Məhkəmə qərarları › İş №e-2(018)-651/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-651/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-651/2024 30.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1, Maraqlı şəxs mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisəyə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Maraqlı şəxs mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisəyə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Maraqlı şəxs iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun tərtib etməmişdir. Belə ki, Maraqlı şəxs kiçik mübahisələr üzrə iddia ərizəsində özünü iddiaçı kimi deyil maraqlı şəxs kimi qeyd etmiş, cavabdehi qeyd etməmiş, iddia ərizəsi tərtib etməli olduğu halda kiçik mübahisələr üzrə iddia ərizəsi tərtib etmişdir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Maraqlı şəxs iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Maraqlı şəxs mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisəyə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Maraqlı şəxs izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar