Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1143/2024 14.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi X5 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs2 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, birgə nikahlarından 18 fevral 2016-cı tarixdə anadan olmuş X2 və 06 oktyabr 2020-ci ildə anadan olmuş X3 baxılmaları üçün hər ay hər uşaq 120 manat cəmi -240 manat alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs2 ilə nikahlarını 27 mart 2015-ci il tarixdə 781 sayla Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə evlənmişdir. Onunla birgə nikahlarından-18 fevral 2016-cı ildə X6 və 06 oktyabr 2020-ci ildə X7 adlı iki uşaqları olmuşdur. Evləndikləri ilk vaxtlarda Maraqlı şəxs2 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. Balakən Rayon Məhkəməsinin e- 2(019)-151/2024 nömrəli, xx.xx.2024-cü il il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Eyni zamanda mediasiya prosesində cavabdehlə birgə nikahlarından olan iki uşağın baxılması üçün hər ay 240 manat alimentin verilməsinə razılaşmışlar. Bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs2 müəyyən müddət alimenti ödəmiş, lakin son iki ayda alimenti ödəməmişdir. O, alimenti istədiyində, “məhkəməyə ver barışıq sazişini təsdiq etdir” demişdir. Maraqlı şəxs2 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Ərizəçi X5 məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs- Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxs- Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs- Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş lakin məhkəməyə teleqrama göndərərək xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmədə iştirak edə bilməyəcəyini göstərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü -ci maddələrinə uyğun olaraq işə maraqlı şəxs- Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli e-2(019)- 151/2024 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi,iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs2 arasında bağlanmış, 27 mart 2015-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində 781 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü tarixdə verilmiş AZ-İ seriyalı 455529 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X1 nikahı Balakən Rayon Məhkəməsinin e- 2(019)-151/2024 nömrəli xx.xx.2024-cy il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 mart 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 716922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 fevral 2016-cı il tarixdə anadan olmuş, atası Maraqlı şəxs2,anası X5 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 493224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 oktyabr 2020-ci il tarixdə anadan olmuş, atası Maraqlı şəxs2, anası X5 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən 11 noyabr 2023-cü il tarixdə verilmiş Barışıq sazişində göstərilmişdir ki, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər,həmin şərtlərin yerinə yetirlməsinin üsul və müddətləri: -1.Mediasiya zamanı tərəflər-Ərizəçi və Maraqlı şəxs2 bildirdilər ki, xx.xx.2015-ci il tarixində 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində №781 bağlanmış nikahın pozulmasına razılaşdılar. 2.Mediasiya zamanı tərəflər- Ərizəçi və Maraqlı şəxs2 bildirdilər ki,övladları (Şəxsiyyət vəsiqəsi AZE 10624943, xx.xx.2016-cı il doğum tarixli) X2 və (doğum haqqında şəhadətnamə AZ-İV №493224,xx.xx.2020-ci il doğum tarixli) X3 ananın- Ərizəçi himayəsində qalmasında razılığa gəldilər. 3.Mediasiya zamanı tərəflər-Ərizəçi və Maraqlı şəxs2 bildirdilər ki, hər uşaq üçün 120 manat, cəmi 240 manat alimentin Maraqlı şəxs2 tərəfindən Ərizəçi cari bank hesabına ödənilməsində razılığa gəldilər. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi X5 Maraqlı şəxs2 ilə nikahlarını 27 mart 2015-ci ildə Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində 781 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 18 fevral 2016-cı ildə X6 və 06 oktyabr 2020-ci ildə isə X7 adında iki uşaqları olmuşdur. Tərəflər arasında bağlanmış nikah Balakən Rayon Məhkəməsininin 22 yanvar 2024-cü il tarixli qətnaməsilə pozulmuşdur. Nikahın pozulması və aliment tələbi ilə bağlı ərizəçi Xəyalə Şindiyeva mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs2 ilə hər ay hər uşaq üçün 120 manat-cəmi 240 manat sabit pul məbləğində aliment ödənilməsi, nikahın pozulması, uşaqların himayəsi ilə bağlı razılığa gəlmişlər və bu barədə 11 noyabr 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında 07 noyabr 2023-cü il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını, eyni zamanda ərizəçi X5 ərizəsində barışıq sazişinin təsdiq edilməsini xahiş etsə də, faktiki olaraq barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi üşümn məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X5 ilə Maraqlı şəxs2 arasında bağlanmış, 11 noyabr 2023cü il tarixli barışıq sazişi, ərizəçi X5 ilə Maraqlı şəxs2 birgə nikahından 18 fevral 2016-cı ildə anadan olmuş X2 və 06 oktyabr 2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi)-cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutularaq X4 ödənilməsinə aid hissədə təsdiq olunmalı,alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-11 noyabr 2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə qismən təmin edilsin. Ərizəçi X5 ilə Maraqlı şəxs2 arasında bağlanmış, 11 noyabr 2023-cü il tarixli barışıq sazişi, ərizəçi X5 ilə Maraqlı şəxs2 birgə nikahından 18 fevral 2016-cı ildə anadan olmuş X2 və 06 oktyabr 2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat-cəmi 240 (iki yüz qırx) manat məbləğində aliment tutularaq X4 ödənilməsinə aid hissədə təsdiq olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-11 noyabr 2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış aliment ödənişləri nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1143/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1143/2024
14.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver