Məhkəmə qərarları › İş №e-2(019)-174/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-174/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-174/2023 08.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək oğlu- 27 noyabr 1993cü il tarixdə doğulmuş X3 23 iyul 1994-cü il tarixdə Balakən rayonunun Qazma kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. Onun 27 noyabr 1993-cü il tarixdə doğulmuş oğlu X4 23 iyul 1994-cü il tarixdə qəflətən vəfat etmişdir. Oğlu Tural vəfat etdikdən sonra onun ölümü müvafiq təşkilatda qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Hal-hazırda oğlu Turalın ölüm şəhadətnaməsinin əldə edilməsi onun üçün vacibdir. Ölüm şəhadətnaməsinin alınması ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbəyə oğlu Turalın ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən ölüm haqqında həkim arayışını təqdim edə bilmədiyindən ona ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır.Bu barədə QŞ-nin arayışını ərizəsinə əlavə etmişdir.Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından Məhkəməyə müraciət etməli olmuşdur. Oğlu Turalın 1994-cü il tarixdə vəfat etməsini təsdiq edə bilən şahidləri var. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə şöbəyə müraciət edərək 1994-cü ildə Balakən rayonunun Qazma kəndində vəfat etmiş oğlu- X3 şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona oğlunun ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısının əridir. Ərizəçi 27 noyabr 1993-cü ildə anadan olmuş oğlu Tural 23 iyul 1994-cü ildə ölmüş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 27 noyabr 1993-cü ildə anadan olmuş oğlu Tural 23 iyul 1994cü ildə ölmüş və kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 13 yanvar 2022-ci il tarixdə verilmiş 05/69-24 nömrəli doğum haqqında arayışdan görünür ki, X4 27 noyabr 1993-cü-cü ildə anadan olmuş, atası Ərizəçi, anası X2 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli 05/69-25 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1993-cü ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/76-455/15 nömrəli məktubda göstərilmişdir: “Maraqlı şəxsnə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə 1994-cü ildə Balakən rayonunun Qazma kəndində vəfat etmiş oğlunuz- X3 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyiniz təqdirdə oğlunuz X3 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə sizə təqdim edilərək müraciətiniz təmin olunacaqdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1158 nömrəli arayışdan görünür ki, Ərizəçi deməsinə görə oğlu-Qasımov Tural xx.xx.1994-cü ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma kənd soveti tərəfindən 06 yanvar 1992-ci il tarixdə verilmiş V-JQ-479222 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qasımova soyadı verilimişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 27 noyabr 1993-cü ildə anadan olmuş oğlu-X4 23 iyul 1994-cü il tarixdə ölmüşdür. Tural Qasımovun ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi oğlunun ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oğlu -27 noyabr 1993-cü ildə anadan olmuş X3 23 iyul 1994-cü il tarixdə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi oğlu -27 noyabr 1993-cü ildə anadan olmuş X3 23 iyul 1994-cü il tarixdə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar