Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1074/2025 01.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs2 ilə aralarında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin, aliment tələbi hissəsində təsdiq edilməsi-birgə nikahlarından 22 iyul 2020-ci il tarixdə anadan olmuş X4 baxılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs2 ilə nikahlarını 12 sentyabr 2018-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 146 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından 22 iyul 2020-ci il tarixdə X7 adında bir uşaqları doğulmuşdur. Evləndiyi ilk vaxtlardan cavabdehlə ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlmədiyindən aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Nəticədə Balakən Rayon Məhkəməsinin -2(019)- 683/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs2 ilə aralarında 12 sentyabr 2018-ci il tarixdə 146 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuşdur. 2025-ci ilin may ayında alimentin təyin edilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs2 ilə 250 manat alimentin ona verilməsinə razılaşmışlar, bu barədə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs2 3 ay ərzində hər ay ona 250 manat –cəmi 750 manat ödəməli olduğu halda 150 manat ödəmişdir. Maraqlı şəxs2 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərdi ki, o, Ərizəçi ilə 12 sentyabr 2018-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından 22 iyul 2020-ci ildə isə X7 adında bir uşaqları olmuşdur. Uşaq ərizəçinin himayəsində yaşayır. xx.xx.2025-ci il tarixdə onlar Balakən rayon Mediasiya Şurasında razılığa gələrək barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinə əsasən o, birgə nikahlarından 22 iyul 2020-ci ildə isə X1 üçün hər ay 250 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Maddi imkanı zəif olduğuna görə aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra alimenti vaxtında ödəyəcəkdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs- mediator Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxs- Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 17 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 192901 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs2, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(019)-683/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs2 arasında 12 sentyabr 2018-ci il tarixdə 146 nömrə ilə Balakən Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞŞ/Ş1-2025-00697 barışıq sazişində göstərilmişdir ki, tərəflər Mediasiya sessiyasinda iştirak etdilər.X3 zamanı tam Mediasiya Sessiyasına keçərək mübahisə predmeti üzrə bu şərtlərlə razılaşdılar ki; 1.Nikahin pozulması -Tərəflər iddiaçi Ərizəçi və cavabdeh Maraqlı şəxs2 Azərbaycan Respublikasının Balakən rayon Qeydiyyat şöbəsində 12 sentyabr 2018-ci ildə AZ-ll- 296672 nömrəsi ilə qeydə alınmış nikahın pozulması mübahisəsini Mediasiya sessiyasında müzakirə edərək Nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2.Uşağın himayəsi - Tərəflər iddiaçi Ərizəçi cavabdeh Maraqlı şəxs2 ilə birgə Nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X4 himayəsinin ana Ərizəçi verilməsinə hər iki tərəf razılaşdı
3. Aliment tələbi - Tərəflər iddiaçi Ərizəçi cavabdeh Maraqlı şəxs2 ilə birgə Nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X4 yaşayışı üçün nəzərdə tutulan alimentin miqdarı hər ay 250 AZN (iki yüz əlli manat) məbləği hər ayın ilk 10 günlüyündə cavabdeh( ata) Maraqlı şəxs2 iddiaçi (ana ) Ərizəçinin bank kart hesabına nəğdsiz qaydada ödəyəcəkdir. 4.Atayla Ünsiyyət -Tərəflər iddiaçi Ərizəçi və cavabdeh Maraqlı şəxs2 ilə birgə Nikahdan dünyaya gələn xx.xx.2020- ci il doğumlu X4 atayla ünsiyyət hüququn hər həftənin Şənbə günü səhər saat 10:00 dan saat 14:00-dək təşkil olunmasına hər iki tərəf razılaşdı. 5.Əmlak tələbi - Tərəflər iddiaçi Ərizəçi və cavabdeh Mikayılov X2 zamana razılığa gələrək bir-birilərinə qarşı əmlak tələbindən imtina edərək razılığa gəldilər və gələcəkdə bu mübahisə barəsində məhkəməyə müraciət etməyəcəklərini bildirərək Saziş imzaladilar. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi nikahlarını 12 sentyabr 2018-ci ildə Balakən rayon qeydiyyat şöbəsində 146 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər.Tərəflərin birgə nikahlarından 22 iyul 2020-ci ildə X7 adında bir uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(019)- 683/2025 nömrəli qətnaməsinə əsasən Ərizəçi X5 ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Tərəflər arasında mediasiya sessiyası keçirilmiş, birgə nikahdan doğulmuşxx.xx.2020-ci il təvəllüdlü X7 üçün hər ay 250 (iki yüz əlli) AZN aliment məbləğini ana Ərizəçi ödəməyə ata Maraqlı şəxs2 razılığa gəlmişlər və bu barədə xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq edilməli, alimentin tutulması barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2025-ci il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq edilsin. Alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2025-ci il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən H.Q. Səlimov