Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2446/2023 07.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1640 manat sığorta ödənişinin və 37 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 26 yanvar 2023-cü il tarixdə saat 23:20 radələrində Bakı şəhərində Cavabdeh idarə etdiyi “VAZ 21723” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “BMW 520” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil və X1 idarə etdiyi “Nissan Qasqai” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş və zərərçəkənlərə cəmi 1640 manat sığorta ödənişi edilmişdir. “VAZ 21723” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. Ona görə də, Cavabdeh 1640 manat sığorta ödənişinin və 37 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli aktdan görünür ki, “VAZ 21723” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, 800 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən plastik karta köçürülmüşdür. İş materiallarında olan 29 mart 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, 840 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən plastik karta köçürülmüşdür. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Nissan Qasqai” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində ziyan dəymişdir İş materiallarında olan 13 fevral 2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “BMW 520” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 840 manat məbləğində ziyan dəymişdir Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları ilə müəyyən edilmişdir ki, 26 yanvar 2023-cü il tarixdə saat 23:20 radələrində Bakı şəhərində Cavabdeh idarə etdiyi “VAZ 21723” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “BMW 520” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil və X1 idarə etdiyi “Nissan Qasqai” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş və zərərçəkənlərə cəmi 1640 manat sığorta ödənişi edilmişdir. “VAZ 21723” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1640 manat vurulmuş zərər alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 26 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 37 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 37 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1640 manat vurulmuş zərər və 37 manat dövlət rüsumu, cəmi 1677 (bir min altı yüz yetmiş yeddi) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2446/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2446/2023
07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver