Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-197/2024 23.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 25.000 manat borc və iddia qaldırılarkən ödənilmiş 165 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2013-cü ilən 2018-ci ilədək "xxxx" MMC-də satış təmsilçisi, 2019-cu ilin avqust ayından 2022-ci ilin fevral ayınadək isə bölmə rəhbəri vəzifəsində işləmişdir. İddiaçı Cavabdeh "xxxx" MMC-də işləyən vaxtdan tanımışdır. 2021-ci ilin iyun ayında Cavabdeh iddiaçı ilə görüşmüş və iddiaçıdan "xxxx" MMC-yə məxsus “X4”ndan 54000 manat dəyərində məhsul (energetik və spirtli içkilər) verməsini xahiş etmişdir. İddiaçı da cavabdehə hissə-hissə 54000 manat dəyərində məhsul (energetik və spirtli içkilər) vermişdir. Cavabdeh həmin məhsulların pulunu iddiaçıya ödəmişdir. Bundan sonra Cavabdeh yenidən iddiaçıdan hissə-hissə olmaqla, ümumilikdə 61300 manat məbləğində məhsul (energetik və spirtli içkilər) almışdır. Cavabdeh həmin borcunu xx.xx.2021-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya 15000 manat ödəniş etmiş və qalan pulu da xx.xx.2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Lakin, iddiaçı dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəməmişdir. Bununla bağlı iddiaçı Əzizov X2 rayon Polis Şöbəsinə müraciət etmiş və müraciəti əsasında Nəimanov rayon Polis Şöbəsində araşdırma aparılaraq 10 dekabr 2022-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh İddiaçı 25000 manat borcunun olmasını etiraf etmişdir. Ona görə də, Cavabdeh 25000 manat məbləğində borcun və iddia qaldırarkən ödənilmiş 165 manat dövlət rüsumunun, cəmi 25165 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onun və iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının və onun nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 10 dekabr 2022-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarda təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, İddiaçı 25000 manat borcu qalmışdır. Lakin həmin borca görə Əhməd ona 7000 manatlıq hədiyyə verməli və ona ödədiyi pulun 15 %-ni çıxmalı idi. Həmin pullar çıxıldıqdan sonra onlar arasında olan borc bağlanmalı idi. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından göründüyü kimi 2021-ci ilin iyun ayında Cavabdeh İddiaçı "xxxx" MMC-yə məxsus “X4”ndan 54000 manat dəyərində məhsul (energetik və spirtli içkilər) verməsini xahiş etmişdir. İddiaçı da cavabdehə hissə-hissə 54000 manat dəyərində məhsul (energetik və spirtli içkilər) vermişdir. Cavabdeh həmin məhsulların pulunu iddiaçıya ödəmişdir. Bundan sonra, Cavabdeh yenidən iddiaçıdan hissə-hissə olmaqla, ümumilikdə 61300 manat məbləğində məhsul (energetik və spirtli içkilər) almışdır. Cavabdeh həmin borcunu xx.xx.2021-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya 15000 manat ödəniş etmiş və qalan pulu da xx.xx.2021-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Lakin, iddiaçı dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəməmişdir. Cavabdeh İddiaçı 25000 manat borcu qalması Cavabdeh “Cinayət işinin icraatına xitam verilməsi haqqında” 10 dekabr 2022-ci il tarixli qərarda göstərilən ifadəsi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, Cavabdeh qeyd olunan qərarda ifadəsində İddiaçı ona 7000 manatlıq hədiyyə verməli olduğunu və ödədiyi pulun 15 %-i çıxılmalı olmasını və həmin pullar çıxıldıqdan sonra onlar arasında olan borcun bağlanmalı olmasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 25000 manat məbləğində borc pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 22 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 165 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 165 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 25000 manat məbləğində borc və ödənilmiş 165 manat dövlət rüsumu, cəmi 25165 (iyirmi beş min bir yüz altmış beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-197/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-197/2024
23.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver