Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-106/2023 28.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalar və ya onların dəyəri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1600 manat dəyərində yataq mebel dəsti, 60 manat dəyərində-sandıq, 75 manat dəyərində pərdə (gün keçirməyən), 308 manat dəyərində pərdə (tül), 280 manat dəyərində qazan dəsti, 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində qazan dəsti, 220 manat dəyərində bıçaq dəsti (çemodan), 95 manat dəyərində bıçaq dəsti, 250 manat dəyərində qaşıq dəsti (çemodan), 100 manat dəyərində döşək, 75 manat dəyərində taxt döşəyi, 160 manat dəyərində yorğan, 120 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 20 manat dəyərində yastıq, 180 manat dəyərində yorğan dəsti silikon, 190 manat dəyərində taxt örtüyü, 180 manat dəyərində taxt örtüyü, 220 manat dəyərində mətbəx robot dəsti, 180 manat dəyərində tava dəsti, 120 manat dəyərində samovar (elektrik), 140 manat dəyərində yataq dəsti, 55 manat dəyərində yataq dəsti, 150 manat dəyərində hamam dəsmalı, 160 manat dəyərində əl-üz dəsmalı, 120 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 30 manat dəyərində stol süfrəsi, 30 manat dəyərində bokal, 20 manat dəyərində sini, 180 manat dəyərində podnos dəsti, 15 manat dəyərində çıraq, 25 manat dəyərində güzgü, 60 manat dəyərində ütü, 12 manat dəyərində qəndqabı, 20 manat dəyərində qəndqabı ayaqlı, 35 manat dəyərində meyvəqabı yumru, 35 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 50 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 150 manat dəyərində boşqab dəsti (zərli), 8 manat dəyərində 2 ədəd qəndqabı, 6 manat dəyərində 2 ədəd qəndqabı, 180 manat dəyərində xalça (3x4), 120 manat dəyərində geyim paltarları (donlar, koftalar, kostyumlar, sumkalar, şalvarlar, alt paltarları), 35 manat dəyərində ayaqqabı, 45 manat dəyərində yay ayaqqabısı, 50 manat dəyərində 2 ədəd krassovka, 180 manat dəyərində 3 ədəd saç feni (düz açan, qurudan, buran), 160 manat dəyərində epilyator cehiz əşyalarının və ya olmadıqda cehiz əşyalarının ümumi dəyəri olan 8128 (səkkiz min bir yüz iyirmi səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 800 manat dəyərində yataq mebel dəsti, 40 manat dəyərində sandıq, 40 manat dəyərində pərdə (gün keçirməyən), 140 manat dəyərində pərdə (tül), 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində bıçaq dəsti (çemodan), 30 manat dəyərində bıçaq dəsti, 140 manat dəyərində qaşıq dəsti (çemodan), 70 manat dəyərində döşək, 50 manat dəyərində taxt döşəyi, 50 manat dəyərində yorğan, 60 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 80 manat dəyərində yorğan dəsti silikon, 180 manat dəyərində taxt örtüyü, 150 manat dəyərində mətbəx robot dəsti, 100 manat dəyərində tava dəsti, 40 manat dəyərində samovar (elektrik), 120 manat dəyərində yataq dəsti, 60 manat dəyərində hamam dəsmalı, 40 manat dəyərində əl-üz dəsmalı, 20 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 24 manat dəyərində bokal, 16 manat dəyərində sini, 105 manat dəyərində podnos dəsti, 10 manat dəyərində çıraq, 20 manat dəyərində güzgü, 30 manat dəyərində ütü, 8 manat dəyərində qəndqabı, 8 manat dəyərində qəndqabı ayaqlı, 30 manat dəyərində meyvəqabı yumru, 30 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 30 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 70 manat dəyərində boşqab dəsti (zərli), 6 manat dəyərində 2 ədəd qəndqabı, 4 manat dəyərində 2 ədəd qəndqabı, 120 manat dəyərində xalça (3x4), 10 manat dəyərində ayaqqabı, 20 manat dəyərində yay ayaqqabısı, 20 manat dəyərində 2 ədəd krassovka, 90 manat dəyərində 3 ədəd saç feni və 60 manat dəyərində epilyator cehiz əşyalarının və ya olmadıqda cehiz əşyalarının ümumi dəyəri olan 3465 (üç min dörd yüz altmış beş) manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Balakən rayon Talalar kənd sakini X5 ilə qeyri-rəmi nikahla evlənmişdir. Nikahlarını rəsmiləşdirməmişlər. X15 evləndikdən 13 gün sonra 2-ci Vətən Müharibəsində, Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə aparılan hərbi əməliyyatlar nəticəsində Şəhid olmuşdur. O, X5 ilə evləndikdən sonra cehiz əşyalarını Elməddinin anasının-Cavabdeh kirayədə yaşadığı Balakən rayonu Mahamalar kəndində yerləşən evinə yerləşdirmişdir. Orada yaşamağa başlamışdır. Elməddin Şindiyev şəhid olduqdan bir müddət sonra qaynanası-iş üzrə Cavabdeh onun evdən getməsini tələb etmişdir. Onun məqsədi dövlət tərəfindən şəhid ailələrinə nəzərdə tutulmuş imtiyazlardan istifadə etməsinə maneə olmaması olmuşdur. O, evdən çıxıb valideynlərinin evinə getmişdir. Gedərkən ona məxsus cehiz əşyaları qaynanasının yaşadığı evdə qalmışdır. Sonradan dəfələrlə cehiz əşyalarını götürmək üçün İnzibati Ərazi Dairəsinə, Balakən RPŞ-nə, Balakən Rayon İcra Hakimiyyətinə müraciətlər etmiş, bütün orqanlar ona məhkəməyə müraciət etməsini bildirmişlər. Ona görə də o, cehiz əşyalarının qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq İddiaçı onun qızı olduğunu, Lalənin xx.xx.2020-ci il tarixdə Balakən rayon Talalar kənd sakini X5 ilə qeyri-rəmi nikahla evləndiyini, nikahlarını rəsmiləşdirmədiklərini, belə ki, Elməddin Şindiyevin evləndikdən 13 gün sonra 2-ci Vətən Müharibəsində, Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə aparılan hərbi əməliyyatlar nəticəsində Şəhid olduğunu, Lalənin atası Qüdrətin və onun valideynlər kimi toy hədiyyəsi olaraq qızı İddiaçı 800 manat dəyərində yataq mebel dəsti, 40 manat dəyərində sandıq, 40 manat dəyərində pərdə (gün keçirməyən), 140 manat dəyərində pərdə (tül), 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində bıçaq dəsti (çemodan), 30 manat dəyərində bıçaq dəsti, 140 manat dəyərində qaşıq dəsti (çemodan), 70 manat dəyərində döşək, 50 manat dəyərində taxt döşəyi, 50 manat dəyərində yorğan, 60 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 80 manat dəyərində yorğan dəsti silikon, 180 manat dəyərində taxt örtüyü, 150 manat dəyərində mətbəx robot dəsti, 100 manat dəyərində tava dəsti, 40 manat dəyərində samovar (elektrik), 120 manat dəyərində yataq dəsti, 60 manat dəyərində hamam dəsmalı, 40 manat dəyərində əl-üz dəsmalı, 20 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 24 manat dəyərində bokal, 16 manat dəyərində sini, 105 manat dəyərində podnos dəsti, 10 manat dəyərində çıraq, 20 manat dəyərində güzgü, 30 manat dəyərində ütü, 8 manat dəyərində qəndqabı, 8 manat dəyərində qəndqabı ayaqlı, 30 manat dəyərində meyvəqabı yumru, 30 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 30 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 70 manat dəyərində boşqab dəsti (zərli), 6 manat dəyərində 2 ədəd qəndqabı, 4 manat dəyərində 2 ədəd qəndqabı, 120 manat dəyərində xalça (3x4), 10 manat dəyərində ayaqqabı, 20 manat dəyərində yay ayaqqabısı, 20 manat dəyərində 2 ədəd krassovka, 90 manat dəyərində 3 ədəd saç feni və 60 manat dəyərində epilyator cehiz əşyaları bağışladığını, İddiaçı həmin cehiş əşyalarını ər evinə apardığını, Lalənin əri Elməddin Şindiyev şəhid olduqdan bir müddət sonra Lalənin qaynanası-iş üzrə Cavabdeh Lalənin evdən getməsini tələb etdiyiyni, nəticədə İddiaçı ər evindən onun evinə gəldiyini, lakin Lalənin cehiz əşyalarının qaynanası Cavabdeh qaldığını və Cavabdeh həmin əşyaları verməkdən imtina etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 17 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək, keçmiş gəlini İddiaçı verilmiş cehiş əşyalarının şahid olmuş oğluna və ona məxsus olduğunu və həmin əşyaları verməkdən imtina etdiyini bildirərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Balakən rayon Talalar kənd sakini X5 ilə qeyri-rəmi nikahla evlənmiş, nikahlarını rəsmiləşdirməmişlər. Elməddin Şindiyev evləndikdən 13 gün sonra 2-ci Vətən Müharibəsində, Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə aparılan hərbi əməliyyatlar nəticəsində Şəhid olmuşdur. İddiaçı toy hədiyyəsi olaraq Lalənin anası Nümayəndə və atası Qüdrət Ocaqverdiyev tərəfindən 800 manat dəyərində yataq mebel dəsti, 40 manat dəyərində sandıq, 40 manat dəyərində pərdə (gün keçirməyən), 140 manat dəyərində pərdə (tül), 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində bıçaq dəsti (çemodan), 30 manat dəyərində bıçaq dəsti, 140 manat dəyərində qaşıq dəsti (çemodan), 70 manat dəyərində döşək, 50 manat dəyərində taxt döşəyi, 50 manat dəyərində yorğan, 60 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 80 manat dəyərində yorğan dəsti silikon, 180 manat dəyərində taxt örtüyü, 150 manat dəyərində mətbəx robot dəsti, 100 manat dəyərində tava dəsti, 40 manat dəyərində samovar (elektrik), 120 manat dəyərində yataq dəsti, 60 manat dəyərində hamam dəsmalı, 40 manat dəyərində əl-üz dəsmalı, 20 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 24 manat dəyərində bokal, 16 manat dəyərində sini, 105 manat dəyərində podnos dəsti, 10 manat dəyərində çıraq, 20 manat dəyərində güzgü, 30 manat dəyərində ütü, 8 manat dəyərində qəndqabı, 8 manat dəyərində qəndqabı ayaqlı, 30 manat dəyərində meyvəqabı yumru, 30 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 30 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 70 manat dəyərində boşqab dəsti (zərli), 6 manat dəyərində 2 ədəd qəndqabı, 4 manat dəyərində 2 ədəd qəndqabı, 120 manat dəyərində xalça (3x4), 10 manat dəyərində ayaqqabı, 20 manat dəyərində yay ayaqqabısı, 20 manat dəyərində 2 ədəd krassovka, 90 manat dəyərində 3 ədəd saç feni və 60 manat dəyərində epilyator cehiz əşyaları bağışlanmış, İddiaçı həmin cehiş əşyalarını ər evinə aparmışdır. Lakin İddiaçı əri Elməddin Şindiyev şəhid olduqdan bir müddət sonra Lalənin qaynanası Cavabdeh Lalənin evdən getməsini tələb etmiş, nəticədə İddiaçı ər evindən anası Nümayəndə evinə gəlmişdir. Lakin İddiaçı cehiz əşyaları qaynanası Cavabdeh qalmış və Cavabdeh həmin cehiz əşyalarını verməkdən imtina etmişdir. İş materiallarında olan Balakən Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 38 nömrəli cehiz əşyalarının bazar qiyməti haqqında mütəxəssis rəyində göstərilir ki, yataq mebel dəsti-1600 manat; 2. Sandıq-60 manat; 3. Pərdə gün keçirməyən 10m x7,50=75 manat; 4. Pərdə tül 14 x 22m=308 manat; 5. Qazan dəsti-280 manat; 6. Qazan dəsti-240 manat; 7. Qazan dəsti-120 manat; 8. Bıçaq dəsti (çemodan)-220 manat; 9. Bıçaq dəsti-95 manat; 10. Qaşıq dəsti (çamadan)-250 manat;11. Döşək 2 x 50=100 manat; 12. Taxt döşəyi - 75 manat; 13. Yorğan - 2 x 80 = 160 manat; 14. Taxt yorğanı - 120 manat; 15. Yastıq 4 x 15 = 60 manat; 16. Yastıq 2 x 10 = 20 manat; 17. Yorğan dəsti slikon - 180 manat; 18. Taxt örtüyü -190 manat; 19. Taxt örtüyü -180 manat; 20. Mətbəx robot dəsti-220 manat; 21. Tava dəsti 4 ədəd 180 manat; 22.Samovar (elektrik)-120 manat; 23. Yataq dəsti 2 x 70 =140 manat; 24. Yataq dəsti-55 manat; 25. Hamam dəsmalı 6 ədəd 6 x 25 = 150 manat; 26. Əl-üz dəsmalı 10 x 16 = 160 manat; 27. Çay dəsmalı 10 x 12 man= 120 manat; 28.Stol süfrəsi - 50 manat; 29.Stol süfrəsi- 30 manat; 30. Bokal- 12 ədəd 30 manat; 31. sini 2 x 10 = 20 manat;
32. Podnos dəsti- 3 ədəd 180 manat; 33. Çıraq -15 manat; 34. Güzgü-25 manat; 35. Ütü - 60 manat; 36. Qəndqabı 2 x 6 = 12 manat; 37. Qəndqabı ayaqlı 2 x 10 = 20 manat; 38. Mey və qabı yumru- 35 manat; 39. Meyvə qabı uzunsov-35 manat; 40. Ləbləbi qabı 2 x 10 = 20 manat; 41.Konfet qabı- 2 x 25 = 50 manat; 42.Stəkan dəsti 6 x3 man= 18 manat; 43. Nəlbəki 6x1 man = 6 manat; 44. Armudu stəkan dəsti 6 x 2 man = 12 manat; 45. Nəlbəki 6 x 1 man = 6 manat; 46. Rozetka 12x1 = 12 manat; 47. Boşqab dəsti( zərli) - 150 manat; 48. Qənd qabı 2 x 4 man = 8 manat; 49. Qənd qabı 2x 3 man = 6 manat; 50. Xalça ( 3x4)-180 manat; 51. Geyim paltarları (donlar, koftalar, kostyumlar, sumkalar, şalvarlar,alt paltarları)-1200 manat;
52. Ayaqqabı-35 manat; 53. Yay ayaqqabısı-45 manat; 54. Krasovka 2 x 25 man= 50 manat; 55.Saç feni (düz açan, qurudan, buran) 3 x 60 man=180 manat; 56.Epilyator-160 manat: Cəmi məbləğ: 8128 (səkkiz min yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh X4 (etibarnamə üzrə nümayəndə X2) tərəfindən təsvir edildiyi kimi cehiz əmlak tələbi mübahisəsi üzrə xx.xx.2022 tarixində 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. X4 (etibarnamə üzrə nümayəndə X2) ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarında olan Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞŞ/Ş1/-18566 nömrəli protokoldan görünür ki, X4 (etibarnamə üzrə nümayəndə X2) iştirakı ilə xx.xx.2022-ci il tarixdə mediasiya prosesi həyata keçirilmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli, 9/9135 saylı rəyindən görünür ki, yataq mebel dəsti 800 manat dəyərində, sandıq 40 manat dəyərində, pərdə (gün keçirməyən) 40 manat dəyərində, pərdə (tül) 140 manat dəyərində, qazan dəsti 240 manat dəyərində, bıçaq dəsti (çemodan) 120 manat dəyərində, bıçaq dəsti 30 manat dəyərində, qaşıq dəsti (çemodan) 140 manat dəyərində, döşək 70 manat dəyərində, taxt döşəyi 50 manat dəyərində, yorğan 50 manat dəyərində, taxt yorğanı 60 manat dəyərində, yastıq 60 manat dəyərində, yorğan dəsti silicon 80 manat dəyərində, taxt örtüyü 180 manat dəyərində, mətbəx robot dəsti 150 manat dəyərində, tava dəsti 100 manat dəyərində, samovar (elektrik) 40 manat dəyərində, yataq dəsti 120 manat dəyərində, hamam dəsmalı 60 manat dəyərində, əl-üz dəsmalı 40 manat dəyərində, çay dəsmalı 20 manat dəyərində, stol süfrəsi 50 manat dəyərində, bokal 24 manat dəyərində, sini 16 manat dəyərində, podnos dəsti 105 manat dəyərində, çıraq 10 manat dəyərində, güzgü 20 manat dəyərində, ütü 30 manat dəyərində, qəndqabı 8 manat dəyərində, qəndqabı ayaqlı 8 manat dəyərində, meyvəqabı yumru 30 manat dəyərində, meyvəqabı uzunsov 30 manat dəyərində, ləbləbi qabı 20 manat dəyərində, konfetqabı 30 manat dəyərində, stəkan dəsti 18 manat dəyərində, 6 ədəd nəlbəki 6 manat dəyərində, 6 ədəd armudu stəkan dəsti 12 manat dəyərində, 6 ədəd nəlbəki 6 manat dəyərində, 12 ədəd rozetka 12 manat dəyərində, boşqab dəsti (zərli) 70 manat dəyərində, 2 ədəd qəndqabı 6 manat dəyərində, 2 ədəd qəndqabı 4 manat dəyərində, xalça (3x4) 120 manat dəyərində, ayaqqabı 10 manat dəyərində, yay ayaqqabısı 20 manat dəyərində, 2 ədəd krassovka 20 manat dəyərində, 3 ədəd saç feni 90 manat dəyərində və epilyator 60 manat dəyərində qiymətləndirilmişdir; iş materiallarında adları sadalanan istifadədə olmuş əşyaların hal-hazırda nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3465,0 manat müəyyən olunur. Geyim əşyaları barədə kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparılmadı. Qiymətləndirilən əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 13 fevral 2023-cü il tarixli, 9/9135№-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci makddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunmalıdır. Yuxarıda göstərilən qanun normalarına istinadən məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid X3 ifadəsini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli, 9/9135 №-li rəyini və iş materiallarında olan yazılı sübutları iş materialları ilə birlikdə birbiri uyğun şəkildə, ziddiyyət yaratmadan işin halların təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, iddia predmetini təşkil edən cehiz əşyalarının qiyməti barədə Balakən Rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 38 nömrəli mütəxəssis rəyi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli, 9/9135 №-li rəyi arasında ziddiyyə hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusda məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli, 9/9135 №-li rəyi daha mötəbər sayılmalı və cehiz əşyalarının həmin 13 fevral 2023-cü il tarixli, 9/9135 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətləri, həmin həmin əşyaların adı və sayı barədə məlumatlar əsas götürülməlidir. Məhkəmə həmçinin həmin əşyaların adı, sayı və qiyməti barədə iddiaçının nümayəndəsinin izahatında və şahid ifadəsində göstərilənləri məhkəməəmtəəşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli, 9/9135 №-li rəyi ilə ziddiyyət təşkil etmədiyi üçün əsas kimi qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 fevral 2023-cü il tarixli, 9/9135 №-li rəyində göstərilən iddia predmetini təşkil edən yataq mebel dəstini 800 manat dəyərində, sandığı 40 manat dəyərində, pərdəni (gün keçirməyən) 40 manat dəyərində, pərdəni (tül) 140 manat dəyərində, qazan dəstini 240 manat dəyərində, bıçaq dəstini (çemodan) 120 manat dəyərində, bıçaq dəstini 30 manat dəyərində, qaşıq dəstini (çemodan) 140 manat dəyərində, döşəyi 70 manat dəyərində, taxt döşəyini 50 manat dəyərində, yorğanı 50 manat dəyərində, taxt yorğanını 60 manat dəyərində, yastığı 60 manat dəyərində, yorğan dəstini silicon 80 manat dəyərində, taxt örtüyünü 180 manat dəyərində, mətbəx robot dəstini 150 manat dəyərində, tava dəstini 100 manat dəyərində, samovarı (elektrik) 40 manat dəyərində, yataq dəstini 120 manat dəyərində, hamam dəsmalıni 60 manat dəyərində, əl-üz dəsmalını 40 manat dəyərində, çay dəsmalını 20 manat dəyərində, stol süfrəsini 50 manat dəyərində, bokalı 24 manat dəyərində, sinini 16 manat dəyərində, podnos dəstini 105 manat dəyərində, çırağı 10 manat dəyərində, güzgünü 20 manat dəyərində, ütünü 30 manat dəyərində, qəndqabını 8 manat dəyərində, ayaqlı qəndqabını 8 manat dəyərində, yumru meyvəqabını 30 manat dəyərində, uzunsov meyvəqabını 30 manat dəyərində, ləbləbi qabını 20 manat dəyərində, konfetqabını 30 manat dəyərində, stəkan dəstini 18 manat dəyərində, 6 ədəd nəlbəkini 6 manat dəyərində, 6 ədəd armudu stəkan dəstini 12 manat dəyərində, 6 ədəd nəlbəkini 6 manat dəyərində, 12 ədəd rozetkanı 12 manat dəyərində, boşqab dəstini (zərli) 70 manat dəyərində, 2 ədəd qəndqabını 6 manat dəyərində, 2 ədəd qəndqabını 4 manat dəyərində, xalçanı (3x4) 120 manat dəyərində, ayaqqabını 10 manat dəyərində, yay ayaqqabısını 20 manat dəyərində, 2 ədəd krassovkanı 20 manat dəyərində, 3 ədəd saç fenini 90 manat dəyərində və epilyatoru 60 manat dəyərində qəbul edir. İşdəki sübutlarla müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Balakən rayon Talalar kənd sakini X5 ilə ailə qurmuş, lakin nikahları qeydə alınmamışdır. Belə ki, Elməddin Şindiyev evləndikdən 13 gün sonra 2-ci Vətən Müharibəsində, Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə aparılan hərbi əməliyyatlar nəticəsində Şəhid olmuşdur. İddiaçı valideynləri tərəfindən toy hədiyyəsi olaraq İddiaçı 800 manat dəyərində yataq mebel dəsti, 40 manat dəyərində sandıq, 40 manat dəyərində pərdə (gün keçirməyən), 140 manat dəyərində pərdə (tül), 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində bıçaq dəsti (çemodan), 30 manat dəyərində bıçaq dəsti, 140 manat dəyərində qaşıq dəsti (çemodan), 70 manat dəyərində döşək, 50 manat dəyərində taxt döşəyi, 50 manat dəyərində yorğan, 60 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 80 manat dəyərində yorğan dəsti silikon, 180 manat dəyərində taxt örtüyü, 150 manat dəyərində mətbəx robot dəsti, 100 manat dəyərində tava dəsti, 40 manat dəyərində samovar (elektrik), 120 manat dəyərində yataq dəsti, 60 manat dəyərində hamam dəsmalı, 40 manat dəyərində əl-üz dəsmalı, 20 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 24 manat dəyərində bokal, 16 manat dəyərində sini, 105 manat dəyərində podnos dəsti, 10 manat dəyərində çıraq, 20 manat dəyərində güzgü, 30 manat dəyərində ütü, 8 manat dəyərində qəndqabı, 8 manat dəyərində qəndqabı ayaqlı, 30 manat dəyərində meyvəqabı yumru, 30 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 30 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 70 manat dəyərində boşqab dəsti (zərli), 6 manat dəyərində 2 ədəd qəndqabı, 4 manat dəyərində 2 ədəd qəndqabı, 120 manat dəyərində xalça (3x4), 10 manat dəyərində ayaqqabı, 20 manat dəyərində yay ayaqqabısı, 20 manat dəyərində 2 ədəd krassovka, 90 manat dəyərində 3 ədəd saç feni və 60 manat dəyərində epilyator cehiz əşyaları bağışlanmış və İddiaçı həmin cehiş əşyalarını gəlin köçərkən ər evinə aparmışdır. İddiaçı əri Elməddin Şindiyev şəhid olduqdan bir müddət sonra Lalənin qaynanası-iş üzrə Cavabdeh İddiaçı evdən getməsini tələb etmiş, nəticədə İddiaçı ər evindən valideynlərinin evinə gəlmişdir. Lakin İddiaçı cehiz əşyaları qaynanası Cavabdeh-onun kirayədə yaşadığı Balakən rayonu Mahamalar kəndindəki evdə qalmış və Cavabdeh həmin əşyaları iddiaçıya verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi, adı, miqdarı və dəyəri yuxarıda göstərilən cehiz əşyalarının İddiaçı valideynləri tərəfindən hədiyyə şəklində verildiyi, İddiaçı həmin əşyaları qəbul etdiyi və ər evinə gəlin köçərkən apardığı, həmin əşyaların hal-hazırda Cavabdeh kirayədə yaşadığı Balakən rayon Mahamalar kəndində yerləşən fərdi yaşayış evində olması, həmin əşyaların Cavabdeh sahibliyində qalması və bu sahibliyin qeyri-qanuni olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə, qeyd edilən cehiz əşyalarının iddiaçı tərəfindən qəbul edilməsini, işdəki sübutlara görə hədiyyə kimi iddiaçının valideynləri tərəfindən bağışlanmasını, onların bu əşyaları iddiaçıya bağışlaması barədə şifahi formada bağışlama müqaviləsinin bağlanmasına yönəlmiş iradə ifadəsi kimi qiymətləndirir. Məhkəmə, yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, 800 manat dəyərində yataq mebel dəsti, 40 manat dəyərində sandıq, 40 manat dəyərində pərdə (gün keçirməyən), 140 manat dəyərində pərdə (tül), 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində bıçaq dəsti (çemodan), 30 manat dəyərində bıçaq dəsti, 140 manat dəyərində qaşıq dəsti (çemodan), 70 manat dəyərində döşək, 50 manat dəyərində taxt döşəyi, 50 manat dəyərində yorğan, 60 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 80 manat dəyərində yorğan dəsti silikon, 180 manat dəyərində taxt örtüyü, 150 manat dəyərində mətbəx robot dəsti, 100 manat dəyərində tava dəsti, 40 manat dəyərində samovar (elektrik), 120 manat dəyərində yataq dəsti, 60 manat dəyərində hamam dəsmalı, 40 manat dəyərində əl-üz dəsmalı, 20 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 24 manat dəyərində bokal, 16 manat dəyərində sini, 105 manat dəyərində podnos dəsti, 10 manat dəyərində çıraq, 20 manat dəyərində güzgü, 30 manat dəyərində ütü, 8 manat dəyərində qəndqabı, 8 manat dəyərində qəndqabı ayaqlı, 30 manat dəyərində meyvəqabı yumru, 30 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 30 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 70 manat dəyərində boşqab dəsti (zərli), 6 manat dəyərində 2 ədəd qəndqabı, 4 manat dəyərində 2 ədəd qəndqabı, 120 manat dəyərində xalça (3x4), 10 manat dəyərində ayaqqabı, 20 manat dəyərində yay ayaqqabısı, 20 manat dəyərində 2 ədəd krassovka, 90 manat dəyərində 3 ədəd saç feni və 60 manat dəyərində epilyatordan ibarət cehiz əşyaları İddiaçı hədiyyə şəklində verildiyindən və həmin əşyalar onun tərəfindən qəbul edildiyindən, həmin əşyalar İddiaçı xüsusi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın verilmə üsullarından biri kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Qanun normalarının məzmunundan göründüyü kimi, hazırki iş üzrə tələb olunan əşyalar həqiqi hüquq əsasında iddiaçının birbaşa sahibliyinə verilmiş və iddiaçı həmin əmlaka mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya məxsus olan və yuxarıda göstərilən cehiz əşyalarının cavabdeh tərəfindən qeyri-qanuni sahibliyində saxlanılaraq, iddiaçıya qaytarılmaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna madlikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinirn 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçının əmlakların geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. İş üzrə Cavabdeh iddia tələbinə etirazın əsaslandırıldığı hər hansı halı, tələb olunan əşyaların onun sahibliyində olmamasını və ya həmin əşyalara onun sahibliyinin qanuni və vicdanlı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da cavabdeh iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə, işdəki sübutları araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 800 manat dəyərində yataq mebel dəsti, 40 manat dəyərində sandıq, 40 manat dəyərində pərdə (gün keçirməyən), 140 manat dəyərində pərdə (tül), 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində bıçaq dəsti (çemodan), 30 manat dəyərində bıçaq dəsti, 140 manat dəyərində qaşıq dəsti (çemodan), 70 manat dəyərində döşək, 50 manat dəyərində taxt döşəyi, 50 manat dəyərində yorğan, 60 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 80 manat dəyərində yorğan dəsti silikon, 180 manat dəyərində taxt örtüyü, 150 manat dəyərində mətbəx robot dəsti, 100 manat dəyərində tava dəsti, 40 manat dəyərində samovar (elektrik), 120 manat dəyərində yataq dəsti, 60 manat dəyərində hamam dəsmalı, 40 manat dəyərində əl-üz dəsmalı, 20 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 24 manat dəyərində bokal, 16 manat dəyərində sini, 105 manat dəyərində podnos dəsti, 10 manat dəyərində çıraq, 20 manat dəyərində güzgü, 30 manat dəyərində ütü, 8 manat dəyərində qəndqabı, 8 manat dəyərində qəndqabı ayaqlı, 30 manat dəyərində meyvəqabı yumru, 30 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 30 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 70 manat dəyərində boşqab dəsti (zərli), 6 manat dəyərində 2 ədəd qəndqabı, 4 manat dəyərində 2 ədəd qəndqabı, 120 manat dəyərində xalça (3x4), 10 manat dəyərində ayaqqabı, 20 manat dəyərində yay ayaqqabısı, 20 manat dəyərində 2 ədəd krassovka, 90 manat dəyərində 3 ədəd saç feni və 60 manat dəyərində epilyator cehiz əşyaları və ya həmin əşyalar olmadqda onların qeyd olunan dəyəri alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 54,65 manat alınaraq İddiaçı ödənilməli, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 800 manat dəyərində yataq mebel dəsti, 40 manat dəyərində sandıq, 40 manat dəyərində pərdə (gün keçirməyən), 140 manat dəyərində pərdə (tül), 240 manat dəyərində qazan dəsti, 120 manat dəyərində bıçaq dəsti (çemodan), 30 manat dəyərində bıçaq dəsti, 140 manat dəyərində qaşıq dəsti (çemodan), 70 manat dəyərində döşək, 50 manat dəyərində taxt döşəyi, 50 manat dəyərində yorğan, 60 manat dəyərində taxt yorğanı, 60 manat dəyərində yastıq, 80 manat dəyərində yorğan dəsti silikon, 180 manat dəyərində taxt örtüyü, 150 manat dəyərində mətbəx robot dəsti, 100 manat dəyərində tava dəsti, 40 manat dəyərində samovar (elektrik), 120 manat dəyərində yataq dəsti, 60 manat dəyərində hamam dəsmalı, 40 manat dəyərində əl-üz dəsmalı, 20 manat dəyərində çay dəsmalı, 50 manat dəyərində stol süfrəsi, 24 manat dəyərində bokal, 16 manat dəyərində sini, 105 manat dəyərində podnos dəsti, 10 manat dəyərində çıraq, 20 manat dəyərində güzgü, 30 manat dəyərində ütü, 8 manat dəyərində qəndqabı, 8 manat dəyərində qəndqabı ayaqlı, 30 manat dəyərində meyvəqabı yumru, 30 manat dəyərində meyvəqabı uzunsov, 20 manat dəyərində ləbləbi qabı, 30 manat dəyərində konfetqabı, 18 manat dəyərində stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 6 ədəd armudu stəkan dəsti, 6 manat dəyərində 6 ədəd nəlbəki, 12 manat dəyərində 12 ədəd rozetka, 70 manat dəyərində boşqab dəsti (zərli), 6 manat dəyərində 2 ədəd qəndqabı, 4 manat dəyərində 2 ədəd qəndqabı, 120 manat dəyərində xalça (3x4), 10 manat dəyərində ayaqqabı, 20 manat dəyərində yay ayaqqabısı, 20 manat dəyərində 2 ədəd krassovka, 90 manat dəyərində 3 ədəd saç feni və 60 manat dəyərində epilyator cehiz əşyaları və ya həmin əşyalar olmadqda onların qeyd olunan dəyəri alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 54,65 manat alınaraq İddiaçı ödənilsin; iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin Tahirov