Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-927/2024 04.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulların geri qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sığorta ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkən Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 3000 (üç min) manat sığorta ödənişinin və 50 AZN (əlli) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta ASC-nin nümayəndəsi X1 oğlu elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2024-cü il tarixdə X7 tərəfindən idarə olunan “Mercedes Benz” markalı, “99RN646” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı “90FY277” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 129097 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi X5 idarə etdiyi “Mercedes Benz” markalı, “99RN646” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən hadisə zamanı “Opel Astra” markalı “90FY277” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3000 AZN (üç min manat) məbləğində ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldırmış və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “REF **********/743804336” nömrəli bank qəbzindən görünür ki, “Opel Astra” markalı “90FY277” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə zərərçəkən Cavabdeh 3000 AZN (üç min manat) sığorta ödənişi həyata keçirmişdir. Sonradan onlara məlum olmuş ki, iş materiallarına əlavə edilmiş Astara rayon Məhkəməsinin 3(018)179/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X5 İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinirək 40 manat məbləğində cərimə olunmasına dair Astara Rayon Polis Şöbəsinin DYP-nin polis kapitanı X2 tərəfindən tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibtai xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Zərərçəkən Cavabdeh dəymiş ziyanın ödənilməsinə baxmayaraq əlavə olaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 3000 AZN (üç min manat) sığorta ödənişi əsassız varlanma kimi qiymətləndirilməlidir. Zərərçəkən Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 3000 (üç min manat) sığorta ödənişinin və 50 AZN (əlli manat) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3(018)-179/2024 saylı Astara rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Astara rayonu DYP Bölməsinin polis kapitanı X3 tərəfindən tərtib olunan barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmasına dair 01 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materialına əlavə edilmiş 129097 saylı sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə “Mercedes Benz” markalı, “99RN646” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh əmlakı “Opel Astra” markalı “90FY277” dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh əmlakı “Opel Astra” markalı “90FY277” dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan vurulmuş və Cavabdeh hesabına 3000 (üç min) manat sığorta ödənişi köçürülmüşdür. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Opel Astra” markalı “90FY277” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 3000 (üç min) manat məbləğində qiymətləndirilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli REF **********/743804336 qəbzdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh hesabına 3000 (üç min) manat sığorta ödənişi köçürülmüşdür. İş sənədlərinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta ASC sözügedən zərərin aradan qaldırılması üçün ödənilmiş 3000 (üç min) manat sığorta ödənişi məbləğini Cavabdeh geri ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materialına əlavə edilmiş **********73 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta ASC məhkəməyə iddia verilməsi üçün 50 (əlli) manat dövlət rüsumu ödəmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərəin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna daia etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh əmlakı “Opel Astra” markalı “90FY277” dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh hesabına 3000 (üç min) manat sığorta ödənişi köçürülmüş, lakin Həmçinin, X5 təqsiri sübuta yetirilmədiyindən, AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə olunmasına dair 01 mart 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, nəticədə Cavabdeh heç bir hüquqi əsas olmadan əmlak əldə etmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilərək Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub İddiaçı Sığorta ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub İddiaçı Sığorta ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-927/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-927/2024
04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver