Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1355/2025 21.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin uşaqla ünsiyyətə dair hissədə təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə aralarında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin xx.xx.2024-cü il təvəllüdlü X1 onunla hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək ünsiyyətdə olması hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə 02 dekabr 2023-cü il tarixdə Balakən Regional “ASAN Xidmət” X2 549 №-li akt qeydi ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Ali münasibətləri yaxşı olmadığından mediasiyaya müraciət edilmiş, aralarında barışıq sazişi imzalanmış, barışıq sazişinə əsasən nikahın pozulmasına, aliment tələbi (hər ay üçün 180 manat), birgə nikahdan olan övladı- xx.xx.2024-cü il təvəllüdlü X1 himayəsinin anaya - Maraqlı şəxs1 verilməsinə, uşağın onunla ünsiyyətinin hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək təşkil olunmasına razılaşmışlar. Mediasiyada 200 manat rüsum ödəmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-693/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Maraqlı şəxs1 hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək onun uşağı X4 ilə ünsiyyətinə razılaşmasına baxmayaraq, barışıq sazişində göstərilən həmin tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs- Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılması və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs- mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan, maraqlı şəxs- Maraqlı şəxs1 məhkəməyə göndərdiyi etirazında göstərmişdir ki, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə Balakən rayon məhkəməsinə müraciət etmişdir. Ərizəçinin hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək onun uşağı X4 ilə ünsiyyətinə razılaşmağına baxmayaraq, barışıq sazişində göstərilən həmin tələbi icra etməməyi, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etməyi barədə qeyd etdikləri tamamilə yalandır. Çünki o, mediasiya sazişinin tələblərinə riayət etmişdir. Ərizəçi yaşayış yeri onların evindən çox uzaqda, yəni Balakən rayonu, Katex kəndində yerləşdiyindən və qızının hələ 1 yaşı tamam olmaması və ondan kənarda dayanmaması, ondan uzaqda olmasının hətta onun üçün həyati təhlükəli olması səbəbindən o, görüşün onun iştirakı ilə baş tutmasına razılaşmış, Süleymanın qonşuluqda yaşayan bacısının evində dəfələrlə bu görüş baş tutmuşdur. Növbəti görüşlərin birində Süleyman ona hər hansı məlumat vermədən körpə uşağı atası evinə aparmış, bununla bağlı narazılıq və atası ilə aralarında münaqişə baş vermiş, Ərizəçi polisə müraciət etmişdir. Həmin vaxtdan sonra isə uşaqla görüş üçün hər hansı təşəbbüs göstərməmişdir. Ona görə də Ərizəçi ərizəsində qeyd etdiklırinin əsassız hesab edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 12 dekabr 2024-cü il tarixdə verilmiş AZ-V seriyalı 049710 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə doğulmuş, atası Ərizəçi, anası isə Maraqlı şəxs1 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-693/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh Ərizəçi arasında 02 dekabr 2023-cü il tarixdə 549 nömrə ilə Balakən regional “ASAN xidmət” X2 qeydə alınmış nikahın pozulması; Mediasiya xərcini tərəflər ayrı-ayrılıqda ödədiyinə görə dövlət rüsumunu ödəməkdən azad olmalarının nəzərə alınması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişində göstərilmişdir: Tərəflər iddiaçı Maraqlı şəxs1 və cavabdeh Ərizəçi Azərbaycan Respublikasının Balakən rayon Asan xidmət mərkəzində 12 dekabr 2023-cü ildə AZ İİ N-582140 nömrəli Nigahin aktının pozulmasına hər iki tərəf razılaşdı. Tərəflər iddiaçi Maraqlı şəxs1 və cavabdeh Ərizəçi xx.xx.2024-cü il doğumlu X3in himayəsinin ana Maraqlı şəxs1 verilməsinə hər iki tərəf razılaşdı. Tərəflər iddiaçi Maraqlı şəxs1 və cavabdeh Ərizəçi 24.11. 2024-cü il doğumlu X3in yaşayışı üçün nəzərdə tutulan Alimentin miqdarının hər ay 180 azn məbləği, ata Ərizəçi ana Maraqlı şəxs1 nəğdsiz qaydada hər ayın ilk 10 günlüyündə ödəməyə hər iki tərəf razılaşdı. Tərəflər iddiaçi Maraqlı şəxs1 və cavabdeh Ərizəçi 24.11. 2024- cü il doğumlu X3in atayla ünsiyyət hüququnun hər həftənin Şənbə və Bazar günləri saat 11:00-dan 15:00-dək təşkil olunmasina hər iki tərəf razılaşdı. Saat interval hər iki gün üçün tətbiq olunacaqdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 nikahlarını 02 dekabr 2023-cü-ci il tarixdə Balakən Regional “Asan Xidmət” X2 549 nömrə ilə qeydə aldırmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2024-cü ildə X4 adında bir uşaqları olmuşdur. Uşaq hazırda cavabdehin himayəsindədir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)- 693/2025 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh Ərizəçi arasında 02 dekabr 2023-cü il tarixdə 549 nömrə ilə Balakən regional “Asan xidmət” X2 qeydə alınmış nikahın pozulması qət edilmişdir. Tərəflər arasında mediasiya sessiyası keçirilmiş, tərəflər iddiaçi Maraqlı şəxs1 və cavabdeh Ərizəçi Azərbaycan Respublikasının Balakən rayon “ASAN xidmət” mərkəzində 12 dekabr 2023-cü ildə AZ İİ N-582140 nömrəli Nikah aktının pozulmasına; xx.xx.2024-cü il doğumlu X3in himayəsinin ana Maraqlı şəxs1 verilməsinə; 24.11. 2024-cü il doğumlu X1 yaşayışı üçün nəzərdə tutulan Alimentin miqdarının hər ay 180 AZN məbləği, ata Ərizəçi ana Maraqlı şəxs1 nəğdsiz qaydada hər ayin ilk 10 günlüyündə ödəməsinə; 24.11. 2024- cü il doğumlu X1 atayla ünsiyyət hüququnun hər həftənin Şənbə və Bazar günləri saat 11:00 dan 15:00 dək təşkil olunmasına razılaşaraq bu barədə xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışlar. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, uşağın ata ilə ünsiyyətini təmin etmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi xx.xx.2024-cü il təvəllüdlü X1 atası ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək ünsiyyətdə olması hissəsində təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi xx.xx.2024-cü il təvəllüdlü X1 atası ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək ünsiyyətdə olması hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q. Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1355/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1355/2025
21.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver