Məhkəmə qərarları › İş №e-2(019)-1103/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1103/2023

06.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1103/2023 06.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 ilə Ərizəçi hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmalarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 ilə 2020-ci ilin yanvar ayının 28-də qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 2020-ci ilin mart ayında Ukrayna Respublikasının Çerniqov şəhərində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci tarixdə X3 adında bir uşaqları doğulmuşdur. 2022-ci ilin dekabr ayından Maraqlı şəxs1 ilə ayrı yaşayırlar. Birgə nikahlarından olan uşaq Maraqlı şəxs1 himayəsində qalmışdır. Aliment məbləğinin müəyyən olunması,uşaqla ünsiyyətin qaydalarının müəyyən edilməsi ilə bağlı mediatora müraciət edilmişdir. Mediasiya prosesində Maraqlı şəxs1 ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment məbləğinin müəyyən olunması, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 ilə onun hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmaları barədə razılığa gəlmişlər və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən o, aliment məbləğinin müəyyən olunması ilə bağlı hər ay uşağın saxlanması üçün 160 manat aliment ödəməli, Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixdə doğulmuş X4 ilə Ərizəçi hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmalarını təmin etməli idi. Lakin, Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini tam olaraq pozur və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 ilə Ərizəçi hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmalarını təmin etməkdən imtina etdiyini bildirmişdir. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən göstərilmişdir ki, Maraqlı şəxs1 və Ərizəçi mediasiya sessiyasında iştirak etdilər.Sazişin nəticələri: 1.Aliment tələbi-Birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X2 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinə hər iki tərəf Ərizəçi və Maraqlı şəxs1 razılaşaraq hər ay 160 azn (yüz altmış manat) aliment ödəməyə razılaşdılar. - Kapital kart **********090422 hesaba hər ayın 10-nundan etibarən aliment ödənişi olacaq. 2.Atayla ünsiyyət-Birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X2 atayla ünsiyyətinə tərəflər Ərizəçi və Maraqlı şəxs1 razılaşaraq hər həftənin bazar gününün saat 10:00-dan 17:00-kimi razılaşdılar. -görüş günün şərtləri ata Ərizəçi uşaqla eyni məkanda olmadığı hallarda görüş virtual olaraq həyata keçiriləcək. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə 28 yanvar 2020-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 2020-ci ilin mart ayında Ukrayna Respublikasının Çerniqov şəhərində rəsmiləşdirmişlər.Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə X4 adında bir uşaqları olmuşdur. Aliment məbləğinin müəyyən olunması və uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi ilə bağlı tərəflər mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment məbləğinin müəyyən olunması, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 ilə Ərizəçi hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmaları barədə razılığa gəlmişlər və bu barədə 07.08. 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etmədiyindən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, nikahın pozulması, uşağın himayəsi, aliment tələbi, ata ilə ünsiyyət və cehiz tələbinə dair 07 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X5 ilə Ərizəçi hər həftənin bazar günləri saat 10:00-dan 17:00- kimi ünsiyyətdə olmaları təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, alimentin tutulması və Ərizəçi xx.xx.2020-ci il tarixdə doğulmuş X5 ilə hər həftənin bazar günləri saat 10:00-dan 17:00kimi ünsiyyətdə olmasına dair 07 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar