Məhkəmə qərarları › İş №e-2(017)-2443/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2443/2023

07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2443/2023 07.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat sığorta ödənişinin və 35,40 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Zərdab-Ağcabədi yolunun 18-ci kilometrində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “BMW 316” markalı **-VA- *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada X2 vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada X6 az ağır xəsarət almışdır. “BMW 316” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. X1 zədələnməsi ilə bağlı 1500 manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbrh vermə haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də, Cavabdeh 1500 manat sığorta ödənişinin və 35,40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli aktdan görünür ki, “BMW 316” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Günay Sığorta» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, 1500 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən plastik karta köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbrh vermə haqqında protokoldan görünür ki, Rəsulov X5 Xətalar Məcəlləsinin 332.2-ci və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materiallarından müəyyən edilmişdir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Zərdab-Ağcabədi yolunun 18-ci kilometrində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi “BMW 316” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyada X2 vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada X6 az ağır xəsarət almışdır. “BMW 316” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. X1 zədələnməsi ilə bağlı 1500 manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbrh vermə haqqında protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1500 manat vurulmuş zərər alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 26 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1500 manat vurulmuş zərər və 35,40 manat dövlət rüsumu, cəmi 1535 (bir min beş yüz otuz beş) manat 40 (qırx) qəpik pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar