Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-172/2023 02.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş zərər və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 6400 (altı min dörd yüz) manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin yanvar ayında Balakən rayonu Qazma kənd sakini Cavabdeh2 və onun ailə üzvülərindən özlərinə məxsus Balakən rayon Qazma kəndində yerləşən torpaq sahələrini almaqla bağlı razılığa gəlmişlər. Bunun müqabilində Cavabdeh2 2000 manat pul ödəmişdir. Torpaq sahəsinin notarial formada alqı-satqısı ilə bağlı sənədləşdirməni daha sonra bağlamaqla bağlı aralarında razılıq əldə olunmuşdur. Bir neçə müddət keçdikdən sonra Cavabdeh2 avtoqəza hadisəsi törətdiyi üçün məsuliyyətə cəlb olunaraq həbs olunmuş, 2017-ci ildə həbsdən çıxmışdır. Cavabdehlərə məxsus torpaq sahəsi 2015-2020-ci illər ərzində onun istifadəsində olmuşdur. 2020-ci ildə Cavabdeh2 və ailə üzvləri Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Balakən rayon Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin 2(019)-463/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 və onun ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılmağına dair qərar qəbul olunmuşdur. 2020-ci ildə cavabdehlərə məxsus torpaq sahəsində arpa əkmişdir. Cavabdeh2 və onun ailə üzvləri 1.64 ha kənd təsərrüfatı torpaq sahəsində əkilmiş arpanı biçdikləri üçün Balakən rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətində cavabdehlərə ödədiyi torpağın alqı-satqısı üçün 2000 manat pul məbləğinin və əkin sahəsinə əkilmiş taxılı məhv etdikləri üçün vurulmuş zərərin əvəzi olaraq 3000 manat məbləğin alınaraq ona ödənilməsinə dair müraciət etmişdir. Balakən Rayon Polis Şöbəsində Cavabdeh2 izahatı alınmış və izahatında qeyd edərək bildirmişdir ki, 1996-cı ildə Balakən rayon Aqrar İslahat Komissiyası tərəfindən ona və ailə üzvlərinə Balakən rayonu, Qazma kəndi ərazisində “Qəcərçöl” adlanan sahədən 1.64 ha pay torpaq sahəsi verilmişdir. Maddi imkanı zəif olduğu üçün həmin sahəni İddiaçı ilə aralarında olan razılaşma əsasında 2015-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayına kimi 4 il müddətinə icarəyə vermişdir, bunun müqabilində İddiaçı ona cəmi 700 manat pul vermişdir. 2015-ci ildə yol nəqliyyat hadisəsi törətdiyinə görə həbs olunaraq xx.xx.2017-ci ildə azadlığa buraxıldığını, 2019-cu ilin yanvar ayında icarə müddəti sona çatdığı üçün İddiaçı torpağın onun istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq sonuncunun bundan imtina etdiyini, torpaq sahəsinin ona qaytarılması üçün Balakən Rayon Məhkəməsinə müraciət etdiyini, xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən onun xeyrinə qətnamə qəbul edildiyini, həmin müddət ərzində İddiaçı sahədə taxıl bitkisini əkərək sahədən çıxmadığı üçün ailə üzvləri ilə birlikdə sahədə 4-5 gün ərzində işləyib ot çalan ilə ərazidəki taxılı biçib mal qarasına vermək üçün evinin həyətyanı sahəsinə gətirdiyini, İddiaçı ona 2000 manat pul vermədiyini, həmçinin İddiaçı torpaq sahəsini birdəfəlik olaraq satmadığını, ona 4 il müddətinə icarəyə verdiyini bildirmişdir. Onun şikayəti əsasında toplanmış material əsasında Balakən Rayon Polis Şöbəsinin 08 avqust 2021-ci il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin vermiş olduğu izahatdanda görünür ki, 1.64 ha torpaq sahəsində əkdiyi taxıl bitkisi- arpa cavabdehlər tərəfindən biçilərək aparılmışdır. Bununla da cavabdehlər tərəfindən ona maddi zərər vurulmuşdur. Bunun üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.1.64 ha torpaq sahəsinə taxıl bitkisinin- arpanın əkilməsi üçün ümumi 2430 manat xərc ( 2430 manat məbləğin açıqlanması - 1 ha torpaq sahəsinin şumlanması 50 manat, ruşilnik 35 manat, malalamaq 35 manat, səpin 35 manat, dərmanlama 70 manat, yarpaq kübrə 70 manat, karbomit 126 manat, korbominit səpilməsi 35 manat, mitro omofos 290 manat, omofos 420 manat) xərc çəkilmişdir. 1.64 ha torpaq sahəsində əkilmiş məhsuldan biçərək əldə edəcəyi gəlir isə 8 ton arpa məhsuludur. 2021ci il tarixinə 1 kq arpanın dəyəri 1kqx0.55 qəpik hesabı ilə hesablasaq 4400 manat məbləğ edir. Görünür ki, cavabdehlər həm torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 2000 manat pulunu, həmdə 1.64 ha torpaq sahəsində əkilmiş 4400 manat dəyərində arpa məhsulunu apararaq ona cəmi 6400 manat məbləğində zərər vurmuşlar. Bunun üçün 6400 manat məbləğində pul məbləği cavabdehlərdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayonu Qazma kəndində yaşayır. Onun və ailə üzvülərinin mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən 1,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2015-ci ilin yanvar ayında onlar İddiaçı 700 manat pul alaraq mülkiyyətlərinə verilmiş həmin torpaq sahəsini 4 il müddətinə ona icarəyə vermişlər.2019-cu ilin yanvar ayında icarə müddəti başa çatmış və onlar öz torpaq sahələrini İddiaçı geri tələb etmişlər. Lakin İddiaçı torpaq sahəsini qaytarmaqdan imtina etmiş, əksinə onlara hədə-qorxu gəlməyə başlamışdır. Bu səbəbdən onlar 2020-ci ildə İddiaçı onların torpaq sahəsindən çıxarılması ilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmışlar. Balakən Rayon Məhkəməsinin qətnaməsi ilə onların iddiası təmin edilmiş, İddiaçı onların torpağından çıxarılması qət edilmişdir. 2020-ci ilin təxminən oktyabr ayında ona bildirmişlər ki, İddiaçı gecə saat 02 radələrində onların torpaq sahəsinə arpa əkmişdir. O, bu barədə Polis Şöbəsinə və Balakən Rayon İcra Şöbəsinə məlumat vermişdir. 26 oktyabr 2020-ci il tarixdə İcra məmurları İddiaçı onların torpaq sahəsindən çıxartmışlar. O, vaxtdan sonra İddiaçı onların torpaq sahəsinə girməmişdir. Arpa məhsulu özü yetişmişdir. İddiaçı söyüş söydüyü üçün heç bir kombaynçı həmin arpanı biçməmişdir. Onlar özləri otçalanla arpanı biçib gətirib heyvanlarına vermişlər. Torpaq sahəsini satın alması, torpaq sahəsinə görə ona 2000 manat pul verməsi, həmin sahədən 8000 kq arpa məhsulunun götürülməsi barədə İddiaçı göstərdikləri yalandır. Onlar 2015-ci ilin yanvar ayında İddiaçı 700 manat pul alıb torpaq sahəsini ona 4 il müddətinə icarəyə vermişlər. Onların torpaq sahəsindən təxminən 2000-2500 kq arpa məhsulu əldə olunmuşdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf etməyərək Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 463/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı tələbkarlar Cavabdeh2, Cavabdeh4 Ömər qızının, Cavabdeh1, Cavabdeh3, X4 mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. İcra sənədində qeyd edilən tələb xx.xx.2020-ci il tarixli akta əsasən tam şəkildə təmin olunmuşdur. Odur ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 463/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərar alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət hadisəsi olmadığına görə Balakən rayonu Qazma kənd sakini İddiaçı şikayəti əsasında təkrar aparılmış araşdırma zamanı toplanılmış HK-1-411 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət.İddiaçı Cavabdeh2 tərəfindən ona ümumilikdə 5000 manat pul vəsaitinin ödənilməsi üçün aidiyyəti üzrə Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X1 tərəfindən Zaqatala vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış rəydə göstərilmişdir ki, “Sizin xx.xx.2023-cü il tarixli vəkil sorğunuzda Balakən rayonu, Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxıl məhsulunun əkilməsi üçün nə qədər xərc tələb olunması (sahəsinin şumlanması, malalamaq, qübrə və digər xərclər), 1 kq taxılın (arpanın) 2021-ci il tarixə bazar dəyərinin nə qədər təşkil etməsi və 1.64 ha torpaq sahəsində məhsuldarlığın nə qədər olması barəsində məlumat verilməsi xahiş olunmuşdur. Vəkil sorğunuza əsasən bildirirəm ki, 1.64 ha torpaq sahəsinə taxıl bitkisinin arpanın əkilməsi üçün ümumi 2430 manat xərc ( 2430 manat məbləğin açıqlanması -1 ha torpaq sahəsinin şumlanması 50 manat, ruşilnik 35 manat, malalamaq 35 manat, səpin 35 manat, dərmanlama 70 manat, yarpaq kübrə 70 manat, karbomit 126 manat, korbominit səpilməsi 35 manat, mitro omofos 290 manat, omofos 420 manat) xərc tələb olunur. 1.64 ha torpaq sahəsində əkilmiş məhsuldan biçərək əldə olunacaq gəlir isə 8 ton arpa məhsuludur. 2021-ci il tarixinə 1 kq arpanın dəyəri 0.45-0.50 AZN arasında olmuşdur.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi tərəfindən 29 sentyabr 2023-cü il tarixdə verilmiş 9/4064 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş aqronom rəyinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində taxılın məhsuldarlığı 8000 (8 ton) arpa məhsulu təşkil edir. İş materiallarında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində olan , Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2021-ci ildə yetişdirilə biləcək arpa məhsulu 0,45-.50 manat dəyərində olub: -1,64 ha sahədən əldə ediləcək arpa məhsulunun 8000 kq-(8000 kqx0.45-0,50=3600- 4000 manat; 1.64 ha torpaq sahəsinə taxıl bitkisinin arpanın əkilməsi üçün 1 ha torpaq sahəsinin şumlanması-50 manat,dəstələmə-35 manat,malalama-35 manat,səpin -35 manat, dərmanlama-70 manat, yarpaq gübrə-70 manat, karbamid-126 manat, karbamidin səpilməsi 35 manat, nitro ammofos-290 manat,ammofos-420 manat olmaqla cəmi 2430 manat xərc təşkil edir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Vəliyev X6 rayonunun Qazma kəndində yaşayırlar. Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətinə 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Cavabdehlər mülkiyyətlərinə verilmiş həmin 1.64 ha pay torpaq sahəsini 2015-ci ilin yanvar ayında şifahi razılıq əsasında İddiaçı istifadəsinə vermişlər və 700 manat pul almışlar. 2019-cu ildən başlayaraq cavabdehlər torpaq sahəsini geri tələb etməyə başlamışlar. Lakin İddiaçı torpaq sahəsindən çıxmaqdan imtina etmiş və torpaq sahəsini özbaşına zəbt edərək oradan istifadə etməyə davam etmişdir. Bu səbəbdən 2020-ci ilin iyun ayında Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək İddiaçı onların mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə qətnamıə qəbul edilməsini xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 2(019)-463/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçılar Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X4 mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan icraya yönəldilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi 14 sentyabr 2020-ci ildə icra sənədini icraata qəbul etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-463/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra da İddiaçı sözügedən torpaq sahəsini zəbt etməkdə davam etmiş və mülkiyyətçilərin iradəsi ziddinə oraya arpa səpmişdir. xx.xx.2020-ci il tarixli akta İddiaçı həmin torpaq sahəsindən çıxarılmış və torpaq sahəsi mülkiyyətçiləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X4 istifadəsinə qaytarılmışdır.Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-463/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir.Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə görə cavabdehlərə 2000 manat pul verdiyini, sözügedən torpaq sahəsində əkdiyi arpa məhsuluna görə əldə edəcəyi 4400 manat gəlirdən məhrum olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə,delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən,bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinin 1 və 4-cü abzaslarına görə torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən faktiki halları-torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X4 mülkiyyətində olmasını, İddiaçı həmin torpaq sahəsinə heç bir hüququnun olmamasını, cavabdehlər 2015-ci ildə sözügedən torpaq sahəsini iddiaçının istifadəsinə versələr də, 2019-cu ilin əvvəlindən torpaq sahəsini geri tələb etmələrini, lakin iddiaçının torpaq sahəsini geri qaytarmamasını, bununla da onun həmin torpaq sahəsini özbaşına tutmuş (zəbt etmiş) olmasını, 2020-ci ilin iyun ayında cavabdehlərin İddiaçı onların mülkiyyətində olan torpaq sahəsindən çıxarılması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmələrini,Balakən Rayon Məhkəməsinin 2(019)- 463/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X4 mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasının qət edilməsini, torpaq sahəsindən çıxarılması barədə məhkəmə qətnamə qanuni qüvvəyə minib icraya yönəldikdən sonra İddiaçı zəbt etdiyi sözügedən torpaq sahəsində torpaq mülkiyyətçilərinin iradəsi ziddinə arpa məhsulu əkməsini, Balakən Rayon Məhkəməsinin 2(019)-463/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə onun mübahisələndirilən torpaq sahəsindən çıxarılmasını, bundan sonra onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək zəbt etdiyi torpaq sahəsində qanunsuz olaraq əkdiyi arpadan əldə edəcəyi gəlirə görə 4400 manatı tələb etməsini,Mülki Məcəllənin 157.5-ci, Torpaq Məcəlləsinin 67,84 və 111-ci maddələrinin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlərin mülkiyyətində olan, özbaşına tutaraq zəbt etdiyi 1.64 hektar torpaq sahəsində əkdiyi arpaya görə gəliri tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbinə əsasən əsassızdır və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə arpanın əkilməsinə çəkdiyi xərci tələb edə bilməz. Eyni zamanda İddiaçı torpaq sahəsinə görə cavabdehlərə 2000 manat pul verdiyini iddia etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə məhkəmə iclasında cavabdehlərin özlərinin etirafı ilə müəyyən olundu ki, İddiaçı torpaq sahəsinə görə torpaq mülkiyyətçilərinə 700 manat pul ödəmişdir. Məhkəmə İddiaçı sözügedən torpaq sahəsinə hüququ yaranmadan cavabdehlərə 700 manat verməsini, cavabdehlərin bunu etiraf etmələrini, sonuncuların torpaq sahəsini geri almalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi torpaq sahəsinə görə verilmiş 700 manata aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 84 manat dövlət rüsumunun 9,24 manatı cavabdehlərdən alınıb İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək yekun olaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 , Cavabdeh4 , Cavabdeh1 və Cavabdeh3 torpaq sahəsinə görə ödənmiş 700 manat və ödənilmiş dövlət rüsumunun 9,24 manat alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 100 manat ekspertiza xərcinin 89 manatı İddiaçı, 11 manatı cavabdehlər Cavabdeh2 , Cavabdeh4 , Cavabdeh1 və Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 , Cavabdeh4 , Cavabdeh1 və Cavabdeh3 torpaq sahəsinə görə ödənmiş 700 manat və ödənilmiş dövlət rüsumunun 9,24 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat ekspertiza xərcinin 89 manatı İddiaçı, 11 manatı cavabdehlər Cavabdeh2 , Cavabdeh4 , Cavabdeh1 və Cavabdeh3 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-172/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-172/2023
02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver