Məhkəmə qərarları › İş №e-2(019)-145/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-145/2023

21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-145/2023 21.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızına, Aslanova (Tektaş) Ramilə Nurəddin qızına və Cavabdeh5 qarşı 0.49 ha torpaq sahəsi üçün ödənilmiş 550 (beş yüz əlli) manat, torpağın yaxşılaşdırmağına çəkilmiş 97 ədəd fındıq ağacları üçün 9700 manat, cəmi 10250 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 121 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızına, Aslanova (Tektaş) Ramilə Nurəddin qızına, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0.49 ha torpaq sahəsi üçün ödədikləri 550 (beş yüz əlli) manat, torpağın yaxşılaşdırmasına çəkdikləri 97 ədəd fındıq ağacları üçün 9700 manat, cəmi 10250 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 121 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, onlar Balakən rayonunun Qasbinə kəndində yaşayırlar. O, İddiaçı2 birinci qrup əlildir. Övladları hərbçidir. Cavabdehlər həmkəndliləridir. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998- ci il tarixli 08 nömrəli qərarı ilə X8, X27, X14, Cavabdeh1, Cavabdeh5 Nurəddin oğluna və X15 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.74 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 435 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X51 hazırlanmşdır. Cavabdeh və onun ailə üzvlərinə verilmiş 0.74 ha torpaq sahəsi onlara məxsus olan torpaq sahəsinə yaxın ərazidə yerləşir. X16 və X37 onlara və ailə üzvlərinə verilmiş 0.74 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacı olduqlarına görə satmaq istədiklərini bildirmişlər. 26 avqust 2002-ci ildə yeddi nəfər-X28, X17, İddiaçı1, X33, İddiaçı2 və X4 iştirakları ilə Balakən rayonu Qasbinə X1 ona və ailə üzvlərinə məxsus olan 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini onlara bağışlanmasına dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Əslində həmin vaxt onların arasında alqı-satqı müqaviləsi baş tutmuşdur. Torpağın müqabilində onlara o vaxtkı məzənnə ilə 500000 (beş yüz min) manat verməklə həmin torpağı onlardan almışlar. Bundan sonra torpaq sahəsini və onun hüquqmüəyyənedici sənədi olan JN 435 KOD 40108018 olan Torpağa Mülkiyyət Hüququna X51nı onlara təhvil verdilər. Onlar bildirdilər ki, bir neçə ay sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandıqlarına görə razılaşmışlar. 11 avqust 2004-cü ildə isə cavabdeh X3 rayonu Qasbinə Bələdiyyəsində izahat yazaraq, 0.74 ha torpaq sahəsini İddiaçı2 bağışladığını qeyd etmişdir. Həmin vaxt onlar Maral Aslanovaya da o vaxtkı pulla 350000 manat pul vermişlər. 26 avqust 2002-ci ildən hal-hazıradək həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışlar. Lakin həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqı-satqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. 2020-ci ilin yanvar ayında Cavabdeh5 onlara gələrək atasının xəstə olduğunu, buna görə də onlara təcili pul lazım olduğunu və alqı-satqı müqaviləsini notariat orqanında başa çatdırmaq istədiklərini bildirərək, onlardan 550 manat pul istəmişlər. Həmin vaxt onun yanında X18 da olmuşdur və alqı-satqı üçün onlar Cavabdeh5 550 manat pul vermişlər. Pulun verilmə anı telefon vasitəsi ilə çəkilərək DVD diskə köçürülmüşdür. X21 25 iyul 2020-ci ildə ölmüşdür. Bundan sonra dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsələr də, onlar notariat kontoruna gəlməmişlər. 26 avqust 2002-ci il tarixdən sonra torpaq sahəsinin 0.49 ha hissəsində 97 ədəd fındıq ağacları əkmişdir. Hazırda həmin fındıq ağacları intensiv bar vermə mərhələsindədir. 20 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, 97 ədəd fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində 97 ədəd ağacdan hər ağaca görə 100 manat xərc çəkmişdir. Belə ki, fındıq ağaclarına aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd ağaca tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq ağacına 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. 0.49 ha torpaq sahəsinə çəkdiyi xərclər 97 ədəd fındıq ağacına görə 9700 manat təşkil edir. Torpaq sahəsini cavabdehlərə verəcəyi halda cavabdehlər çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. Eyni zamanda torpaq sahəsinin alqı-satqı üçün verdiyi 550 manat da cavabdehlərdən alınıb ona verilməlidir. Beləliklə 26 avqust 2002-ci ildə X5 və onun ailə üzvlərinə məxsus olan 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onların razılığı ilə aldığından, həmin torpaq sahəsinin 0.49 ha hissəsində 97 ədəd fındıq ağacları əkdiyindən, hazırki halda bağışlama müqaviləsi məhkəmə üçün etibarlı hesab olunmadığına, torpaq sahəsinin yaxşılaşdırılması üçün torpağa yaxşılaşdırma xərcləri çəkdiyinə, əşyaya əlavə edilmiş yaxşılaşdırmaların onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olduğuna görə hesab edirlər ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan cavabdehlərə torpaq sahəsi üçün ödədikləri 550 (beş yüz əlli) manat, eyni zamanda 97 ədəd fındıq ağacları üçün hər ağacı 100 manat hesablanmaqla 9700 manat cavabdehlərdən alınıb iddiaçılara ödənilməlidir. Məhkəmə iclasında İddiaçı2 və digər İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, əlavə olaraq 2020-ci ilin yanvar ayında İddiaçı2 və İddiaçı1 Cavabdeh5 torpağın alqı-satqı pulu olaraq 550 manat verdiklərini göstərərək, iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı, Aslanova (Tektaş) Ramilə Nurəddin qızı və Cavabdeh5 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-435 seriyalı KOD 40108018 olan Torpağa Mülkiyyə Hüququna X49 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X6, X25, X10, X22, Cavabdeh5 və X11 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 26 avqust 2002-ci il tarixli aktdan görünür ki, həmin akt X28, X12, X38, İddiaçı1, X33, İddiaçı2 və X23 tərəfindən tərtib edilməklə, aktda X13 və ailəsinə verilmiş 435 saylı Dövlət Aktında olan 0,74 hektar torpaq sahəsinin birdəfəlik olaraq ömürlük İddiaçı2 bağışlanması göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2004-cü il tarixli X25 adına olan izahatda ailələrinə düşən 435 saylı dövlət aktında 0.75 hektar torpaq payını birdəfəlik olaraq Qazbinə bələdiyyəsinin sədrinin iştirakı ilə İddiaçı2 bağışlaması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2002-ci il tarixli Aslanov N.-nin adına olan izahatda X7 onun ailəsinə düşən əmlak torpaq payının 435 saylı dövlət aktında olan 0.75 ha torpağı İddiaçı2 birdəfəlik bağışlaması göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(019)-136/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh5, Aslanova (Əliyeva) Maral Rüstəm qızına, X26, X14 və X15 qarşı JN-435 KOD 40108018 nömrəli Dövlət Aktı üzrə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0.74 ha torpağa alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından, o cümlədən 1 ədəd DVD diskindən görünür ki, sözügedən torpaq sahəsinin alqı-satqı dəyəri olaraq 550 manat pul iddiaçılar tərəfindən Cavabdeh5 verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş 626 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X21 25 iyul 2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında 04 avqust 2020-ci il tarixli, 211 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonun Mahamalar kənd sakini İddiaçı2 istifadəsində olan Qazbinə kəndində yerləşən 0,49 ha fındıq bağına dair mütəxəssis rəyində göstərilir ki, Balakən rayonun Mahamalar kəndinin Qazbinə ərazisində yaşayan İddiaçı2 müraciətinə əsasən onun istifadəsində olan 0.49 ha fındıq bağına 14 fevral 2023-cü il tarixində baxış keçirilmişdir. Qeyd olunan 0,49 ha fındıq bağı rayonun Qazbinə kəndində İddiaçı2 yaşadığı evindən kənarda açıq ərazidə yerləşir. Bağ görünüşcə üçbucağa oxşayır və küçə olan tərəfdən dəmir şiferlə, digər tərəfi ağac materialı ilə. bir tərəfi isə kol ilə bağlanmışdir. C. Əhmədovun dediyinə görə həmin fındıq bağı 2001-ci ildə salınmış və bağın salınmasına xərclər çəkilmişdir. Hal-hazırda bağda 97 ədəd müxtəlif bar verən fındıq tomaları vardır. Tomalar qulluq göstərilmiş vəziyyətdə görünür və bar verəndir. Tomaların və ərazinin görünüşü onu göstərir ki, ağaclar mal-qaradan mühafizə olunmuş, üzvi və mineral gübrələrdən istifadə olunmuş, ağaclara aqrotexniki qaydada xidmət göstərilmişdir. Ağaclara vizual baxış keçirildikdə onların sıxlığının 9x6m sxemi ilə əkildiyi müşahidə edildi. İddiaçı2 istifadəsində olan 0,49 ha fındıq bağının özü tərəfindən salındığı, bağın bar verən vəziyyətə çatması üçün üzvi və mineral gübrələrdən istifadə olunduğu, aqrotexniki qulluğun göstərildiyi, sahənin mühafizəsi üçün tədbirlərin görüldüyü və bır sıra xərclərin çəkildiyi müşahidə edildi. Hal-hazırda tomaların bar verən olmasını nəzərə alaraq orta hesabla bir tomanı 100 manata qiymətləndirmək olar. Beləliklə, sahədə 97 əd. müxtəlif ölçüdə tomaların olduğu və bir tomanın qiyməti təxminən, orta hesabla 100 manat götürülsə, cəmi 97 x 100 = 9700 manat hesablamaq olar. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-bioloji torpaqşünaslıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 may 2023-cü il tarixli 7/430-9/2049 nömrəli rəyindən görünür ki, mülki iş materialında olan (səhifə 76) mütəxəssis(aqronom) rəyinə əsasən Qazbinə kəndində C. Əhmədovun yaşadığı 0,49 ha sahədə olan 97 ədəd müxtəlif bar verən fındıq kolları 9x6 metr sxemi ilə əkilmiş və 2001-ci ildə salınmışdır. Kollara qulluq göstərilmiş vəziyyətdə görünür, bar verəndir, üzvi və mineral gübrələrdən istifadə olunmuş, aqrotexniki qaydada xidmət göstərilməsi müəyyən edilmişdir. Mülki iş materialında olan (səhifə 76) mütəxəssis (aqronom) rəyində 0,74 ha torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı üçün kollar əkilmiş 0,49 ha hissəsində aparılmış və həmin sahədə olan kolların növü və orada hansı yaxşılaşdırma işlərinin görülməsi, kollara aqrotexniki qaydada xidmət göstərilməsi qeyd olunsa da, həmin kolların yaşı, il ərzində orta hesabla nə qədər bar verməsi barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş “JN-435 seriyalı KOD 40108018 olan Torpağa Mülkiyyə Hüququna X50 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X6, X25, X10, X22, Cavabdeh5 Nurəddin oğlunun və X11 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən əkilməsi göstərilən 97 ədəd fındıq ağaclarının yaşı, il ərzində orta hesabla nə qədər bar verməsi müəyyən edilsin?” sualı üzrə tədqiqat işləri aparılmadı. Rəyin biloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara əsasən 2001-ci ildə əkilmiş 0,49 ha sahədə olan 9x6 metr sxemi ilə əkilmiş 97 ədəd bar verən fındıq kollarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11640,00 (97 x 120 man) manat, 97 toma fındığa 1 il ərizndə çəkiləcək xərcin (aqrotexniki qulluq və sair) ümumi dəyəri təxminən 485,00 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 03 may 2023-cü il tarixli 7/430-9/2049 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçılar hazırki iddianın qaldırılması üçün 121 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçılar iddia tələbinin əsaslandırıldığı hallar kimi JN-435 seriyalı KOD 40108018 saylı Torpağa Mülkiyyət Hüququna X51 ilə X6, X25, X10, X22, Cavabdeh5 və X11 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0.74 ha torpaq sahəsinin 26 avqust 2002-ci il tarixli aktla X19 tərəfindən və 11 avqust 2004-cü il tarixli izahatla Nürəddin Aslanovun həyat yoldaşı Aslanova (Əliyeva) Maral Rüstəm qızı tərəfindən İddiaçı2 satılması, bu zaman Cuma X2 manatın köhnə məzənnəsi ilə 500 min manat, Aslanova (Əliyeva) Maral Rüstəm qızına manatın köhnə məzənnəsi ilə 350 min manat, torpağın digər mülkiyyətçisi Cavabdeh5 isə 2020-ci ilin yanvar ayında əlavə olaraq 550 manat verməsi, mülkiyyətçilərdən hər birinin torpaq payının olması, Nürəddin Aslanovdan ilkin olaraq 0.49 ha torpaq sahəsinin alındığı, sonra isə Maral Aslanovadan (Əliyevadan) 0.25 ha torpaq sahəsinin alındığı və bununla da 0.74 ha torpaq sahəsinin onlardan yekun olaraq alqı-satqı qaydasında alındığını, 26 avqust 2002-ci il tarixdən sonra torpaq sahəsinin 0.49 ha hissəsində 97 ədəd fındıq ağacları əkdiklərini, 20 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, 97 ədəd fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq etdiklərini göstərmişlər. Balakən rayonun Mahamalar kənd sakini İddiaçı2 istifadəsində olan Qazbinə kəndində yerləşən 0,49 ha fındıq bağına dair mütəxəssis rəyində göstərilir ki, sahədə 97 əd. müxtəlif ölçüdə tomaların olduğu və bir tomanın qiyməti təxminən, orta hesabla 100 manat götürülsə, cəmi 97 x 100 = 9700 manat hesablamaq olar. İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji torpaqşünaslıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 may 2023-cü il tarixli 7/430-9/2049 nömrəli rəyi ilə müəyyən edilir ki, mülki iş materialında olan(səhifə 76) mütəxəssis(aqronom) rəyinə əsasən Qazbinə kəndində C. Əhmədovun yaşadığı 0,49 ha sahədə olan 97 ədəd müxtəlif bar verən fındıq kolları 9x6 metr sxemi ilə əkilmiş və 2001-ci ildə salınmışdır. Kollara qulluq göstərilmiş vəziyyətdə görünür, bar verəndir, üzvi və mineral gübrələrdən istifadə olunmuş, aqrotexniki qaydada xidmət göstərilməsi müəyyən edilmişdir. Mülki iş materialında olan (səhifə 76) mütəxəssis (aqronom) rəyində 0,74 ha torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı üçün kollar əkilmiş 0,49 ha hissəsində aparılmış və həmin sahədə olan kolların növü və orada hansı yaxşılaşdırma işlərinin görülməsi, kollara aqrotexniki qaydada xidmət göstərilməsi qeyd olunsa da, həmin kolların yaşı, il ərzində orta hesabla nə qədər bar verməsi barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş “JN-435 seriyalı KOD 40108018 olan Torpağa Mülkiyyə Hüququna X50 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X6, X25, X10, X22, Cavabdeh5 Nurəddin oğlunun və X11 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən əkilməsi göstərilən 97 ədəd fındıq ağaclarının yaşı, il ərzində orta hesabla nə qədər bar verməsi müəyyən edilsin?” sualı üzrə tədqiqat işləri aparılmadı. Rəyin biloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara əsasən 2001-ci ildə əkilmiş 0,49 ha sahədə olan 9x6 metr sxemi ilə əkilmiş 97 ədəd bar verən fındıq kollarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11640,00 (97 x 120 man) manat, 97 toma fındığa 1 il ərizndə çəkiləcək xərcin (aqrotexniki qulluq və sair) ümumi dəyəri təxminən 485,00 manat müəyyən olunur. İddiaçı2 tərəfindən hazırki iddianın qaldırılması üçün 121 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsində 97 ədəd fındıq ağacının (tomasının) olması və mütəxəssis rəyində göstərilən hər ağacın (tomanın) orta hesabla 100 manat qiymətləndirilməsi nəzərə alınarsa, 97 ədəd fındıq ağacının (tomasının) cəmi qiyməti 9700 manat təşkil edir. 03 may 2023-cü il tarixli 7/430-9/2049 nömrəli ekspertiza rəyi ilə 0,49 ha sahədə olan 9x6 metr sxemi ilə əkilmiş 97 ədəd bar verən fındıq kollarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11640,00 (97 x 120 man) manat, 97 toma fındığa 1 il ərizndə çəkiləcək xərcin (aqrotexniki qulluq və sair) ümumi dəyəri təxminən 485,00 manat müəyyən olunur. İddiaçıçılar isə iddia ərizəsində 97 ədəd fındıq ağacları üçün 9700 manat tələ edirlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən də hakim verilən iddia tələbləri daxilində işə baxmalıdır. Ona görə də məhkəmə iddiaçıların 97 ədəd fındıq ağaclarına görə çəkdikləri yaxşılaşdırma xərci kimi 9700 manat ziyan tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındlan ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X24 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-cimaddələrinə əsasən hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borcu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçıların cavabdehlərə qraşı yönəltdiyi yaxşılaşdırma xərci kimi 97 ədəd fındıq ağacları üçün 9700 manat pul tələbi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia cavbadehlərə qarşı 550 manat tələb hissəsində qismən, yalnız Cavabdeh5 münasibətdə təmin olunmalı, qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı və Aslanova (Tektaş) Ramilə Nurəddin qızına münasibətdə təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, sözügedən 550 manat iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən yalnız Cavabdeh5 ödənilmiş və məhz Cavabdeh5 iddiaçıların hesabına 550 manat məbləğində əsassız varlanmaqla iddiaçılara 550 manat maddi ziyan vurmuşdur. İş materiallarından görünür ki, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı və Aslanova (Tektaş) Ramilə Nurəddin qızı iddiaçılar İddiaçı2 və İddiaçı1 həmin 550 manatı almamış, həmin pul onlara verilməmişdir və bu cavabdehlər tərəfindən iddiaçıların hesabına 550 manat məbləğində əsassız varlanma halı baş verməmiş və iddiaçılara həmin məbləğdə maddi ziyan vurulmamışdır. Ona görə də digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı və Aslanova (Tektaş) Ramilə Nurəddin qızının iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşısında hər hansı hüquqi əsasla tələb olunan 550 manat ziyanı qaytarmaq öhdəliyi yaranmamışdır. Ona görə də iddia 550 manat tələb hissəsində Cavabdeh5 münasibətdə təmin olunmalı, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı və Aslanova (Tektaş) Ramilə Nurəddin qızına münasibətdə isə təmin olunmamalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, 0.49 ha torpaq sahəsi üçün ödənilmiş 550 (beş yüz əlli) manat Cavabdeh5 alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməli, həmçinin 97 ədəd fındıq ağacları üçün yaxşılaşdırma xərci kimi 9700 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı, Aslanova (Tektaş) Ramilə Nurəddin qızı və Cavabdeh5 birgə qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia 550 manat tələb hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı və Aslanova (Tektaş) Ramilə Nurəddin qızına münasibətdə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızından, Aslanova (Tektaş) Ramilə Nurəddin qızından və Cavabdeh5 iş üzrə 100,0 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X44 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; 0.49 ha torpaq sahəsi üçün ödənilmiş 550 (beş yüz əlli) manat Cavabdeh5 alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin; 97 ədəd fındıq ağacları üçün yaxşılaşdırma xərci kimi 9700 manat və dövlət rüsumu kimi ödənilmiş 121 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı, Aslanova (Tektaş) Ramilə Nurəddin qızı və Cavabdeh5 birgə qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin; iddia 550 manat tələb hissəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı və Aslanova (Tektaş) Ramilə Nurəddin qızına münasibətdə təmin edilməsin; iş üzrə 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Əliyeva (Aslanova) Maral Rüstəm qızı, Aslanova (Tektaş) Ramilə Nurəddin qızı və Cavabdeh5 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X44 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar