Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1455/2025 22.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq birgə nikahlarından 13 fevral 2023-cü il doğumlu X5 baxılması üçün hər ay 250 manat alimentin Maraqlı şəxs1 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə 2021-ci ilin noyabr ayının 7-də qeyrirəsmi nikahla evlənmişdir. Nikahı xx.xx.2022-ci ildə Balakən regional “Asan Xidmət” mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsində 202 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan 13 fevral 2023-cü il doğumlu X9 adında bir uşağı olmuşdur. Evləndikləri ilk vaxtlardan cavabdehlə ailə münasibətləri normal olmuşdur. Daha sonra xasiyyətləri uyğun gəlmədiyindən aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdehdən ayrılaraq ata evinə gəlmişdir. Nikahın pozulması və aliment tələbi ilə mediasiyaya müraciət etmişdir Mediasiya prosesində Maraqlı şəxs1 ilə nikahın pozulmasına və hər ay 250 manat alimentin ona verilməsinə razılaşmışlar. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, barışıq sazişi bağlandıqdan bir müddət sonra barışmışlar, lakin beş aydır ki, Kənandan ayrı yaşayırlar, həmin müddət ərzində Kənan heç bir aliment ödəməmişdir, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 izahatında göstərmişdir ki, ərizəçi ilə aralarında barışıq sazişi bağlandıqdan bir müddət sonra birlikdə yaşamışlar, Hazırda beş aydır ki, ayrı yaşayırlar, buna görə də aliment hesablanarkən bunun nəzərə alınmasını xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və X6 12 aprel 2022-ci il Azərbaycan Respublikasinin Balakən regional ASAn xidmət mərkəzi Ədliyə Nazirliyi Qeydiyyat şöbəsində qeydə alınmış AZ-İİ N- 483026 Nigahin pozulmasına hər iki tərəf razılaşdılar. Tərəflər Ərizəçi və X6 birgə nigahdan dünyaya gələn xx.xx.2023-cü il doğumlu X5 himayəsinin ana X3 verilməsinə hər iki tərəf razılaşdılar. X2 və X7 birgə nigahdan dünyaya gələn xx.xx.2023-cü il doğumlu X5 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinə tərəflərin hər ikisinin razılığı ilə 250 azn (iki yüz əlli manat) təyin edilməsinə qərar verildi. Alimentin ödəniş qaydası imzalandıği gündən qüvvədədir. Kart N- 5239 1517 6529 4635. X2 və X7 birgə nigahdan dünyaya gələn xx.xx.2023-cü il doğumlu X5 atayla ünsiyyət hüququnun hər həftənin Şənbə və Bazar günləri Saat 10-00 dan 16-00 dək təyin olumağına hər iki tərəf razılaşdılar. Saat interval hər iki günə aiddir. AZ-İV seriyalı 832242 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçidır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində tərəflər Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2023-cu il doğumlu X5 yaşayışı üçün nəzərdə tutulan aliment miqdarının hər ay 250 AZN məbləğinin ödənilməsinə, alimentin ödəniş qaydasının imzalandıği gündən qüvvədə olmasına hər iki tərəf razılaşmış və bu barədə tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs1 13 fevral 2023-cü il təvəllüdlü X1 üçün hər ay 250 manat alimentin alınaraq Ərizəçi ödənilməsinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs1 13 fevral 2023-cü il təvəllüdlü X1 üçün hər ay 250 manat alimentin alınaraq Ərizəçi ödənilməsinə dair xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1455/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1455/2025
22.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver