Məhkəmə qərarları › İş №e-2(019)-177/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-177/2023

15.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-177/2023 15.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan fərdi yaşayış evinin boşaldılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixində qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, mülkiyyətində olan, ünvan 1ində yerləşən 80,3 kv/m fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,1042 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən ona məcburi təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə sonuncunun mülkiyyətində olmuş, ünvan 1ində yerləşən, ümumi sahəsi 80,3 kv/m fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0,1042 ha olan həyətyanı torpaq sahəsini almışdır. Bundan sonra həmin fərdi yaşayış evini öz adına qeydiyyatdan keçirərək xx.xx.2021-ci il tarixli çıxarış əldə etmişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh dərhal evi ona təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin bu günə kimi cavabdeh evi ona təhvil verməmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışdan göründüyü kimi ünvan 1ində yerləşən, ümumi sahəsi 80,3 kv/m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1042 ha olan həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Buna baxmayaraq həmin yaşayış evinin nə açarları ona təhvil verilmir, özü də həmin evə özbaşına daxil olmağa çəkinir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehin, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 50 saylı Notariat Ofisində reyestrdə 4Ə-619 nömrə ilə qeydə alınmış 08 aprel 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan , ünvan 1i ünvanında yerləşən , ümumi sahəsi 80.3 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi,ümumi sahəsi 0.1042 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 30000 manat 00 qəpik ( otuz min manat sıfır qəpik) qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1ində 0.1042 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.30 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh Balakən rayonunun Gərəkli kəndində 0.1042 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 80.30 kv/m olan fərdi yaşayış evi olmuşdur. Cavabdeh mülkiyyətində olan həmin torpaq sahəsini və fərdi yaşayış evini Bakı şəhəri 50 saylı Notariat Ofisində reyestrdə 4Ə-619 nömrə ilə qeydə alınmış 08 aprel 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 30000 manata İddiaçı satmışdır. Sözügedən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonunun Gərəkli kəndində 0.1042 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini İddiaçı təhvil vermir,sonuncunun oradan istifadəsinə imkan vermir.Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki , hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-203.2-ci maddələrinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh həmin əmlakları satmaqla həmin əmlaklara hüquqlarını itirməsini, buna baxmayaraq onun İddiaçı oradan istifadə etməsinə imkan verməməsini, bununla da iddiaçının mülkiyyət hüququnu pozmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1ində yerləşən 80,3 kv/m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1042 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı məcburi təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı dövlət rüsumu olaraq ödədiyi 100 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1ində yerləşən 80,3 kv/m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1042 ha həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən İddiaçı məcburi təhvil verilsin. 100 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar