Məhkəmə qərarları › İş №e-2(019)-196/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-196/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-196/2024 05.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1000 (bir min) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-ninin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində məhkəməyə ərizə göndərərək cavabdehlərlə barışıq əldə olunduğunu, bununla əlaqədar olaraq Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanmasını və ərizənin geri qaytarılmasını xahiş etmişdir. Ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 1000 (bir min) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək cavabdehlərlə barışıq əldə olunduğunu, bununla əlaqədar olaraq Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanmasını və ərizənin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hesab edirəm ki, iddiaçı "xxxx" ASC-nin ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. İddiaçı "xxxx" ASC tərəfindən ödənmiş 30,90 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. Ödənmiş 30,90 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar