Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1358/2025 24.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında xx.xx.2025-ci il tarixdə, MŞB/MT056-2025-0025 nömrə ilə bağlanmış barışıq sazişinin aliment tələbi hissəsində təsdiq edilməsi xx.xx.2025-ci il tarixdən başlayaraq Maraqlı şəxs1 hər ay 246 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə 15 oktyabr 2022-ci ildə qeyri rəsmi nikahla evlənmişdir. Nikahı xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 2550 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2023-cü il tarixdə X6 adında bir uşağı dünyaya gəlmişdir. Evləndikləri ilk vaxtlardan Maraqlı şəxs1 ailə münasibəti normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlmədiyindən aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir. Nikahın pozulması, uşağın himayəsi və alimentlə bağlı mediasiyaya müraciət etmişlər. Mediasiya prosesində Maraqlı şəxs1 ilə uşağın onun himayəsində qalmasına və uşağın baxılması üçün 246 manat alimentin ona verilməsinə razılaşmışlar bu barədə mediasiya sazişi bağlanmışdır. Maraqlı şəxs1 mediasiya barışıq sazişində göstərilən 246 manat alimenti vaxtı vaxtında və tam olaraq ödəməmiş, barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. O daha əvvəl də ərizə ilə müraciət etmişdir, Balakən Rayon Məhkəməsinin 2(019)-1266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Geri qaytarılmaya əsas olaraq 100 manat dövlət rüsumunun ödənilməməsi bildirilmişdir. O, mediasiya sessiyasında 200 manat rüsum ödəmişdir. X7 Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. O mediasiya barışıq sazişinin alimentə aid hissədə təsdiq olunması barədə ərizə yazmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, Maraqlı şəxs1 alimentdən ödəniş etmədiyini bildirmiş və ərizəsinin təmin olunmasını, barışıq sazişinin aliment hissəsində təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs1 birgə nigahdan dünyaya gələn xx.xx.2023-cü il doğumlu X5 himayəsinin ana X2 verilməsinə hər iki tərəf razılaşdılar. Tərəflər iddiaçı X3 və cavabdeh Maraqlı şəxs1 birgə nigahdan dünyaya gələn xx.xx.2023-cu il doğumlu X5 yaşayışı üçün nəzərdə tutulan Aliment tələbi hər ay 246 azn məbləği ata Maraqlı şəxs1 hər təqvim ayının ilk 10 günlüyündə ana X2 nağdsiz qaydada ödəməyə hər iki tərəf razılaşdılar. Saziş imzalandığı gündən qüvvədədir. AZ-İV seriyalı 918088 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçidır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. “X7” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində tərəflər Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2023-cu il doğumlu X5 yaşayışı üçün nəzərdə tutulan aliment miqdarının hər ay 246 AZN məbləğinin hər təqvim ayının ilk 10 günlünyündə nağdsiz qaydada ödənilməsinə hər iki tərəf razılaşmış və bu barədə tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq Maraqlı şəxs1 01 avqust 2023-cü il təvəllüdlü X1 üçün hər ay 246 manat alimentin hər təqvim ayının ilk 10 günlünyündə alınaraq Ərizəçi nağdsiz qaydada ödənilməsinə dair xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi və barışıq sazişinin təsdiq edilməsinə dair ərizə aliment alınması barədə olduğu üçün iddiaçı rüsum ödəməkdən azad olunduğundan Maraqlı şəxs1 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq 01 avqust 2023-cü il təvəllüdlü X1 üçün hər ay 246 manat alimentin hər təqvim ayının ilk 10 günlüyündə Maraqlı şəxs1 tərəfindən Ərizəçi nağdsiz qaydada ödənilməsinə dair xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs1 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1358/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1358/2025
24.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver