Məhkəmə qərarları › İş №e-2(018)-568/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-568/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-568/2024 12.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-i Cavabdeh qarşı iddia qaldıraraq, “Vaz-210074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 740 (yeddi yüz qırx) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz manat ) manat dövlət rüsumu, cəmi 770 (yeddi yüz yetmiş manat) manat pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin iddia ərizəsini belə əsaslandırmışdır ki, 28 aprel 2022ci il tarixdə X7 tərəfindən idarə olunan “Vaz-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törədərək, Cavabdeh tərəfindən idarə olunan “UAZ Fayton” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. PAT ********** nömrəli sığorta müqaviləsinin 118219 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi X4 idarə etdiyi “VAZ 21074” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı Sığorta Şirkətində avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən hadisə zamanı “UAZ Fayton” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 740 AZN (yeddi yüz qırx manat) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş REF **********/531309646 nömrəli bank qəbzindən görünür ki, “UAZ Fayton” markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən Cavabdeh 740 AZN (yeddi yüz qırx manat) sığorta ödənişi həyata keçirmişdir. Sonradan məlum olmuşdur ki, Astara Rayon Məhkəməsinin 3(018)-307/2022 saylı, 04 may 2022-ci il tarixli inzibati xəta haqqında qərarında göstərilib ki, məhkəmə iclası zamanı zərərçəkən Cavabdeh ona dəymiş ziyanın zərərvuran şəxs tərəfindən ödənildiyini bildirib və zərərvuran X5 yüngül cəza verilməsini xahiş etmişdir. Bu hal əsasında hesab edirik ki zərərçəkən Cavabdeh dəymiş ziyanın ödənilməsinə baxmayaraq, əlavə olaraq İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən ödənilmiş 740 AZN (yeddi yüz qırx manat) sığorta ödənişi əsassız varlanma kimi qiymətləndirilməlidir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alıb zərərçəkən Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 740 (yeddi yüz qırx) manat pulun və 30 manat rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 28 aprel 2022-ci il tarixdə X7 tərəfindən idarə olunan “Vaz-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törədərək, Cavabdeh tərəfindən idarə olunan “UAZ Fayton” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Atəşgah” Sığorta Şirkəti ASC-i tərəfindən onun avtomobilinə dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclası zamanı X6 tanıdığı üçün ondan heç bir şikayəti olmadığını qeyd etmişdir. Halbu ki, X7 ona heç bir ödəniş etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb, iddianın rədd olunması barədə qətnamə qəbul edəsiniz. İddiaçının nümayəndəsi rəsmi olaraq məhkəməyə ərizə təqdim edərək, iddialarının təmin olunmasını və işə onların iştirakı olmadan baxaraq nəticə verilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə Cavabdeh izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda şiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

1. İş materiallarında olan 118219 saylı sığorta aktından məlum olur ki, 03 mart 2022ci ildə tarixdə, “Vaz-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır.

2. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki mənsubiyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə arayışdan” məlum olur ki, 28 aprel 2022-ci il tarixdə X7 tərəfindən idarə olunan “Vaz-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törədərək Cavabdeh tərəfindən idarə olunan “UAZ Fayton” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və həmin hadisə nəticəsində Cavabdeh tərəfindən idarə olunan “UAZ Fayton” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 740 (yeddi yüz qırx) manat zərər dəymişdir.

3. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 3(018)-307/2022 saylı qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir.

4. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan məlum olur ki, İddiaçı Sığorta Şirkəti ASC-i «UAZ Fayton» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 740 (yeddi yüz qırx) manat pul ödənilmişdir.

5. İş materiallarında olan Cavabdeh tərəfindən Astara Rayon Məhkəməsinə ünvanlanmış 04 may 2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Cavabdeh məxsus “UAZ Fayton” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 740 (yeddi yüz qırx) manat həcmində zərər X7 tərəfindən ödənilmişdir. Cavabdeh X5 qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, “Vaz-21074” markalı, **-BF-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. 28 aprel 2022-ci il tarixdə X4 idarə etdiyi “Vaz-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törədərək, Cavabdeh məxsus “UAZ Fayton” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və həmin hadisə nəticəsində Cavabdeh tərəfindən idarə olunan “UAZ Fayton” markalı **-BX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 740 (yeddi yüz qırx) manat zərər dəymişdir. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, həmin yol-nəqliyyat hadisəsinə görə Astara Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 3(018)-307/2022 saylı qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. Həmin məhkəmə qərarından və Cavabdeh 04 may 2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizənin məzmunundan görünür ki, X1 Rail Hacıağa oğluna vurduğu ziyanı ödəmişdir və Rail X2rşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı həmçinin müəyyən edildi ki, X7 vurmuş olduğu 740 manat ziyanı Cavabdeh ödəməsinə baxmayaraq, İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar, «UAZ Fayton» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə təkrarən həmin avtomobilin sahibi Cavabdeh 740 (yeddi yüz qırx) manat pul ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.https://eqanun.az/framework/46944 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;https://e-qanun.az/framework/46944 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin qeyd olunan hallarını və qanunvericilik aktının qeyd olunan normalarını əsas götürən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalı, Atəşgah” Sığorta Şirkəti ASC-i tərəfindən Cavabdeh “UAZ Fayton” markalı, **-BX-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 740 (yeddi yüz qırx) manat məbləğində sığorta ödənişi əsassız varlanma kimi qiymətləndirilməklə, həmin məbləğ Cavabdeh alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh vurulmuş ziyan inzibati xəta törətmiş şəxs olan X7 tərəfindən ödənildiyi və bununla bağlı qanuni qüvvədə olan məhkəmə aktı olduğu üçün, İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən X5 qarşı reqress qaydada pul tələb etmək hüququ istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Eyni zamanda, həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 124.1-ci maddələrinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-i tərəfindən ödənilmiş 30 (otuz manat ) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 740 (yeddi yüz qırx) manat pul və iddiaçının ödədiyi 30 (otuz manat ) manat dövlət rüsumu, cəmi 770 (yeddi yüz yetmiş manat) alınıb İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Tərəflər qətnaməni rəsmi qaydada aldıqdan sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar