Məhkəmə qərarları › İş №e-2(019)-1253/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1253/2024

16.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1253/2024 16.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs2 ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 baxılması üçün hər ay hər bir uşaq üçün 100 manat- cəmi 200 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2013-cü il tarixdə rəsmi nikah bağlamadan Balakən rayonu Talalar kənd sakini Maraqlı şəxs2 ilə evlənmişdir. Nikahları xx.xx.2014-cü il tarixdə 16 sayla Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. Birgə nukahlarından xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2020-ci il tarixdə X4 adında iki uşaqları doğulmuşdurlar.2023-cü ildən ayrı yaşayırlar.Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(019)-492/2024 nömrəli qətnaməsi ilə onunla Maraqlı şəxs2 arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Lakin Məhkəmə qətnaməsi qəbul edilərkən uşaqlarının baxılıb böyüdülməsi üçün alimentin Maraqlı şəxs2 alınaraq ona verilməsi qərara alınmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə mediasiya prosesində iştirak edərkən Maraqlı şəxs2lə aralarında barışıq sazişi bağlanmış, sazişə əsasən Maraqlı şəxs2 hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment pulunu ona ödəməyə razılaşmışdır. Bu barədə xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalamışlar. Maraqlı şəxs2 müəyyən müddət alimenti gecikdirmələrlə ödəmiş, son aylarda isə ödəməmişdir. Alimenti tələb etdikdə isə maddi imkanı olduqda ödəyəcəyini bildirir. Maraqlı şəxs2 barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər- Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslər- Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən 05 sentyabr 2014-cu il tarixdə verilmiş AZ-İİİ seriyalı 364388 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 05 avqust 2014-cu il tarixdə doğulmuş, atası Maraqlı şəxs2, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən 24 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 384768 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 09 yanvar 2020-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs2, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilmişdir ki, Tərəflər Mediasiya sessiyasinda iştirak etdilər. Sazişin Nəticələri: 1.Nikahın Pozulması-Tərəflər Ərizəçi və Maraqlı şəxs2 Azərbaycan Respublikasının Balakən rayonu Talalar kəndi İnzibati ərazi dairəsində AZ İ N 931276 nömrə ilə qeydə alınmış nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2.Uşaqların himayəsi-Tərəflər Ərizəçi və Maraqlı şəxs2 birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X4 və xx.xx.2014-cü il doğumlu X2 himayəsinin ana Ərizəçi verilməsinə qərar verdilər. 3.Aliment tələbi-Tərəflər Ərizəçi və Maraqlı şəxs2 birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X4 və xx.xx.2014-cü il doğumlu X2 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 100 AZN (yüz manat), toplam 200 AZN (iki yüz manat) ana Ərizəçi verilməsinə hər iki tərəf razılaşdılar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Ərizəçi və Maraqlı şəxs2 iştirakı ilə nikahın pozulması tələbi ilə əlaqədar tam mediasiya prosesi həyata keçirilmişdir. Mediasiya prosesinə mediatorun və tərəflərin təşəbbüsü ilə xitam verilmişdir. Mediasiya sessiyasının məbləği olan İMS üçün 50 AZN və TMS üçün 100 AZN pulu Maraqlı şəxs2 təktərəfli qaydada ödədi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli e-2(019)-492/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi,Ərizəçi ilə Maraqlı şəxs2 arasında 21 iyul 2014cü il tarixdə 16 nömrə ilə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 avqust 2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 495233 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasındakı nikah Balakən Rayon Məhkəməsinin e-2(019)-492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 08 ayının 16 günündə 72 nömrə ilə qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs2 2013-cü ilin sentyar ayının 27-də evlənmiş, onların nikahı 21 iyul 2014-cü il tarixdə Balakən rayonu Talalar kənd İƏD üzrə nümayəndəliyində 16 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2020-ci il tarixdə X4 adında iki uşaqları doğulmuşdurlar. Tərəflərin arasında bağlanmış nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikahın pozulması,uşaqların himayəsi və aliment tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş,tərəflər arasında mediasiya sessiyası keçirilmiş, xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə tərəflər aralarında bağlanmış nikahın pozulmasına,birgə nikahdan xx.xx.2020-ci il doğumlu X1 və xx.xx.2014-cü il doğumlu X2 himayəsinin ana Ərizəçi verilməsinə və birgə nikahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X4 və xx.xx.2014cü il doğumlu X2 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 100 AZN (yüz manat), toplam 200 AZN-nin (iki yüz manat) ana Ərizəçi verilməsi razılığına gəlmişlər və bu barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını,eyni zamanda Ərizəçi ərizəsində barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsini tələb etməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış, xx.xx.2024-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 100 (bir yüz) manat-cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunmalı, alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-29 yanvar 2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış, xx.xx.2024-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs2 hər ay hər uşaq üçün 100 (bir yüz ) manat -cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq edilsin. Alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-29 yanvar 2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar