Məhkəmə qərarları › İş №e-2(019)-1220/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1220/2025

17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1220/2025 17.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X21 qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunmasına dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 17 avqust 1994-cü ildə anadan olmuş qızı- X4 28 mart 1995-ci ildə ağciyər xərçəngindən Balakən rayon Şərif kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Balakən rayonu Şərif kəndində yaşayan X7 ərə getmişdir. Rəsmi nikahdan 17 avqust 1994-cü ildə X8 adında qızı dünyaya gəlmiş və 28 mart 1995-ci ildə qızı vəfat etmişdir. Onu Balakən rayonu Şərif kəndində qəbristanlıqda basdırmışlar. 2022-ci ildə həyat yoldaşı X10 ölmüşdür. Onun vərəsəsi kimi o, vərəsəlik işinin açılması üçün Balakən Regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinə müraciət etmişdir ki, onun adına xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 1199.15 kv/m həyətyanı torpaq sahəsinə və JN-0183 kod 40.100048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 2.05 ha kənd təsərrüfatı təyiantlı torpaq sahələrinin vərəsəlik işi açdırmaq zəruridir. Bunun üçün xx.xx.1995-ci ildə vəfat etmiş X4 ölüm aktını tələb edirlər. O, həmin ölüm aktını başqa yolla ala bilmir. Ərizəsinə əlavə edilmiş, 68 nömrəli doğum haqqında Akt qeydindən görünür ki, X8 17 avqust 1994-cü ildə Balakən rayonu Şərif kəndində doğulmuşdur. X3, anası Ərizəçidır. Ərizəyə əlavə edilmiş, Balakən Rayon Mərkəzi X16 Şəxsin 29 iyul 2025-ci il tarixli 18-1-27/2H-258-42-203/2025 saylı məktubunda göstərilmişdir ki, “tərəfinizdən 28 iyun 2025-ci il tarixində ünvanlanmış X4 ölüm haqqında tibbi şəhadətnaməsinin alınması barədə sorğunuza baxılmışdır. Məlumat üçün bildiririk ki, adıçəkilən şəxsin ölümü barədə məlumat müəssisəmizdə qeydə alınmamışdır. Bu səbəbdən müraciətinizlə bağlı köməklik göstərə bilmərik. Nəzərə almağınızı xahiş edirik”. Ərizəyə əlavə edilmiş, X23 Xidmət Mərkəzindən alınmış 205/69-449 saylı 05 avqust 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1994-cü ildə Balakən rayonu Şərif kəndində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdıırlmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəyə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X23 Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-676-25 nömrəli məktubunda göstərilmişdir ki, “Balakən Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.1995-ci il tarixdə vəfat etmiş qızınız X4 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193, 194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003- cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və yä şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat Şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş qızınız X4 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir”. Ərizəyə əlavə edilmiş Balakən İHB-nin Şərif kənd İƏD üzrə nümayəndəliyinin arayışında göstərilmişdir ki, “17 avqust 1994-cü ildə anadan olmuş X4 ölümü qeydə alınmamışdır. Azyaşlı valideynin yaxın qohumlarının deməsinə görə X8 xx.xx.2025-ci ildə vəfat etmiş, onun ölümü ilə bağlı Balakən İHB-nin Şərif kənd İƏD üzrə nümayəndəliyində qeydiyyat aparılmamışdır”. Odur ki, 17 avqust 1994-cü ildə anadan olmuş qızı X4 28 mart 1995-ci ildə ağciyər xərçəngindən Balakən rayon Şərif kəndində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Balakən Regional “ASAN Xidmət mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Balakən Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qohumudur. Ərizəçinin qızı Tamara Herdayeva 1994-cü ildə anadan olmuşdu.Tamara Herdayeva 1995-ci ildə ağciyər xərçəngindən ölmüşdur.O, ərizəçinin qızının yas mərasində qohum kimi iştirak etmişdir.X1 rayonu Şərif kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,Ərizəçi tanıyır, onun qohumudur. Ərizəçinin qızı X8 1994-cü ildə anadan olmuş, o, 1995-ci ilin mart ayında xərçəng xəstəliyindən ölmüşdur. O, ərizəçinin qızının yas mərasində iştirak etmişdir. X1 rayonu Şərif kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 05 avqust 2025-ci il tarixdə verlmiş 05/69-449 nömrəli arayışdan görünür ki, 17 avqust 1994-cü ildə Balakən rayonunun Şərif kəndində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları“ avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-676/2025 nömrəli məktubda göstərilmişdir: “Balakən regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş müraciətinizə əsasən dediyinizə görə xx.xx.1995-ci il tarixdə vəfat etmiş qızınız X4 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193,194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxanda göstərilənlərə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş X4 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-183,KOD-40100048 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünar ki, X7, X11, X5, X6 Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Şərif kəndi ərazisindən 2.05 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs Balakən Rayon Mərkəzi X16 şəxs tərəfindən Ərizəçi ünvanlanmış 29 iyul 2025-ci il tarixli 18-1-27/2-H-258-42-203/2025 nömrəli məktubda göstərilmişdir ki:“ tərəfinizdən 28 iyun 2025-ci il tarixində ünvanlanmış X2 ölüm haqqında tibbi şəhadətnaməsinin alınması barədə sorğunuza baxılmışdır. Adı çəkilən şəxsin ölümü barədə məlumat müəssisədə qeydə alınmamışdır.Bu səbəbdən adı çəkilmiş şəxsin ölümü barədə məlumatları təqdim edə bilmirik.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 noyabr 1994-cü il tarixdə verilmiş 69 nömrəli doğun haqqında akt qeydində göstərilmişdir ki, X8 17 avqust 1994-cü ildə anadan olmuş, X3, anası Ərizəçi qeyd edilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 28568 nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumunu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Ərizəçi Balakən rayon Şərif kənd sakini X10 ilə evlənmiş,rəsmi nikahlarından 17 avqust 1994-cü ildə X8 adlı uşaqları anadan olmuşdur. X8 28 mart 1995-ci ildə Balakən rayonunun Şərif kəndində ağciyər xərçəngindən ölmüş və Balakən rayonun Şərif kənd qəbirstanlığında dəfn edilmişdir. X4 ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir.Ərizəçi qızının ölümünün qeydə alınması ilə bağlı Balakən Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qızı -17 avqust 1994-cü ildə doğulmuş X4 28 mart 1995-ci il tarixdə Balakən rayonun Şərif kəndində ağciyər xərçəngindən ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qızı -17 avqust 1994-cü ildə doğulmuş X4 28 mart 1995-ci il tarixdə Balakən rayonun Şərif kəndində ağciyər xərçəngindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar