-Qazax yolunun 46-cı km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh idarə etdiyi “X7 İİİCDİ” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətində olan və X3 idarə etdiyi “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək qarşısında gedən “Chevrolet Captiva” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toquşmuşdur. “X7 İİİCDİ” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli, İXP6335384 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokolda “X7 İİİCDİ” minik markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zamanov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbi üzrə inzibati xəta törətməsi qeyd edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymiş, "xxxx" ASC tərəfindən qiymətləndirmə aparılmış və müəyyən edilmişdir ki, sığorta hadisəsi nəticəsində İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10322,80 manat məbləğində zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən baş vermiş sığorta hadisəsi üzrə mütənasib olaraq 3891 manat sığorta ödənişi həyata keçirilmiş, dəymiş xərərin 6441,80 manat hissəsi ödənilməmiş qalmışdır. Yol nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Qeyd olunanlara əsasən İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyəti dəymiş ziyanın ödənilməmiş hissəsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6441,80 manat məbləğində maddi ziyan alınaraq İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 05 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 117 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 117 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 6441,80 manat məbləğində maddi ziyan və ödənilmiş 117 manat dövlət rüsumu, cəmi 6558 (altı min beş yüz əlli səkkiz) manat, 80 (səksən) qəpik alınaraq İddiaçı Məhdud Məsuliyyətlı Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar