Məhkəmə qərarları › İş №e-2(019)-1127/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1127/2024

06.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1127/2024 06.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 Məhəmmməd oğlu ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahlarından xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 baxılması üçün hər ay hər bir uşaq üçün 150 manat- cəmi 300 manat alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayonu Şərif kənd sakini Maraqlı şəxs1 ilə nikahlarını xx.xx.2006-cı il tarixdə 06 sayla Balakən rayon Şərif kənd İcra Nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Birgə yaşadıqları dövrdə-xx.xx.2008-ci il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X5 adlı iki uşaqları doğulmuşdurlar. 2019-cu ildən ayrı yaşayırılar. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-514/2023 saylı qətnaməsi ilə onunla Maraqlı şəxs1 arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Lakin məhkəmə qətnaməsi qəbul edilərkən uşaqlarının baxılıb böyüdülməsi üçün alimentin Maraqlı şəxs1 alınaraq ona verilməsi qərara alınmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində iştirak edərkən Maraqlı şəxs1lə aralarında barışıq sazişi baglanmış, sazişə əsasən Maraqlı şəxs1 Məhəmmməd oğlu hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 manat aliment pulunu ona ödəməyə razılaşmışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalamışlar. Maraqlı şəxs1 Məhəmmməd oğlu müəyyən müddət alimenti ödəmiş, lakin 6-cı aydır ki, o alimenti ödəmir. Alimenti tələb etdikdə ödəmək imkanı olmadığını bildirir. Maraqlı şəxs1 Məhəmmməd oğlu barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasında göstərdi ki, o, Ərizəçi ilə xx.xx.2006-cı ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2008-ci ildə X4 və xx.xx.2014-cü ildə isə X5 adlı övladları doğulmuşdurlar. Uşaqlar ərizəçinin himayəsində yaşayırlar. xx.xx.2023-cü il tarixdə onlar Balakən rayon Mediasiya Şurasında razılığa gələrək barışıq sazişi bağlamışlar. Həmin barışıq sazişinə əsasən o, birgə nikahlarından xx.xx.2008-ci ildə doğulmuş X3 və xx.xx.2014-cü ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. O, hər ay alimenti vaxtında ödəmişdir. Son vaxtlar xəstə olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Bundan sonra alimenti vaxtında ödəyəcəkdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs- Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxs- Maraqlı şəxs3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Federasiyasının Volqoqrad vilayətinin Tsentral rayonu Adminstrasiyasının VVAQ şöbəsi tərəfindən 25 avqust 2009-cu il tarixdə verilmiş İİ-PK seriyalı 536215 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şərif kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 02 may 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 301358 nömrəli doğum haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X5 18 aprel 2014-cü il tarixdə doğulmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli e-2(019)-514/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh Ərizəçi arasında Balakən rayonu Şərif kənd icra nümayəndəliyində 03 iyun 2006-cı il tarixdə 06 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki; 1.Tərəflər Mediasiya sessiyası zamanı tam Mediasiya sessiyasına keçərək mübahisə predmeti üzrə bu şərtlərlə razılaşdılar ki; 2.nikahın pozulması-Azərbaycan Respublikasının Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən AZ-İ№-190120 qeydə alınmış nikahın pozulmasına Ərizəçi və Maraqlı şəxs1 hər iki tərəf razılaşır. 3.Aliment tələbi-Birgə nikahdan dünyaya gəlmiş uşaqların X5 və X4 hər biri üçün hər ay 150 manat, toplam 300 manat aliment ödəməyə razılaşdılar. Alimentin məbləği hər ay qeyd olunan kart hesabına ödəniləcək. Kartın nömrəsi ;**********793013. 4.Uşaqların himayəsi-Birgə nikahdan dünyaya gələn uşaqların X5 və X3 himayəsinin ana Ərizəçi verilməsinə ata Maraqlı şəxs1 razılaşdı. 5.Atayla ünsiyyət-Atayla ünsiyyət hər həftənin bazar günü saat 10:00-dan 20:00olmağına hər iki tərəf razılaşdı .(Bundan əlavə olaraq bayram günlərinin sabahı günü atayla ünsiyyətə tərəflər ikisidə razılaşdılar). Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi maraqlı şəxs X6 ilə nikahlarını xx.xx.2006-cı ildə Balakən rayon Şərif kənd icra nümayəndəliyində 06 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə X4 və xx.xx.2014-cü ildə isə X5 adında iki uşaqları olmuşdur. Tərəflər arasında bağlanmış nikah Balakən Rayon Məhkəməsininin 08 iyun 2023-cü il tarixli qətnaməsilə pozulmuşdur. Nikahın pozulması və aliment tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 manat-cəmi 300 manat sabit pul məbləğində aliment ödənilməsinə, uşaqların himayəsinin analarına verilməsinə və Maraqlı şəxs1 uşaqları ilə hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmasına razılaşmışlar və bu barədə 07 aprel 2023cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, 07 aprel 2023-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından 11 iyul 2008-ci ildə ildə doğulmuş X3 və 18 aprel 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 (bir yüz əlli)-cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunmalı, alimentin tutulması ,barışıq sazişinin bağlandığı vaxtdan-07 aprel 2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Qətnamə alimentə aid hissədə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, 07 aprel 2023-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından 11 iyul 2008-ci ildə ildə doğulmuş X3 və 18 aprel 2014-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat-cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunsun. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-07 aprel 2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar