Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-173/2023 09.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* iştirakı ilə, Ərizəçi bacısı X2 ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, bacısı olmuş X2 05 may 2007-ci ildə Balakən rayonu Tülü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx *954-cü ildə Balakən rayonu Talalar kəndində anadan olmuşdur. X9, anası isə X*0 olmuşdur. Valideynlərinin hər ikisi ölmüşdür. X8 onun bacısı olmuşdur. X8 25 iyun *950-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, qeyri-rəsmi nikahla Balakən rayonu Tülü kənd sakini X*8 ilə evlənmiş, 05 may 2007-ci ildə isə ölmüşdür. Bacısının ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Bacısı olmuş X2 Balakən rayonu Tülü kəndində yerləşən torpaq sahəsi ondan miras qalmışdır. Hazırda miras əmlaka vərəsəlik işi açılsa da, X2 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanlarında miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. O, bacısı X4 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 05 may 2007-ci il tarixdə ölmüş X2 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda 05 may 2007-ci il tarixdə ölmüş bacısı X2 ölümü ilə bağlı Balakən Rayon Mərkəzi X2* Şəxsinə rəsmi müraciət etsə də, müəssisənin 04.*0.2022-ci il tarixli PHŞ/6.27-2-2022-80 nömrəli məktubuna əsasən Balakən Rayon Mərkəzi Xəstəxanasının arxivində X4 aid ölüm haqqında tibbi şəhadətnamənin olmadığı müəyyən edilmişdir. Buna görə X3 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsi üçün məhkəməyə şahidlər dəvət edəcəkdir. Qeyd edilən şahidlərin siyahısını məhkəmə hazırlıq iclasında təqdim edəcəkdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq X2 25 iyun *950-ci ildə Balakən rayonu Talalar kəndində doğulduğunu, qeyri-rəsmi nikahla Balakən rayonu Tülü kənd sakini X*8 ilə evləndiyini, 05 may 2007-ci ildə isə Balakən rayonu Tülü kəndində evdə öz əcəli ilə öldüyünü, ərinin özündən əvvəl vəfat etdiyini və uşaqlarının olmadığını bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*9, X** və X22 ifadələrində göstərmişlər ki, Ərizəçi bacısı-25 iyun *950-ci il tarixdə doğulmuş X8 05 may 2007-ci il tarixdə Balakən rayonu Tülü kəndində evdə öz əcəli ilə ölmüşdür. X2 uşaqları olmamışdır, Ərizəçi başqa vərəsəsi yoxdur. İşdə olan İE seriyalı 3*52*4 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 25 iyun *950-ci ildə anadan olmuş, X23, anası Abdullayeva Müslümat qeyd edilmişdir. İşdə olan AZ-T seriyalı **5887 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*954-ci ildə anadan olmuş, X23 Başir oğlu, anası X*5 qeyd olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 03.**.2022-ci il tarixli, 05/76- *200/*5 nömrəli məktubdan görünür ki, Maraqlı şəxsnə 03.**.2022-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə xx.xx.2007-ci il tarixdə vəfat etmiş bacısı X2 şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyi halda xx.xx.2007-ci il tarixdə vəfat etmiş bacısı X2 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə təqdim edilərək müraciəti təmin olunacaqdır. İşdə olan Balakən rayonu Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 8* nömrəli arayışdan görünür ki, yaxın qohumlarının deməsinə görə X8 xx.xx.2007-ci il tarixdə vəfat edib. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli, 05/69-868 nömrəli arayışdan görünür ki, 25 iyun *950-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 03.**.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X29 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X26 4 oktyabr 2022-ci il tarixli PHŞ/6.27-2-2022-80 nömrəli məktubunda göstərilir ki, Balakən MRX nın arxivində mərhum X5 aid ölüm haqqında tibbi şəhadətnamə tapılmadı (qeydə alınmayıb). İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi bacısı X8 25 iyun *950-ci il tarixdə Balakən rayonu Talalar kəndində doğulmuş, 05 may 2007-ci il tarixdə Balakən rayonu Tülü kəndində vəfat etmişdir. Ərizəçi bacısı X2 ölümü Maraqlı şəxsndə qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi ölmüş bacısı Səkinəxanım Abdullayevanın ölümünün qeydə alınması və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin o, Qeydiyyat Şöbəsinə bacısının ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən, Balakən rayon Qediyyat Şöbəsi tərəfindən ona bacısı X2 ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi bacısı X2 ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə ölmüş bacısı X* qalmış mirasla bağlı vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, X6 ölüm haqqında həkim şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Ərizəçi tərəfindən X7 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X29 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X27 müraciət edilmiş və "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X26 4 oktyabr 2022-ci il tarixli PHŞ/6.27-2-2022-80 nömrəli məktubu ilə ona bildirilmişdir ki, Balakən MRX nın arxivində mərhum X5 aid ölüm haqqında tibbi şəhadətnamə tapılmamış, qeydə alınmamışdır. Yəni ərizəçiyə mərhum bacısının ölümü haqqında şəhadətnamə olmadığından bu şəhadətnamə verilməmiş, bununla da Ərizəçi tərəfindən ölmüş bacısı X4 aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin ölmüş bacısının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi bacısı-25 iyun *950-ci il tarixdə doğulmuş X2 05 may 2007-ci il tarixdə Balakən rayonu Tülü kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısı-25 iyun *950-ci il tarixdə doğulmuş X2 05 may 2007-ci il tarixdə Balakən rayonu Tülü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-173/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-173/2023
09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver