Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2439/2024 18.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və NC 901 CARS MMC-nə qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və NC 901 CARS MMC-nə qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə iddia verərək, Cavabdeh1 və NC 901 CARS MMC-dən 460 manat məbləğində vurulmuş sığorta ödənişi, 040, manat bank xidmət haqqının və 30 manat dövlət rüsumunun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdə X4 tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, 99- MN-849 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes-Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Mercedes-Benz”markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat nətcəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən dəymiş zərərin məbləği 920 (doqquz yüz iyirmi) manat müəyyən edilmişdir. X2 təqsirli olması Ağcabədi RPŞ DYPB-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “Hyundai Elantra” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ``NC 901 CARS`` MMC-yə idarə etmək üçün verilmişdir. Lakin, ``NC 901 CARS`` MMC heç bir hüququ əsası olmadan “Hyundai Elantra” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün X3 vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 460 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Odur ki, subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 460 manat məbləğində sığorta ödənişinin, 040, manat bank xidmət haqqının, habelə 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər ``NC 901 CARS`` MMC-dən və X1 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Hyundai Elantra” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ``NC 901 CARS`` MMC-yə idarə etmək üçün verilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, dəymiş zərərin məbləği 920 (doqquzyüz iyirmi) manat müəyyən edilmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 460 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X5 ödənilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, borc cavabdehlərdən alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər NC 901 CARS MMC-dən və Cavabdeh1 460 manat məbləğində vurulmuş sığorta ödənişi, 040, manat bank xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2439/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2439/2024
18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver