Məhkəmə qərarları › İş №e-2(019)-1175/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1175/2023

08.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1175/2023 08.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Rəşidova (Umudova) Məhbubə Mehman qızının barışıq sazişinin təsdiq edilməsi və sair tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: Rəşidova (Umudova) Məhbubə Mehman qızı, Maraqlı şəxs1 həm maraqlı şəxs, həm də cavabdeh kimi göstərilməklə, həmçinin Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi X3 ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, ərizəçi X3 ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin bağlandığı gündən-xx.xx.2023cü il tarixdən başlayaraq hesablanmaqla 15 iyul 2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay 150 manat məbləğində alimentin tutularaq ərizəçi X2 ödənilməsi, ərizəçi X2 məxsus olan qızıl-zinət əşyalarının Maraqlı şəxs1 alınaraq ərizəçi X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən və xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi X3 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İş materiallarında olan X3 ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış 16.0.1.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər tam barışıq sazişi bağlayaraq mediasiya sessiyası zamanı nikahın pozulmasına hər iki tərəf razılaşdı, uşağın himayəsinin anaya verilməsinə ata razılaşdı, aliment məbləğinə tərəflər razılaşaraq ata Maraqlı şəxs1 hər ay 150 AZN ödəyəcək, uşaqla ünsiyyətə razılaşaraq hər həftənin şənbə günü saat 12.00-dan 15.00-dək olmağına qərar verdilər, ana uşaqla ünsiyyətə yalnız və yalnız özünün uşağın yanında olmaqla ünsiyyətin həyata keçirilməsinə razılaşdılar, qızılzinət əşyalarının dəyəri olan 1500 AZN ödəməyə tərəf Maraqlı şəxs1 razılaşdı, cehiz əşyalarından 1 ədəd ütü və1 ədəd taxt adyalının Ərizəçi qaytarılmasına razılaşdılar. Hazırki iddia ərizəsindən görünür ki, ərizədə Maraqlı şəxs2 elektron poçt ünvanı, eyniləşdirmə məlumatları-şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilməmiş, həmçinin xx.xx.2023-cü il tarixli barışıq sazişində tərəflər arasında hansı valideyndən hansı məbləğdə alimentin tutulması və qızıl-zinət əşyaları ilə bağlı razılıq əldə olunduğu halda, Rəşidova (Umudova) Məhbubə Mehman qızı tərəfindən hazırki ərizədə Maraqlı şəxs1 uşağın saxlanması üçün 150 manat məbləğində alimentin tutulması və qızıl-zinət əşyalarının alınması barədə iddia tələbi irəli sürülmüşdür. Halbuki qanunda barışıq sazişində əks olunmuş məsələlərin könüllü qaydada icra edilməsi və barışıq sazişinin tam və ya qismən təsdiqinin iddia tələbi formasında deyil, ərizə əsasında xüsusi icraat qaydasında həll edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 355-23-355-26-cı maddələrinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməlidir. Qanunvericiliyin tələbinə görə belə ərizələr xüsusi icraat qaydasında ərizə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır və barışıq sazişi və ya onun bir hissəsi təsdiq edildiyi təqdirdə o, məcburi icra olunmalıdır. Göstərilənlər də hazırki ərizənin qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyini göstərməklə bu ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin hesab edir ki, Balakən Rayon Məhkəməsinin müvafiq qərardadı ilə Rəşidova (Umudova) Məhbubə Mehman qızına hazırki ərizənin qaytarılması ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilmişdir və ona görə də hazırda eyni qəbzlər üzrə həmin 100 manat dövlət rüsumun qaytarılması məsələsi həll olunmur. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Rəşidova (Umudova) Məhbubə Mehman qızının barışıq sazişinin təsdiq edilməsi və sair tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, Rəşidova (Umudova) Məhbubə Mehman qızına ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə barışıq sazişinin tam və ya qismən təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Rəşidova (Umudova) Məhbubə Mehman qızının barışıq sazişinin təsdiq edilməsi və sair tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; Rəşidova (Umudova) Məhbubə Mehman qızına ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə barışıq sazişinin tam və ya qismən təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahiro

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar