Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1676/2024 26.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 40000 manat məbləğində pulun və 210 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, özü üçün ev almaq istəyib. Cavabdeh ona satış üçün evi olduğunu demişdir. Cavabdeh evinin sənədlərinin olmadığını, evi 40000 manata satdığını, evin sənədləri olmadığı üçün ondan aldığı həmin puldan götürərək evin sənədlərini düzəldib onun adına keçirəcəyini demişdir. X3 iştirakı ilə Cavabdeh 40000 manat pul vermişdir. Bundan sonra Cavabdeh evi sənədləşdirib onun adına keçirməmişdir. Cavabdeh 40000 manat pulunu dəfələrlə istəməyinə baxmayaraq sonuncu pulu qaytarmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 149-151-ci maddələrini rəhbər tutaraq Cavabdeh 40000 (qırx min) manat məbləğində pulun və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək göstərdi ki, İddiaçı ilə Cavabdeh və sonuncunun anası X2 arasında olan qarşılıqlı ilkin razılaşmaya əsasən Ağcabədi şəhərində yerləşən yaşadıqları evi 40000 manata satmağı, sənədlər hazırlayıb çıxarış alaraq evi İddiaçı adına keçirməyi, İddiaçı isə evin pulunu tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, evin alqı-satqısı üçün razılaşdıqları 40000 manat pulu nağd şəkildə almasına baxmayaraq Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Başqa sözlə, evin alqı-satqısı baş tutmamışdır. Bu səbəbdən də İddiaçı Cavabdeh evin alqı-satqısı üçün verdiyi 40000 manatı geri istəmişdir. Lakin Cavabdeh pulu qaytarmaqdan heç bir əsaslı səbəb olmadan imtina etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək Cavabdeh iddianı tamamilə rədd etdiyini, hazırkı iddia ilə qeyd olunan tələblə bağlı iddiaçının mövqeyinin tamamilə rədd etdiyini, bundan əvvəl də başqa iddiaçının adı altında analoji tələblərin irəli sürüldüyünü və tələbin baxılmamış saxlandığın, eyni oxşar tələblə çıxış edildiyini qeyd etmişdir. Eyni zamanda, iştirakları olmadan prosesi keçirib, tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, hər iki tərəfi tanıyır. Onlarla aralarında ədavət və düşmənçiliyi yoxdur. İddiaçı ilə Cavabdeh və sonuncunun anası X2 arasında olan qarşılıqlı ilkin razılaşmaya əsasən sonuncular yaşadığı evi 40000 manata satmağı, sənədlər hazırlayıb çıxarış alaraq evi İddiaçı adına keçirməyi, İddiaçı isə evin pulunu tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş 40000 manat pulu onun iştirakı ilə Cavabdeh vermişdir. Cavabdeh isə pulu qəbul etmişdir. Bu barədə 15 sentyabr 2021-ci il tarixdə onun iştirakı ilə qəbz tərtib olunmuş, həmin qəbz hər iki tərəfin və onun tərəfindən imzalanmışdır. Evin pulunun bir hissəsini Aytəkin ondan borc alıb Türkana vermişdir. Lakin Türkan verdiyi vədə əməl etməmiş, evin çıxarışını alıb, söz verdiyi kimi evi Aytəkinin adına keçirməmişdir. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, X2 və Cavabdeh yaşadıqları evi 40000 (qırx min) manata Yeni Qaradolaq kənd sakini İddiaçı satmaq barədə razılığa gəlmişlər. Evi dəyərini təşkil edən 40000 manat İddiaçı tərəfindən ödənilmişdir. Qarşı tərəf 2022-ci ilin yanvar ayının 31-dək evin çıxarışını alıb evi İddiaçı adına keçirəcəkləri barədə üzərilərinə öhdəlik götürmüşlər. Vəkil Nümayəndə ərizədə qeyd etdiyi “bundan əvvəl də başqa iddiaçının adı altında analoji tələblərin irəli sürüldüyü” fikri ilə bağlı məhkəmədə araşdırma aparılmış, müəyyən olunmuşdur ki, X1 Türkan Şakir qızına qarşı pul tələbinə dair iddia qaldırmış və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-1008/2024 nömrəli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-402.6-cı maddələrinin tələblərinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh və sonuncunun anası X2 arasında olan qarşılıqlı ilkin razılaşmaya əsasən sonuncular yaşadığı evi 40000 manata satmağı, sənədlər hazırlayıb çıxarış alaraq evi İddiaçı adına keçirməyi, İddiaçı isə evin pulunu tam ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, 40000 manat pulu Cavabdeh vermişdir. Bu barədə 15 sentyabr 2021-ci il tarixdə qəbz tərtib olunmuş, həmin qəbzi hər iki tərəf imzalamışdır. Cavabdeh verdiyi vədə əməl etməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Başqa sözlə, alqı-satqı baş tutmamışdır. Bu səbəbdən də İddiaçı Cavabdeh verdiyi 40000 manatı geri istəmişdir. Lakin Cavabdeh pulu qaytarmaqdan heç bir əsaslı səbəb olmadan imtina etmişdir. Pulun ödənilməsi üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh 40000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 210 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 40000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 210 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-1676/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1676/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver