Məhkəmə qərarları › İş №e-2(019)-1364/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1364/2025

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1364/2025 22.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, atası xx.xx.1951-ci ildə doğulmuş X6 xx.xx.2003-cü ildə xəstəlikdən Balakən rayonu Qullar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. X4 xx.xx.2003-cü ildə xəstəlikdən, Balakən rayonu Qullar kəndində vəfat etmiş, Qullar kənd qəbirstanlığında dəfn olunmuşdur. O, atasından qalmış mirasa və mülkiyyətinə verilmiş torpaq sahəsinə görə vərəsəliyi qəbul etmək üçün müraciət etmək istədiyində X4nun ölüm haqqında şəhadətnaməsinin olmaması bildirilmişdir. O, X4nun ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı Balakən rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Balakən Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ona bildirilmişdir ki, X4nun ölümünün qeydə alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə olmadıqda ölümün müəyyən olunması məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ərizəçi onun qızı olduğunu və həyat yoldaşı X6 xx.xx.2003-cü ildə xəstələnərək Qullarda evdə vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ərizəçi onun bacısı olduğunu, atasının X8 olduğunu, özünün övladlığa götürüldüyünü, X6 2003-cü ilin dekabrında Qullar kəndində evdə olarkən vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ərizəçi onun qonşusu olduğunu, Arzunun atasının Əfəndiyev Camal olduğunu, xəstəlikdən vəfat etdiyini bildirmişdir. İş materiallarında olan Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən 20 oktyabr 2022-ci il tarixli 05/69-839 nömrəli arayışdan görünür ki, X8 və Şahid1 nikahı haqqında 22 sentyabr 1971-ci il tarixdə 96 nömrəli akt qeydi tərtib olunmuşdur. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən 20 oktyabr 2022-ci il tarixli 05/69-840 nömrəli arayışdan görünür ki, 10 aprel 1951-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, 917 nömrəli arayışdan görünür ki, mərhum X1 xx.xx.2003-cü ildə vəfat etmişdir. X7 məxsus qəbrin fotoşəkildən görünür ki, onun ölüm tarixi xx.xx.2003-cü il kimi göstərilmişdir. Xİ-ЖГ seriyalı 308930 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1985-ci ildə anadan olmuşdur, X4, anası Şahid1 qeyd edilmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Balakən Rayon Mərkəzi Xəstəxanası" X14 tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, X6 ölümü barədə məlumat qeydə alınmamışdır. Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilən 27 oktyabr 2022-ci il tarixli 05/0-1627 nömrəli arayışdan görünür ki, 2003-cü ildə vəfat etmiş X6 ölüm haqqında tibbi şəhadətnaməsini təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələbinə uyğun olaraq ölümün qeydə alınması üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. JN-290 Kod 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X13 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarı ilə Balakən rayonu Tülü kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.38 ha torpaq sahəsi X6 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi atası xx.xx.1951-ci il təvəllüdlü X8 xx.xx.2003-cü il tarixdə xəstəlikdən Balakən rayonunun Qullar kəndində kəndində vəfat etmiş, Qullar kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçinin mərhum atasının ölümü haqqında tibbi şəhadətnamə alınmadığından Balakən rayon Qeydiyyat şöbəsi onun ölümü haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1951-ci il təvəllüdlü X6 xx.xx.2003-cü il tarixdə xəstəlikdən Balakən rayonunun Qullar kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1951-ci il təvəllüdlü X6 xx.xx.2003-cü il tarixdə xəstəlikdən Balakən rayonunun Qullar kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar