Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-300/2025 10.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə2 və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə3 və nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonu Hindarx qəsəbəsində fərdi yaşayış evində yerləşən yataq mebel dəsti - 8000 manat, mebel dəsti (masa və 6 oturacaq) - 350 manat, mətbəx mebel dəsti - 450 manat, televizor - 250 manat, televizor altı (şüşəli) - 50 manat, DVD - 120 manat, videomaqnitofon - 130 manat, paltaryuyan - 500 manat, soyuducu - 350 manat, tozsoran 2 ədəd - 300 manat, xalça 3 ədəd - 570 manat, pakrıval - 60 manat, yumşaq mebel dəstinin üstü - 40 manat, süfrə 4 ədəd - 110 manat, çılçıraq 2 ədəd - 150 manat, çılçıraq (masa üstü) - 20 manat, masa (şüşəli) - 150 manat, pərdə - 200 manat, güldan 2 ədəd - 50 manat, mikser - 35 manat, şirə çəkən maşın 2 ədəd - 180 manat, ət çəkən maşın - 150 manat, qazan dəsti - 90 manat, qazan - 50 manat, boşqab dəsti “Aura” - 60 manat, boşqab dəstləri - 185 manat, meyvə qabı 10 ədəd - 150 manat, güldan 3 ədəd - 75 manat, su qrafini dəsti 2 ədəd - 45 manat, fincan və nəlbəki dəsti 4 ədəd - 135 manat, su üçün bokal dəsti - 95 manat, çaydan 2 ədəd - 55 manat, qaşıq dəsti - 60 manat, qaz sobası (masa üstü) - 55 manat, aspirator - 150 manat, yorğan-döşək - 330 manat, nahar üçün qab-qacaq dəsti - 350 manat, təzə geyim, pal-paltar - 900 manat olmaqla, cəmi 15000 manat dəyərində cehiz əşyalarımın Cavabdeh sahibliyindən alınaraq ona qaytarılması və Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi evin dəyərinin ½ hissəsi, yəni 15000 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxaırılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə evlənib ailə həyatı qurmuşlar. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı qurarkən onlar bir müddət cavabdehin ata evində yaşamışlar və 2019-cu ildə öz evlərinə, yəni Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər. İddiaçıya hədiyyə edilmiş cehiz əşyaları da həmin evdə yerləşir. İddiaçı ilə cavabdeh 2022-ci ildə ayrılmışlar və iddiaçı həmin vaxta kimi göstərilən evdə yaşamışdır. Cavabdehlər mübahisəli fərdi yaşayış evinin 2011-ci ildə tikilməsini göstərsələr də, iddiaçı həmin evə 2019-cu ildə köçmüşdür. Bu halların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı ilə Cavabdeh 2013-cü ildə evlənib ailə həyatı qurmuşlar və həmin ildə də nikahlarını rəsmiləşdirmişlər. İddiaçı ilə cavabdehin birgə nikahlarından 08 fevral 2015-ci il təvəllüdlü X5 və 25 avqust 2017-ci il təvəllüdlü X7 adlı iki nəfər uşaqları olmuşdur. İddiaçı ilə cavabdehin arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı qurarkən onlar cavabdehin ata evində yaşamışlar və 2019-cu ildə öz evlərinə, yəni Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşlər. 2019-cu ildə həmin evin təmir olunmasında şəxsən iştirak etmişdir. İddiaçıya hədiyyə edilmiş cehiz əşyaları da həmin evdə yerləşir. İddiaçı ilə cavabdeh 2022-ci ildə ayrılmışlar və iddiaçı həmin vaxta kimi göstərilən evdə yaşamışdır. Göstərdiyi kimi mübahisəli fərdi yaşayış evi iddiaçı ilə cavabdeh birgə nikah dövründə əldə etmişlər və ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə evlənib ailə həyatı qurmuşlar. İddiaçı ilə cavabdeh evlənib ailə həyatı qurarkən bir müddət cavabdehin ata evində yaşamışlar. Mübahisəli mənzil 2011-ci ildə tikilməsinə başlanılmış və həmin ildə də tikintisi başa çatmışdır. Lakin, sonradan mənzilin otaq hissələrində təmir işləri görülmüşdür. İddiaçı ilə cavabdeh 2019-cu ildə həmin evə köçərək orada yaşamışlar və hazırda da iddiaçıya məxsus cehiz əşyaları həmin evdə yerləşir. Evin 2011-ci ildə tikilməsi rəsmi sənədlərlə və şahid ifadələri ilə tam tasdiq olunur. Belə ki, evin yerləşdiyi torpaq sahəsinin sənədləri 2011-ci ildə əldə edilmiş, dövlət orqanlarının vermiş olduğu sənədlərdə evin tikilməsi 2011-ci il kimi qeyd olunmuşdur. Bundan başqa, iddia ərizəsində göstərilən cehiz əşyaları hal-hazırda cavabdehin evindədir və iddiaçının həmin əmlakı aparmasına cavabdehin etirazı yoxdur. İddiaçıya məxsus cehiz əşyaları hazırda cavabdehin evində olduğundan həmin əmlakın dəyəri barədə də mübahisə yoxdur. İddia ərizəsində göstərilən pal-paltarlar isə iddiaçı tərəfindən aparılmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın qismən, yəni cihiz əşyaları hissəsində təmin edilməsinə etirazı yoxdur və iddia tələbinin qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi Nümayəndə3 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh onun oğludur. İddiaçı ilə Cavabdeh 2013-cü il tarixdə rəsmi nikaha girməklə evlənib ailə həyatı qurmuşlar. İddia ərizəsində göstərilən cehiz əşyaları hazırda cavabdehin evindədir və ona görə də iddianı həmin hissədə qəbul edir. Lakin, iddiada qeyd edilən Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evin bölünməsi ilə razı deyildir. Belə ki, qeyd edilən ev 2011-ci ildə tikilmiş və evin tikinti xərcləri onun tərəfindən çəkilmişdir. Lakin, sonradan həmin evdə cüzi təmir işləri görülmüşdür. İddiaçı ilə cavabdeh 2019-cu ildə, yəni digər oğlu evlənib ailə həyatı qurarkən həmin evə köçmüşlər və 2022-ci ilə kimi həmin evdə yaşamışlar. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın qismən, yəni cehiz əşyaları hissəsində təmin edilməsinə etirazı yoxdur və iddia tələbinin qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, İddiaçı onun xalası nəvəsidir. O, elektrik ustasıdır. Cavabdeh məxsus ev 2019-cu ildə tikilmişdir. Həmin evdə usta kimi işləməmişdir. Lakin, 2020-2021-ci illərdə İradənin atası Mahirin göstərişi ilə həmin evə tikinti materialları aparmışdır. Həmin vaxtlarda Mahir evdə təmir işləri görmüşdür. Həmin vaxt bir neçə dəfə Nümayəndə2 tikinti materialları da alıb vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, dülgər işləyir. 2011-ci ilin may ayında Cavabdeh məxsus evin damını bağlamışdır. Həmin ilin sentyabr ayında isə evin daxilində tavan və döşəmə işləri də görmüşdür. Həmin işlərin haqqını Nümayəndə3 ödəmişdir. Evin damını bağlayarkən evin divarları tam şəkildə hörülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, hörgü və suvaq ustasıdır. 2011-ci ildə Cavabdeh məxsus evin hörgü və suvaq işlərini o, görmüşdür. Qeyd edilən ev 2011-ci il tarixdə tikilmişdir. Belə ki, 2011-ci ilin oktyabr ayında o, Rusiya Fedarasiyasına getmişdir və həmin vaxta kimi Hasilə məxsus evdə usta kimi işləmişdir. Onun zəhmət haqqını Loğman ödəmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh ilə qonşu yaşayırlar. 2009-cu ildə hazırda yaşadığı evə köçmüşdür. Cavabdeh hələ subay olarkən, yəni 2010-2011-ci illərdə özünə ev tikdirməyə başlamışdır. Cavabdeh həmin evə köçdükdən sonra onun evinə qonaq da getmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun qohumudur. 2005-2010-cu illərdə Hindarx bələdiyyəsinin sədri olmuşdur. Bələdiyyə sədri olarkən, yəni 2008-ci ildə Cavabdeh Ağcabədi rayonu Hindarx qəsəbəsində torpaq sahəsi ayırmışdır. Həmin vaxtlarda ilk olaraq torpaq sahəsinə hasar çəkilmiş, daha sonra isə evin tikintisi başlamışdır. Evin tikintisi 2011-ci ildə yekunlaşmışdır. Evin yerləşdiyi torpaq sahəsi də 2011-ci ildə Hasilin adına rəsmiləşdirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(017)-929/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında 05 iyul 2013-cü il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 56 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 08 fevral 2015-ci il tarixdə anadan olmuş X5 və 25 avqust 2017-ci il tarixdə anadan olmuş X7 adlı iki nəfər uşaqların anası-cavabdeh İddiaçı yanında qalmaları müəyyən edilmiş, Cavabdeh 08 fevral 2015-ci il tarixdə anadan olmuş X5 və 25 avqust 2017-ci il tarixdə anadan olmuş X7 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 14 noyabr 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin surətindən görünür ki, Ağcabədi rayonu Hindarx bələdiyyəsinin 12 iyul 2011-ci il tarixli 11 saylı qərarı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayonu Hindarx bələdiyyəsinin 12 iyul 2011-ci il tarixli, 11 saylı iclas protokolunun çıxarışından görünür ki, Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha həyətyanı torpaq sahəsinin bələdiyyə tərəfindən satılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 24 avqust 2011-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Novruzov X4 rayonu Hindarx bələdiyyəsinə 10 fevral 2011-ci il tarixdə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin tikintisi üçün ona 0,08 ha həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Ağcabədi rayonu Hindarx bələdiyyəsinin 12 iyul 2011-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha həyətyanı torpaq sahəsinin bələdiyyə tərəfindən satılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli, 26 saylı arayışdan görünür ki, Ağcabədi rayonu Hindarx qəsəbə sakini Cavabdeh 14 nömrəli təsərrüfatbaşına kitabın 1285-ci səhifəsində olan 90 kv.m yaşayış evi 2011-ci ildə tikilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə evlənib ailə həyatı qurmuşlar və iddia ərizəsində göstərilən cehiz əşyaları iddiaçıya hədiyyə edilmişdir. Bu hal iddiaçının və cavabdehin nümayəndələrinin və vəkillərinin məhkəmə baxışı zamanı vermiş olduqları izahatları ilə də öz təsdiqini tapmışdır. Həmçinin həmin əmlakların iddiaçı tərəfindən götürülməsinə də cavabdehin etirazı yoxdur. Qeyd olunan əşyaların dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında həmin əmlakın qiymətləri ilə bağlı mübahisə də olmadığından cavabdehdən alınaraq iddiaçıya verilməli olan əşyalarının qiymətləri iddia ərizəsində göstərilən qiymətlərlə müəyyən edilməlidir. Bundan başqa, İddiaçı iddia ərizəsində 900 manat təzə geyim paltarlarını tələb etsə də, məhkəmə baxışı zamanı həmin paltarların cavabdehdə olması öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı birgə nikah dövründə əldə edilmiş Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edildiyini və həmin evin dəyərinin ½ hissəsinin, yəni 15000 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.2, 32.2.1 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarının 3.6-cı bəndində qeyd olunmuşdur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Həmin qərarın 3.9-cu bəndində bəndində qeyd olunmuşdur ki, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Həmin Qəraraın 3.10-cu bəndinə əsasən prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. Həmin Qərarın 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Həmin Qərarın 4.11-ci bəndində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədi, Ağcabədi rayon Hindarx bələdiyyəsinin 12 iyul 2011-ci il tarixli, 11 saylı iclas protokolunun çıxarışı, 24 avqust 2011-ci il tarixli torpaqların alqı-satqısına dair akt, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli, 26 saylı arayış və şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evi 2011-ci ildə tikilmiş, iddiaçı ilə cavabdeh isə 05 iyul 2013-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmişlar. Ona görə də, həmin yaşayış evi İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilə və onun dəyəri İddiaçı ilə Cavabdeh arasında bölünə bilməz. Həmçinin iddiaçı tərəf həmin yaşayış evinin birgə nikah dövründə əldə edilməsini göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh yataq mebel dəsti və ya olmadıqda onun dəyəri 8000 (səkkiz min) manat, mebel dəsti (masa və 6 oturacaq) və ya olmadıqda onun dəyəri 3500 (üç min beş yüz) manat, mətbəx mebel dəsti və ya olmadıqda onun dəyəri 450 (dörd yüz əlli) manat, televizor və ya olmadıqda onun dəyəri 250 (iki yüz əlli) manat, televizor altı (şüşəli) və ya olmadıqda onun dəyəri 50 (əlli) manat, DVD və ya olmadıqda onun dəyəri 120 (bir yüz iyirmi) manat, videomaqnitofon və ya olmadıqda onun dəyəri 130 (bir yüz otuz) manat, paltaryuyan və ya olmadıqda onun dəyəri 500 (beş yüz) manat, soyuducu və ya olmadıqda onun dəyəri 350 (üç yüz əlli) manat, 2 ədəd tozsoran və ya olmadıqda onun dəyəri 300 (üç yüz) manat, 3 ədəd xalça və ya olmadıqda onun dəyəri 570 (beş yüz yetmiş) manat, pakrıval və ya olmadıqda onun dəyəri 60 (altmış) manat, yumşaq mebel dəstinin üstü və ya olmadıqda onun dəyəri 40 (qırx) manat, 4 ədəd süfrə və ya olmadıqda onun dəyəri 110 (bir yüz on) manat, 2 ədəd çılçıraq və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, çılçıraq (masa üstü) və ya olmadıqda onun dəyəri 20 (iyirmi) manat, masa (şüşəli) və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, pərdə və ya olmadıqda onun dəyəri 200 (iki yüz) manat, 2 ədəd güldan və ya olmadıqda onun dəyəri 50 (əlli) manat, mikser və ya olmadıqda onun dəyəri 35 (otuz beş) manat, 2 ədəd şirə çəkən maşın və ya olmadıqda onun dəyəri 180 (bir yüz səksən) manat, ət çəkən maşın və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, qazan dəsti və ya olmadıqda onun dəyəri 90 (doxsan) manat, qazan və ya olmadıqda onun dəyəri 50 (əlli) manat, “Aura” boşqab dəsti və ya olmadıqda onun dəyəri 60 (altmış) manat, boşqab dəstləri və ya olmadıqda onun dəyəri 185 (bir yüz səksən beş) manat, 10 ədəd meyvə qabı və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, 3 ədəd güldan və ya olmadıqda onun dəyəri 75 (yetmiş beş) manat, 2 ədəd su qrafini dəsti və ya olmadıqda onun dəyəri 45 (qırx beş) manat, 4 ədəd fincan və nəlbəki dəsti və ya olmadıqda onun dəyəri 135 (bir yüz otuz beş) manat, su üçün bokal dəsti və ya olmadıqda onun dəyəri 95 (doxsan beş) manat, 2 ədəd çaydan və ya olmadıqda onun dəyəri 55 (əlli beş) manat, qaşıq dəsti və ya olmadıqda onun dəyəri 60 (altmış) manat, qazsobası (masa üstü) və ya olmadıqda onun dəyəri 55 (əlli beş) manat, aspirator və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, yorğan-döşək və ya olmadıqda onun dəyəri 330 (üç yüz otuz) manat, nahar üçün qab-qacaq dəsti və ya olmadıqda onun dəyəri 350 (üç yüz əlli) manat alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci 130 manat dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 132,30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh yataq mebel dəsti və ya olmadıqda onun dəyəri 8000 (səkkiz min) manat, mebel dəsti (masa və 6 oturacaq) və ya olmadıqda onun dəyəri 3500 (üç min beş yüz) manat, mətbəx mebel dəsti və ya olmadıqda onun dəyəri 450 (dörd yüz əlli) manat, televizor və ya olmadıqda onun dəyəri 250 (iki yüz əlli) manat, televizor altı (şüşəli) və ya olmadıqda onun dəyəri 50 (əlli) manat, DVD və ya olmadıqda onun dəyəri 120 (bir yüz iyirmi) manat, videomaqnitofon və ya olmadıqda onun dəyəri 130 (bir yüz otuz) manat, paltaryuyan və ya olmadıqda onun dəyəri 500 (beş yüz) manat, soyuducu və ya olmadıqda onun dəyəri 350 (üç yüz əlli) manat, 2 ədəd tozsoran və ya olmadıqda onun dəyəri 300 (üç yüz) manat, 3 ədəd xalça və ya olmadıqda onun dəyəri 570 (beş yüz yetmiş) manat, pakrıval və ya olmadıqda onun dəyəri 60 (altmış) manat, yumşaq mebel dəstinin üstü və ya olmadıqda onun dəyəri 40 (qırx) manat, 4 ədəd süfrə və ya olmadıqda onun dəyəri 110 (bir yüz on) manat, 2 ədəd çılçıraq və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, çılçıraq (masa üstü) və ya olmadıqda onun dəyəri 20 (iyirmi) manat, masa (şüşəli) və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, pərdə və ya olmadıqda onun dəyəri 200 (iki yüz) manat, 2 ədəd güldan və ya olmadıqda onun dəyəri 50 (əlli) manat, mikser və ya olmadıqda onun dəyəri 35 (otuz beş) manat, 2 ədəd şirə çəkən maşın və ya olmadıqda onun dəyəri 180 (bir yüz səksən) manat, ət çəkən maşın və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, qazan dəsti və ya olmadıqda onun dəyəri 90 (doxsan) manat, qazan və ya olmadıqda onun dəyəri 50 (əlli) manat, “Aura” boşqab dəsti və ya olmadıqda onun dəyəri 60 (altmış) manat, boşqab dəstləri və ya olmadıqda onun dəyəri 185 (bir yüz səksən beş) manat, 10 ədəd meyvə qabı və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, 3 ədəd güldan və ya olmadıqda onun dəyəri 75 (yetmiş beş) manat, 2 ədəd su qrafini dəsti və ya olmadıqda onun dəyəri 45 (qırx beş) manat, 4 ədəd fincan və nəlbəki dəsti və ya olmadıqda onun dəyəri 135 (bir yüz otuz beş) manat, su üçün bokal dəsti və ya olmadıqda onun dəyəri 95 (doxsan beş) manat, 2 ədəd çaydan və ya olmadıqda onun dəyəri 55 (əlli beş) manat, qaşıq dəsti və ya olmadıqda onun dəyəri 60 (altmış) manat, qazsobası (masa üstü) və ya olmadıqda onun dəyəri 55 (əlli beş) manat, aspirator və ya olmadıqda onun dəyəri 150 (bir yüz əlli) manat, yorğan-döşək və ya olmadıqda onun dəyəri 330 (üç yüz otuz) manat, nahar üçün qab-qacaq dəsti və ya olmadıqda onun dəyəri 350 (üç yüz əlli) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumundan 132 (bir yüz otuz iki) manat 30 (otuz) qəpik Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-300/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-300/2025
10.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver