Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-149/2023 25.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı ildən Ukrayna Respublikasında yaşamaqla, orada müvəqqəti qeydiyyatdadır. ünvan 1i ünvanında ona məxsus fərdi yaşayış evi yerləşir. Uzun illərdir ki, ona məxsus fərdi yaşayış evində yaşayış yoxdur. Ona məxsus qaz sayğacı yolda yerləşdiyindən və nəzarətsiz olduğundan o, 12 fevral 2018-ci il tarixli ərizə ilə Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinə müraciət etmiş, həmin müraciət həmin tarixdə qeydiyyata alınmaqla, dərkənar qoyularaq Ş.Məmmədov və M.Mustafayevə icra üçün göndərilmiş, lakin hər hansı tədbir görülməmişdir. Son bir neçə aydır ki, Ukraynada baş verən müharibə ilə bağlı o, Azərbaycan Respublikası ərazisinə daxil olmuş, hazırda qohumlarına məxsus evdə yaşayır. 16 sentyabr 2022-ci il tarixdə Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin rəisi Şahin Məmmədov tərəfindən onun yaşadığı ünvana məktub göndərilmiş və qeyd edilmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin nümayəndələri tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə aid 25 dekabr 2012-ci il tarixdə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin istilik nəticəsində əridiyi, qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq olduğu aşkar olunmuş, bu barədə müvafiq akt tərtib olunmuşdur. O, uzun illərdir ki, ölkə xaricində yaşadığından, 2018-ci il tarixdə Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinə sayğacla bağlı rəsmi müraciət etdiyindən, sonuncu 4 il ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək sayğacla bağlı hər hansı tədbir görmədiyindən, nəticədə 4 il sonra sayğacın yararsız hala düşməsi səbəbli iddiaçıya əlavə borc hesabladığından o,hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə və etiraz göndərərək, xx.xx.2023-cü il tarixə nəzərdə tutulmuş baxış iclasını iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəməyə göndərdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********03120 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 1036.70 manat borc vardır. Həmin 1036.70 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca vizual müdaxilə müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********7 saylı sayğac quraşdırılmışdır.Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710- 03094-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində əriyib, sayğacın hesablama mexanizminin plasmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİnin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Bildirir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir.Sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 noyabr 2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 sentyabr 2022-ci il tarixli ******* nömrəli Aktdan görünür ki,istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimiş,qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzikcızıq vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş RQİİ-nin Balakən Xidmət sahəsi üzrə TQQ və SX-i tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, “Məlumat üçün bildiririk ki, mənzilinizdə istismarda olan xx.xx.2012-ci il tarixdə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacı 01,08.2022-ci il tarixdə sizin iştirakınızla "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" tərtib edilmiş ******* saylı akta əsasən şəbəkədən açılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. Azəriqaz İB-nin Metrologiya Departamentinin X1 keçirilmiş baxış üzrə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin istilik nəticəsində əriməsi, qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda-əzik-cızıq izlərinin olduğu müəyyən edilmişdir. Belə ki, mənzildən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş qaz sayğacına verilmiş rəydə qeyd olunanları nəzərə alaraq Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akta əsasən mənzilinizdə istismarda olmuş G-4 markalı ******* nöməri qaz sayğacı üzrə 8640 kub metr təbii qazın itkisinin yarandığı və həmin sərfiyyat üzrə aparımış hesabata əsasən müəyyən edilmiş 1036.80 manat məbləğin sizin tərəfinizdən ödənilməsi təmin edilməlidir”. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində ünvan 1ində yerləşən fərdi yaşayış evi vardır. İddiaçı Cavabdeh İB X5 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır. İddiaçıya məxsus qaz sayğacı yolda yerləşir. 16 sentyabr 2022-ci il tarixdə iddiaçının evinə Cavabdeh İB-nin X5 İstismar İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş, aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin istilik nəticəsində əridiyi, qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik- cızıq olduğu aşkar edildiyini qeyd edilmiş və İddiaçı 1036.80 manat qazdan istifadəyə görə borcunun yarandığı göstərilmişdir. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda-hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun İddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, “ Azəriqaz” X4 X6 idarəsi tərəfindən ona əsassız hesablanmış 1036,80 manat borcun onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 30,37 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “ Azəriqaz” X4 X6 idarəsi tərəfindən İddiaçı əsassız hesablanmış 1036,80 manat borc onun abonent hesabından silinsin. Cavabdehndən 30,37 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-149/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-149/2023
25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver