Məhkəmə qərarları › İş №e-2(019)-1209/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1209/2023

27.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1209/2023 27.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs2 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023cü il tarixdən başlayaraq birgə nikahlarından 28 iyun 2020-ci il tarixdə anadan olmuş oğlu- X2 baxılması üçün hər ay 180 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs2 ilə 2019-cu ilin avqust ayının 5-də evlənmiş, nikahlarını 27 avqust 2019-cu il tarixdə Balakən rayonu Katex kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 25 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 28 iyun 2020-ci il tarixdə oğlu- X5 dünyaya gəlmişdir. Evləndiyi ilk vaxtlardan cavabdehlə ailə münasibətləri normal olmuşdur. Aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdehlə yola gedə bilmirlər. Hal-hazırda cavabdehlə ayrı yaşayırlar. Nikahın pozulması, uşaqların himayəsi, atayla ünsiyyət, cehiz və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh iştirak etmiş, nikahın pozulmasına, birgə nikahlarından olan uşağın onun himayəsində qalmasına, cehizin verilməsini və hər ay bir uşaq üçün 180 manat alimentin ona ödənilməsinə razılaşmışdır. Bu barədə müvafiq protokol və barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs2 alimenti ona ödəməmiş, o, alimenti tələb edəndə ödəməyəcəyini bildirmişdir. Maraqlı şəxs2 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslər- Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 avqust 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 335715 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X3 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış , bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 27 günündə 25 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Xalayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 iyul 2020-ci il tarixdə verilmiş AZ-İV-seriyalı 473325 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə anadan olmuş, atası Maraqlı şəxs2, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişində göstərilmişdir ki,tərəflər mediasiya sessiyasında iştirak etdilər.Sazişin nəticələri; 1.Nikahın pozulması-Tərəflər Ərizəçi və Maraqlı şəxs2 Azərbaycan Respublikasının Balakən rayon Katex kənd inzibati ərazi dairsəi 27 avqust 2019-cu ildə AZ-İİ N 335715 qeydə alınmış nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2.Uşağın himayəsi- Tərəflər Ərizəçi və Maraqlı şəxs2 birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il doğumlu X2 himayəsinin ana Ərizəçi verilməsinə hər iki tərəf razılaşdı. 3.Aliment tələbi- Tərəflər Ərizəçi və Maraqlı şəxs2 birgə nikahdan dünyaya gəlmiş X2 yaşayış üçün nəzərdə tutulan aliment məbləğinin hər ay 180 azn (yüz səksən manat) Maraqlı şəxs2 Ərizəçi məxsus Bank kart nömrəsi;**********216141 ödənilməsinə razılaşdılar. Aliment ödənilməsi hər ayın ilk 10 günlüyündə həyata keçiriləcəkdir. 4.Atayla ünsiyyət- Tərəflər Ərizəçi və Maraqlı şəxs2 Birgə nikahdan dünyaya gələn X2 atayla ünsiyyət hüququnun təmin olunamısına tərəflər hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək olmağına qərar verdilər.

5. Cehiz tələbi- Tərəflər Ərizəçi və Maraqlı şəxs2 cehiz tələbi ilə razılığa gəldilər. Ərizəçi məxsus cehizlərin şənbə günü saat 10-00-da qaytarılmasına hər iki tərəflər Ərizəçi və Maraqlı şəxs2 razılaşdılar. Qaytarılmasında razılığa gələn cehiz əşyalarının cədvəli sazişin sonuna qoşma olaraq əlavə edilir. Məhkəmə Ərizəçi izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs2 ilə 05 avqust 2019-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 27 avqust 2019-cu ildə Balakən rayon Katex kənd inzibati ərazi dairəsində 25 nömrə ilə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 20 iyun 2020-ci ildə X5 adında bir uşaqları olmuşdur. Aliment məbləğinin müəyyən olunması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs2 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış,nikahın pozulması, uşağın himayəsi, aliment tələbi, ata ilə ünsiyyət və cehiz tələbinə dair 20.10. 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli,barışıq sazişinin bağlandığı vaxtdan (ödənişlər nəzərə alınmaqla) hesablanmaqla Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından 28 iyun 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq Ərizəçi məxsus Bank kart nömrəsi;**********216141 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ət etdi :

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin bağlandığı vaxtdan (ödənişlər nəzərə alınmaqla) hesablanmaqla Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından 28 iyun 2020-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment tutularaq Ərizəçi məxsus Bank kart nömrəsi;**********216141 hesaba ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar