Məhkəmə qərarları › İş №e-2(019)-1067/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1067/2025

28.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1067/2025 28.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023cü il tarixdən başlayaraq birgə nikahlarından 07 noyabr 2016-cı ildə anadan olmuş X2 baxılması üçün hər ay 200 manat alimentin Maraqlı şəxs1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə 2016-ci ilin əvvəllərində qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2016-cı ildə Balakən rayon Qeydiyyat Şöbəsində 187 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdeh Maraqlı şəxs1 ilə birgə nikahlarından 07 noyabr 2016-cı ildə X3 adında bir uşaqları olmuşdur. Evləndiyi ilk vaxtlarda cavabdehlə ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlmədiyindən aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-888/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq borclu Maraqlı şəxs1 07 noyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 140 manat aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-983/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Balakən Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(019)- 888/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq - 07 noyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Maraqlı şəxs1 hər ay 175 ( bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. 2023cü ilin aprel ayında alimentin artırılması ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya proasesində Maraqlı şəxs1 ilə 200 manat alimentin ona verilməsinə razılaşmışlar, bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi balanmışdır. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər- Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslər- Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 878310 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 07 noyabr 2016-cı il tarixdə doğulmuş, atası Maraqlı şəxs1 Adibəy oğlu, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT0181-2023-01147 barışıq sazişində göstərilmişdir ki, tərəflər Mediasiya sessiyasinda iştirak etdilər. X1 zamanı tam Mediasiya Sessiyasına keçərək mübahisə predmeti üzrə bu şərtlərlə razılaşdılar ki; 1.Alimentin artırılması tələbi-Tərəflər alimentin artırılması tələbi ilə razılaşdılar. Birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X3 üçün hər ay 200 AZN (iki yüz manat) aliment məbləğini ana Ərizəçi ödəməyə ata Maraqlı şəxs1 razılaşdı.Tərəflər hər ikisi iddia predmeti üzrə razılaşaraq Barışıq sazişi imzaladılar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-983/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi,Balakən Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(019)-888/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07 noyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs1 hər ay 175 ( bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Ərizəçi verilməsi, iddianın qalan hissədə təmin edilməməsi,cavabdeh Maraqlı şəxs1 30 (otuz) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 2016-cı ildə qeyri-rəsmi nikahla Maraqlı şəxs1 ilə evlənmiş, nikahlarını xx.xx.2016cı ildə Balakən rayon qeydiyyat şöbəsində 187 nömrə ilə rəsmiləşdirmişlər.Tərəflərin birgə nikahlarından 07 noyabr 2016-ci ildə X3 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-983/2021 saylı qətnaməsinə əsasən Maraqlı şəxs1 07 noyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub Ərizəçi verilməsi qət edilmişdir. Alimentin artırılması tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş,tərəflər arasında mediasiya sessiyası keçirilmiş, birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X3 üçün hər ay 200 (iki yüz) AZN aliment məbləğini ana Ərizəçi ödəməyə ata Maraqlı şəxs1 razılığa gəlmişlər və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay 200 (iki yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi, təsdiq olunmalı, alimentin tutulması barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay 200 (iki yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə dair xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q. Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar