Məhkəmə qərarları › İş №e-2(019)-262/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-262/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-262/2023 07.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə2 iştirakı ilə, Ərizəçi bacısı X4 ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, bacısı olmuş X4 03 may 20*0-cu ildə Balakən rayonu Şambul kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *977-ci ildə Balakən rayonu Şambul kəndində anadan olmuşdur. Atası Həsənov Məhəmməd Abdulla oğlu, anası isə X9 olmuşdur. 3*.0*.*985-ci ildə anadan olmuş X*0 onun bacısı olmuşdur. X*0 03 may 20*0-cu ildə ölmüşdür. Onun ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Ona və ailə üzvləri olan X*2, X7, Həsənov Hicran Məhəmməd oğluna, X5, Həsənov Məhəmməd Elman oğluna və X8 Balakən rayonu Aqrar İslahat Komissiyasının *9 may *998-ci il tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün *.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 539 KOD40**60*8 olan Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. Bacısı olmuş X4 Balakən rayonu Şambul kəndində yerləşən torpaq sahəsi ondan miras qalmışdır. Hazırda miras əmlaka vərəsəlik işi açılsa da, X4 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanında miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. O, bacısı X8 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 03 may 20*0-cu ildə ölmüş X4 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Buna görə də X4 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq X4 ailə qurmadığını, subay olduğunu, 03 may 20*0-cu ildə Balakən rayonu Şambul kəndində evdə öz əcəli ilə öldüyünü bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə2 ərizəni qəbul edərək, Balakən rayon Qeydiyyat X* ölüm qeydinin olmadığını, Ərizəçi bacısı X4 ölümünün qeyd olunması və bu barədə müvafiq şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etmədiyi üçün 03.05.20*0-cu il tarixdə vəfat etmiş X4 ölümünün qeydə alınmasından imtina edildiyini, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*7 və X*4 ifadələrində X4 Ərizəçi doğma bacısı olduğunu, Aybənizin ailə qurmadığını, X4 03 may 20*0-cu ildə Balakən rayonu Şambul kəndində evdə əcəli ilə öldüyünü və Şambul kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişlər. İş materiallarında olan 24 dekabr *977-ci il tarixdə verilmiş V-JQ 25580* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx *977-ci ildə doğulmuş, atası qrafasında Həsənov Məhəmməd Abdulla oğlu, anası qrafasında isə X9 yazılmışdır. İş materiallarında olan 3 mart *985-ci il tarixdə verilmiş X-JQ 385*25 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X*0 3*.0*.*985-ci ildə doğulmuş, atası qrafasında Həsənov Məhəmməd Abdulla oğlu, anası qrafasında isə X9 yazılmışdır. İş materiallarında olan JN-539 KOD 40**60*8 nömrəli Torpağa Mülkiyyət Hüququna X25 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının *998-ci il *9 may tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şambul kəndi ərazisində yerləşən *.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X**, X6, Həsənov Hicran Məhəmməd oğlunun, X2, Həsənov Məhəmməd Elman oğlunun və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarındda olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22.*2. 2022-ci il tarixli, 05/76-*338/*5 nömrəli arayışdan görünür ki, Maraqlı şəxsnə 22.*2.2022-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə 03.05.20*0-cu il tarixdə vəfat etmiş bacısı X4 şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyi halda 03.05.20*0-cu il tarixdə vəfat etmiş bacısı X4 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə təqdim edilərək müraciəti təmin olunacaqdır. İş materiallarında olan ** iyun 2004-cu il tarixdə verilmiş AZ-İ 062**2 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X*5 xx.xx.2004-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin iyun ayının ** günündə 05 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli, 05/69-8** nömrəli arayışdan görünür ki, 3* yanvar *985-ci ildə Balakən rayonunun Şambul kəndində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 07.*0.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X22 *4 fevral 2023-cü il tarixli, PHŞ/6-27/2-76/2023 nömrəli məktubunda göstərilir ki, Şambul kənd sakini X4 ölüm haqqında tibbi şəhadətnaməsi 03.05.20*0-cu ildən *9.04.2020-ci ilə qədər ölüm aktı kitablarında qeydə alınmayıb . İş materiallarında olan 22.*2.2022-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi bacısı X*0 3* yanvar *985-ci il tarixdə Balakən rayonu Şambul kəndində doğulmuş, 03 may 20*0-cu il tarixdə Balakən rayonu Şambul kəndində vəfat etmişdir. Ərizəçi bacısı X4 ölümü Maraqlı şəxsndə qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi ölmüş bacısı X4 ölümünün qeydə alınması və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin o, Qeydiyyat Şöbəsinə bacısının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən, Balakən rayon Qediyyat Şöbəsi tərəfindən ona bacısı X4 ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi tərəfindən müraciət olunmuş Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X22 *4 fevral 2023-cü il tarixli, PHŞ/6-27/2-76/2023 nömrəli məktubunda göstərilir ki, Şambul kənd sakini X4 ölüm haqqında tibbi şəhadətnaməsi 03.05.20*0-cu ildən *9.04.2020-ci ilə qədər ölüm aktı kitablarında qeydə alınmayıb. Ərizəçi bacısı X4 ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə ölmüş bacısı X3 qalmış mirasla bağlı vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası MPM) 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Ərizəçi tərəfindən bacısı X8 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X24 müraciət edilmiş və Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X22 *4 fevral 2023-cü il tarixli, PHŞ/6-27/2-76/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şambul kənd sakini X4 ölüm haqqında tibbi şəhadətnaməsi 03.05.20*0-cu ildən *9.04.2020-ci ilə qədər ölüm aktı kitablarında qeydə alınmayıb. Yəni ərizəçiyə mərhum bacısının ölümü haqqında şəhadətnamə olmadığından bu şəhadətnamə verilməmiş, bununla da Ərizəçi tərəfindən ölmüş bacısı X8 aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin ölmüş bacısının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi bacısı-3* yanvar *985-ci il tarixdə doğulmuş X4 03 may 20*0-cu il tarixdə Balakən rayonu Şambul kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısı-3* yanvar *985-ci il tarixdə doğulmuş X4 03 may 20*0-cu il tarixdə Balakən rayonu Şambul kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar