Məhkəmə qərarları › İş №e-2(017)-654/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-654/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-654/2025 28.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Zərdab rayonu, Pərvanlı kəndinin girəcəyində idarə etdiyi MTZ80 markalı 04-BA195 dövlət qeydiyyat nişanlı traktorla yük daşıma qaydalarını pozmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı Məhdud Məsuliyyət Cəmiyyətinin (bundan sonra İddiaçı MMC) X3 Zərdab şöbəsinə məxsus istismarda olan FO-8 və FO-12 kabellərin zədələyərək sıradan çıxarmışdır. Qeyd olunan zədələnmə nəticəsində İddiaçı MMC-yə 291,24 manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd olunan zədələnmələr ilə əlaqədar İddiaçı MMC-nin X3 Zərdab şöbəsinin işçilərinin iştirakı ilə xx.xx.2024-cü iltarixdə akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi istiqamətində hər hansı bir addım atılmamış, vurulmuş ziyan bu günə kimi ödənilməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 291,24 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək iddianın tam təmin olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Zərdab rayonu, Pərvanlı kəndinin girəcəyində idarə etdiyi MTZ80 markalı 04-BA195 dövlət qeydiyyat nişanlı traktorla yük daşıma qaydalarını pozmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı Məhdud Məsuliyyət Cəmiyyətinin (bundan sonra İddiaçı MMC) X3 Zərdab şöbəsinə məxsus istismarda olan FO-8 və FO-12 kabellərin zədələyərək sıradan çıxarmışdır. O, idarə etdiyi MTZ80 markalı 04-BA195 dövlət qeydiyyat nişanlı traktora vurulmuş yükün çox olmasını bildirsə də, ondan yükün aparılması tələb olunmuş və nəticə də həmin hadisə baş vermişdir. Dəymiş zərəri hissə-hissə ödəyəcəyinə söz verərək iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş X3 Zərdab şöbəsinin nümayəndələri-ARF-nın Zərdab şöbəsinin XQİS-nun müdiri Q.Məmmədov, TKS-nun mühəndisi M.İsmayılov və XQİS-nun kabel lehmləyici N.Əlizşazəd tərəfindən tərtib edilmiş 22 iyun 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh Zərdab rayon Pərvanlı kəndinun girəcəyində yol keçidində FO-8 markalı kabel 80 metr, FO-12 markalı kabel 80 metr məsafədə zədələnmişdir. Zədələnmə nəticəsində yeniqoşulmuş 50 abunəçinin internet xətti tamamilə dayanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 24 iyun 2024-cü il tarixli yekun lokal smetasından görünür ki, Zərdab rayonu Pərvanlı kəndi ərazisində FO-8 və FO-12 rabitə kabelinin bərpası üçün boşdayanma ilə birlikdə 294,21 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 02 avqust 2024-cü il tarixli 3-27-108/54/1-193-2024 nömrəli məktubdan görünür ki, Cavabdeh Zərdab rayonu Pərvanlı kəndi ərazisində traktorla yük daşıma qaydalarını pozmaqla istismarda olan FO-8 və FO-12 rabitə kabelinin yararsız hala salınması nəticəsində 291,21 manat məbləğində dəymiş zərərin könüllü surətdə ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun məcburi qaydada ödənilməsini təmin etmək məqsədilə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim edilmiş 24 iyun 2024-cü il tarixli arayışdan məlum olur ki, baş vermiş hadisə ilə bağlı tərtib edilmiş Lokal smeta üç hissədən ibarətdir. 1. FO-8, 80 metr olmaqla dəyəri 0,828 məbləğ 66,24 manat təşkil edir. 2. F-12, 80 metr olmaqla dəyəri 0,828, məbləğ 66,24 manat, 3. Spiletter 1*8 3 ədəd qiymət 38,112 məbləğ 11,34 manat, ƏDV 18% məbləğ 44,43 manat olmaqla, ümumilikdə 291,24 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 3.10-cu bəndinə görə yaşayış məntəqələrinin yenidən qurulması, ayrı-ayrı binaların, yolların, körpülərin təmiri, meliorasiya işlərinin görülməsi, faydalı qazıntı yataqlarının emalı zamanı və bu kimi digər hallarda telekomunikasiya qurğularının köçürülməsi və ya yenidən qurulması sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisinin texniki şərtlərinə uyğun şəkildə həyata keçirilir. Həmin Qaydaların 4.1.8-ci bəndinə görə telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması qadağandır. İşin yuxarıda göstərilən hallarına əsasən isə müəyyən edilir ki, Cavabdeh tərəfindən 22 iyun 2024cü il tarixdə Zərdab rayonunun Pərvanlı kəndi ərazisində traktorla yük daşıma qaydalarını pozmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı X5 şöbəsinə məxsus istismarda olan FO-8 və FO-12 kabellərin zədələyərək sıradan çıxarmış, bununla “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 3.10 və 4.1.8-ci maddələrinin tələblərini pozmuş, nəticədə İddiaçı MMC-yə məxsus kabel qurğuları zədələnmişdir. İddiaçı MMC-yə məxsus kabel qurğularının bərpa işlərinin dəyəri 291,24 manat təşkil edir. Belə olan halda məhkəmə Cavabdeh törətdiyi maddi hüquq pozuntusu (delikt) nəticəsində İddiaçı MMC-yə maddi zərər vurulması iş materialları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC ona vurulmuş real zərərin əvəzi olaraq 291,24 manat məbləğində pul vəsaitinin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 291,24 manat məbləğində dəymiş zərər alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 15 yanvar 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 291 manat 24 qəpik məbləğində dəymiş zərər və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 321 (üç yüz iyirmi bir) manat 24 (iyirmi dörd) qəpik alınaraq İddiaçınə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar