Məhkəmə qərarları › İş №e-2(017)-1919/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1919/2025

24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1919/2025 24.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı «A-X1 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun və dövlət rüsumunun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “A-X1 Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 1523,99 manat əsas overdraft borcunun və 35,70 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azercell Telecom MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış bağlanmış müqaviləyə əsasən cavabdeh virtual karkt əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2023-cü il tarixdə 1525,20 manat vəsait digər karta köçürmə edərkən kilirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan məbləğdən isdifadə etdiyi üçün ovedrafın yaranmasına səbəb olmuşdur. “A-X1 Təşkilatı” MMC ilə "xxxx" MMC arasında imzalanan 23 iyul 2024-cü il tarixli Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında müqaviləsinə əsasən "xxxx" Cavabdeh qarşı olan 1523,99 manat məbləğindəki tələb hüququ “A-X1 Təşkilatı” QSC-ə keçmişdir. Cavabdeh 07 iyul 2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə borcu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin «A-X1 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 iyul 2023-cü il tarixdə təsdiqlənmiş elektron müqaviləyə əsasən 1523,99 manat əsas overdraft borcu yaranmışdır. İddiaçı «A-X1 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 1523,99 manat əsas borcunun, 35,70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı «A-X1 Təşkilatı» QSC ilə Cavabdeh arasında kredit şərtlərinə görə borc alan Cavabdeh borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdehnın 07 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1523,99 manat əsas əsas ovedraf borcu var. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 07 iyul 2023-cü il tarixdə təsdiqlənmiş elektron kredit müqaviləsinə əsasən 1523,99 manat əsas borcu, 35,70 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı «A-X1 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı «A-X1 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı «A-X1 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35,70 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35,70 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07 iyul 2023-cü il tarixdə təsdiqlənmiş elektron kredit müqaviləsinə əsasən 1523,99 manat əsas overdraft borcu və 35,70 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq «A-X1 Təşkilatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar