Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-264/2023 24.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri tələb edilməsi və maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6120 (altı min yüz iyirmi) manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi, Cavabdeh New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019- cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığanın və Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpənin saz vəziyyətdə alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşamaqla kənd təsərrüfatı ilə məşğul olur. Cavabdeh isə onun qardaşıdır. O da kənd təsərrüfatı ilə məşğul olur. «Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən 10 iyun 2019-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Kombayn taxılyığan New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd kombayn almışdır. Bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında xx.xx.2019-cu il tarixli 354-GS/19 nömrəli X3 Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə texnikanın ümumi dəyəri 197200 manat, güzəşt məbləği 75118 manat 75 qəpik, güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri isə 122 081,25 manat (bir yüz iy irmi ikimin səksən bir manat 25 qəpik) təşkil edir. Həmin məbləğdən 40000 manatı nəqd şəkildə ödədiyindən 82641.25 manat isə lizinq formasında ona 60 ay müddətinə kredit ödənişi kimi hesablanmışdır, ayda isə 1377 manat 35 qəpik ödəniş etməli idi. Müqavilənin bütün şərtləri ilə razılaşaraq, kombayn taxılyığan New Holland TC 4.90markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd kombaynı 02 iyul 2019-cu il tarixdə müqavilədə göstərilən saz vəziyyətdə almışdır. 19 may 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən X1 SP-540markalı şassi nömrəsi KC9610386, 2019cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən almışdır. Bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə aralarında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4726 nömrəli X3 Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə texnikanın ümumi dəyəri 17500 manat, güzəşt məbləği 6400 manat, güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri isə 12100 manat (on iki min yüz) təşkil edir. Həmin məbləğdən 4100 manatı nəqd şəkildə ödədiyindən 7000 manat isə lizinq formasında ona 48 ay müddətinə kredit ödənişi kimi hesablanmışdır, ayda isə 145 manat 83 qəpik ödəniş etməli idi. Müqavilənin bütün şərtləri ilə razılaşaraq Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən texnikasını müqavilədə göstərilən saz vəziyyətdə almışdır. New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığana görə ayda 1384 manat, Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpənə görə isə ayda 146 manat, cəmi 1530 manat pul ödəməli idi. Cavabdeh həmin texnikalar lazım olduğuna görə texnikaları ona icarəyə vermək qərarına gəldi. Cavabdeh texnikalardan istifadəyə görə ona hər ay 1530 manat ödəməli idi. O, bir müddət ödəniş etdikdən sonra texnikaların icarə pulunu ödəməyi dayandırdı. Belə ki, 2022-ci ilin avqust ayında onunla aralarında baş vermiş şəxsi mübahisələrlə bağlı münasibətləri pozuldu. Bundan sonra cavabdeh texnikalara görə ona aylıq icarə haqqını ödəməkdən imtina etdi. Artıq dörd aydır ki, aylıq 1530 manat olmaqla 6120 manat texnikaya görə icarə haqqını Cavabdeh ona ödəməkdən imtina etmişdir. Bunun nəticəsində texnikaların kreditini vaxtında ödəməkdə çətinlik çəkir. Buna görə də o qərara gəldi ki, cavabdehdə olan avadanlıqlarını və texnikadan istifadə haqqını ondan tələb etsin. Cavabdeh isə pulu və əmlakları geri qaytarmaq istəmir. Sözügedən əmlaklarının ona qaytarılması ilə bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə də yuxarıda qeyd etdiyi tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, həqiqətən «Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən 10 iyun 2019-cu il tarixli lizinq müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığanın və 19 may 2021ci il tarixli lizinq müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpənin İddiaçı lizinqə verilməsi sənədləşdirilmiş, lakin həmin texnikalar əslində ona lizinqə verilmişdir. Lakin lizinq müqavilələri İddiaçı adına bağlanmışdır. Həmin lizinqə verilmiş New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd kombayn-taxılyığan və Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən İddiaçı tərəfindən ona verilmiş və o, həmin texnikalardan istifadə etmişdir. X4 ilə texnikalarla bağlı hər hansı icarə müqaviləsi bağlamamış, həmin texnikalara görə İddiaçı hər hansı icarə haqqı ödəmək öhdəliyi götürməmişdir. Həmin texnikaların lizinq ödənişlərini o, həyata keçirmiş, lakin həmin ödənişlər öz adına deyil, İddiaçı adına sənədləşdirilmişdir. İddia predmetini təşkil edən texnikalar hal-hazırda ondadır və onları İddiaçı qaytarmaq fikrində deyildir. Belə ki, həmin lizinqə verilmiş texnikalar ona məxsusdur. Lakin həmin texnikaların ona lizinqə verilməsi və ona məxsus olması barədə müqavilə və ya digər hüquqmüəyyənedici sənədləri yoxdur. İddianın rədd olunmasını xahiş edir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 iyun 2019-cu il tarixli KTA-KTT-19/0035 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi ilə verilən subsidiya tətbiq edilən X5 müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 2019-cu il buraxılışlı Polşa istehsalı olan Nevv Holland adlı TC 4.90 markalı şassi nömrəsi ********* olan 1 ədəd kombayn taxılyığan lizinqə verilmiş, lizinq obyektinin qiyməti 197200.00 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 75118.75 manat, lizinq ödənişinin ümumi məbləği 137623.75 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin məbləği 7400.60 manat, sığorta haqqı illik 1303.60 manat müəyyən edilmiş, lizinq müqaviləsinin 8.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və lizinq müqaviləsinin 1-ci bəndində göstərilən lizinq obyektlərini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüş, əlavə № 1-lizinq obyektinin təsviri, əlavə №2-lizinq ödənişlərinin qrafiki, əlavə № 3-lizinq obyekti üzrə digər ödənişlər və onların cədvəlinin lizinq müqaviləsinin ayrılmaz hissəsini təşkil etməsi qeyd edilmişdir. Müqavilə şərtlərinə əsasən lizinq alan olan iddiaçı həmin məbləğdən 40000 manatı nəqd şəkildə ödəniş etməklə, 82641.25 manat isə lizinq formasında ona 60 ay müddətinə kredit ödənişi kimi hesablandığından o, hər ay 1377 manat 35 qəpik ödəniş etməli idi. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19 may 2021-ci il tarixli KTA-KTT-21/4726 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi ilə verilən subsidiya tətbiq edilən X5 müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən lizinqə verilmişdir. Müqavilənin şərtlərinə görə Texnikanın ümumi dəyəri 17500 manat, güzəşt məbləği 6400 manat, güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri isə 12100 manat (on iki min yüz) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi "xxxx" Açiq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli Texniki təminat haqqında məktubdan görünür ki, İddiaçı istifadəsinə verilən New Holland TC 4.90 markalı taxılyığan kombayna “Aqrolizinq" ASC ilə “Networks Europe LP” arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 15/19 nömrəli müqavilənin 19.1 bəndinə əsasən müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, icraçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilimiş xidmətlərə) 12 ay və ya 1000 moto saat texniki təminat verir. İş materiallarında olan "xxxx" Açiq Səhmdar Cəmiyyətinə məxsus texnikanin aliciya təhvili barədə 02 iyul 2019-cu il tarixli 5/214 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin Ucar TB tərəfindən xx.xx.2019-cu il 16/19 nömrəli satınalma müqaviləsilə xx.xx.2019-cu ildə bazaya daxil olmuş New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan "xxxx" ASC-nin 28 iyun 2019-cu il tarixli 1970/ü nömrəli əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan ünvan 1 sakini İddiaçı təhvil verildi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, BD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Kapital Bank ASC-nin hesabına 2737 manat köçürülmüşdür. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Gaspardo SP-540 markalı, zavod nömrəsi KC9610386 olan, 2019-cu il buraxılışlı qarğıdalı səpən "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli 10 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1397 manat 10.6.2019 tarixli KTA-KTT- 19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli 10 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1400 manat 10.6.2019 tarixli KTA-KTT- 19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli 001 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 5000 manat 10.6.2019 tarixli KTA-KTT- 19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 10 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1400 manat 10.6.2019 tarixli KTA-KTT-19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan 31 avqust 2020-ci il tarixli 10 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1400 manat 10.6.2019 tarixli KTA-KTT- 19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan 30 noyabr 2020-ci il tarixli 10 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1400 manat 10.6.2019 tarixli KTA-KTT- 19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan 30 sentyabr 2020-ci il tarixli 1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1400 manat 10.6.2019 tarixli KTA-KTT- 19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan 31 may 2021-ci il tarixli 10 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1400 manat 10.6.2019 tarixli KTA-KTT- 19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli 10 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 1387 manat 10.6.2019 tarixli KTA-KTT-19/0035 saylı X5 Müqaviləsinə əsasən lizinq ödənişi ödənilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 2737 manat lizinq ödənişi ödənilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 1400 manat mədaxil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 1400 manat mədaxil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 1402 manat mədaxil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 1400 manat mədaxil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 2723 manat mədaxil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 2723 manat mədaxil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 1390 manat mədaxil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş üçün 4000 manat mədaxil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 01 iyul 2019-cu il tarixli PLE19/0094 nömrəli etibarnamədə göstərilir ki, bu etibarnamə ilə İddiaçı (şəxsiyyət vəsiqəsi: AZE № ********, xx.xx.2018-ci il tarixdə Balakən RPŞ tərəfindən verilib) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, buraxılış ili 2019, mühərrik nömrəsi 001680192, şassi nömrəsi ********* olan New Holland TC 4.90 markalı kombayn taxılyığan Azərbaycan Respublikasının hüdudları daxilində idarə edilməsi etibar edilir. Etibarnamə 05 sentyabr 2019-cu il tarixinədək qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış Texniki təminat haqqında məktubda göstərilir ki, İddiaçı istifadəsinə verilən New Holland TC 4.90 markalı taxılyığan kombayna “Aqrolizinq" ASC ilə “Networks Europe LP” arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 15/19 nömrəli müqavilənin 19.1 bəndinə əsasən müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, icraçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilimiş xidmətlərə) 12 ay və ya 1000 moto saat texniki təminat verir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı və cavabdeh doğma qardaşdırlar. «Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 iyun 2019-cu il tarixli KTA-KTT-19/0035 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi ilə verilən subsidiya tətbiq edilən X5 müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd kombayn taxılyığan lizinqə verilmiş, müqavilənin şərtlərinə görə həmin kombayn taxılyığan texnikasının ümumi dəyəri 197200 manat, güzəşt məbləği 75118 manat 75 qəpik, güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri isə 122 081,25 manat (bir yüz iy irmi ikimin səksən bir manat 25 qəpik) müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin məbləğdən 40000 manatı nəqd şəkildə ödəniş etməklə, 82641.25 manat isə lizinq formasında ona 60 ay müddətinə kredit ödənişi kimi hesablandığından o, hər ay 1377 manat 35 qəpik ödəniş etməli idi. İddiaçı müqavilənin bütün şərtləri ilə razılaşmış, New Holland TC 4.90markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan 02 iyul 2019-cu il tarixdə müqavilədə göstərilən saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Həmçinin İddiaçı 19 may 2021-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən almış, bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli KTA-KTT-21/4726 nömrəli X3 Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının güzəştlə satılması barədə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə toxumsəpənin ümumi dəyəri 17500 manat, güzəşt məbləği 6400 manat, güzəşt tətbiq edildikdən sonrakı qalıq dəyəri isə 12100 manat (on iki min yüz) təşkil edir. İddiaçı həmin məbləğdən 4100 manatı nəqd şəkildə ödədiyindən, 7000 manat isə lizinq formasında ona 48 ay müddətinə kredit ödənişi kimi hesablanmaqla o, ayda 145 manat 83 qəpik ödəniş etməli idi. İddiaçı müqavilənin bütün şərtləri ilə razılaşmış və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən texnikasını müqavilədə göstərilən saz vəziyyətdə almışdır. İddiaçı New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığana görə ayda 1384 manat, Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpənə görə isə ayda 146 manat, cəmi 1530 manat pul ödəməli idi. İddiaçı bildirdiyinə görə Cavabdeh həmin texnikalar lazım olduğuna görə texnikaları Cavabdeh icarəyə vermişdir ki, Cavabdeh texnikalardan istifadəyə görə ona hər ay 1530 manat ödəməli idi. Lakin Cavabdeh bir müddət ödəniş etdikdən sonra texnikaların icarə pulunu ödəməyi dayandırmış, 2022-ci ilin avqust ayında tərəflər arasında baş vermiş şəxsi mübahisələrlə bağlı münasibətləri pozulmuş, bundan sonra cavabdeh texnikalara görə iddiaçıya aylıq icarə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh həmin texnikaları özünün qeyri-qanuni sahibliyində saxlamaqla İddiaçı qaytarmaqdan imtina edir. Ona görə də İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim özəmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi“ Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləriedə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinəi əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış təqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İcarə haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən
1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir;
2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi; 3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər; 4. İcarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir;
5. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»na əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Repsbulikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları daşınar əşyaların dövlət reyestrində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-4.1-ci maddəsinə əsasən sublizinqsublizinq müqaviləsi ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-4.2-ci maddəsinə əsasən sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-4.3-cü maddəsinə əsasən əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-4.4-cü maddəsinə əsasən lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1-ci maddəsinə əsasən lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.3-ci maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.4-cü maddəsinə əsasən lizinq alanın həyata keçirdiyi lizinq obyektinin ayrılan yaxşılaşdırılmaları, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-3-cü maddəsinə əsasən maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.6-cı maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-cimaddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən iddiaçının hər bir iddia tələbinə ayrıca hüquqi qiymət verməyi zəruri hesab edir. İddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürərək, Cavabdeh New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019- cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığanın və Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpənin saz vəziyyətdə alınaraq ona qaytarılmasını tələb edir. Bu xüsusda məhkəmə qeyd edir ki, iddiaçının ona lizinq əsasında verilən texnikaları cavabdehin qeyri-qanuni sahibliyindən geri qaytarılması tələbi üzrə iddiası vindikasiya iddiasıdır. Bununla bağlı nəzərə çatdırılmalıdır ki, vindikasiya iddiasının hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin bir yerdə mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik və istifadə hüququ) olmalıdır; 2) bu əmlak başqasının sahibliyində olmalıdır; 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Qeyd edildiyi kimi, iddiaçının həmin əmlaklar olmadığı halında alternativ olaraq həmin əmlakların dəyərini tələb etməsi vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbdir. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. İddia tələbini sübut etmə yükünün iddiaçının üzərinə qoyulması Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbindən doğur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdəki sübutlardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 10 iyun 2019-cu il tarixli KTA-KTT-19/0035 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi ilə verilən subsidiya tətbiq edilən X5 müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 2019-cu il buraxılışlı Polşa istehsalı olan Nevv Holland adlı TC 4.90 markalı şassi nömrəsi ********* olan 1 ədəd Kombayn taxılyığan lizinqə verilmiş, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19 may 2021-ci il tarixli KTA-KTT-21/4726 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi ilə verilən subsidiya tətbiq edilən X5 müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən lizinqə verilmiş, həmin Kombayn taxılyığan və toxumsəpən saz vəziyyətdə İddiaçı sahiblik və istifadəsinə verilmiş və İddiaçı tərəfindən həmin texnikalara dair lizinq ödənişləri həyata keçirilmişdir. Lakin İddiaçı saz vəziyyətdə verilən və onun qanuni sahiblik və istifadəsində olan 2019-cu il buraxılışlı Polşa istehsalı olan Nevv Holland adlı TC 4.90 markalı şassi nömrəsi ********* olan 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən Cavabdeh sahibliyindədir və Cavabdeh həmin texnikalara sahibliyi qeyri-qanunidir. Bu hal Cavabdeh məhkəmədə verdiyi izahatı ilə də təsdiq olunur. Belə ki, Cavabdeh məhkəmədə verdiyi izahata görə həmin texnikalara dair lizinq verənlə onun arasında lizinq müqaviləsi bağlanmamışdır və həmin texnikaların ona məxsus olması barədə digər sənədlər mövcud deyildir. Həmin texnikalar İddiaçı lizinqə verilmişdir, hazl-hazırda onun-Cavabdeh sahiblik və istifadəsindədir və onun həmin texnikaları İddiaçı qaytarmaq fikri yoxdur. Belə ki, həmin texnikaların lizin haqqını o, ödəmişdir. Lakin Cavabdeh həmin lizinq predmeti olan texnikaların ona lizinqə verilməsi, onun lizinq verənə lizinq ödənişlərini həyata keçirməsi və həmin texnikalara onun sahiblik və istifadəsinin qanuni olmasını təsdiq edən heç bir sübut təqdim etməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdehin üzərinə düşür. Əksinə iş materiallarından görünür ki, iddianın predmetini təşkil edən texnikalar İddiaçı lizinqə verilmiş, bu barədə iddiaçı ilə lizinq verən arasında lizinq müqavilələri bağlanmış və həmin texnikalar iddiaçıya saz vəziyyətdə təhvil verilmiş və işdə olan ödəniş sənədlərinə əsasən həmin texnikaların lizinq ödənişlərini məhz İddiaçı həyata keçirmişdir. İşdəki sübutlardan birmənalı şəkildə müəyyən olunur ki, hazırki tələbin təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən olunmuş dispozitiv şərtlərin 3-də mövcuddur. Belə ki, iddia predmetini təşkil edən kombayn taxılyığana və toxumsəpənə İddiaçı sahiblik və istifadə hüquqları vardır, həmin texnikalar Cavabdeh sahibliyindədir və Cavabdeh həmin texnikalara sahibliyi qeyri-qanunidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu tələb hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019- cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia Cavabdeh 6120 manat pulun alınaraq İddiaçı xeyrinə verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehə qarşı 6120 manat pul tələbini iddia predmetini təşkil edən texnikaları Cavabdeh icarəyə verməsi, Cavabdeh texnikalardan istifadəyə görə ona hər ay 1530 manat ödəməli olması, cavabdehin bir müddət ödəniş etdikdən sonra texnikaların icarə pulunu ödəməyi dayandırması və aylıq icarə haqqını ödəməkdən imtina etməsi, artıq dörd aydır ki, aylıq 1530 manat olmaqla 6120 manat texnikaya görə icarə haqqını Cavabdeh ona ödəməkdən imtina etməsi ilə əsaslandırmışdır. Lakin iş materiallarında İddiaçı sözügedən texnikaları Cavabdeh icarəyə verməsi və Cavabdeh həmin texnikalara görə hər ay 1530 manat icarə haqqını İddiaçı ödəməsi barədə öhdəlik götürməsini təsdiq edən hər hansı icarə müqaviləsi və digər yazılı sənəd yoxdur. Cavabdeh da izahatında onunla İddiaçı arasında həmin texnikaların ona icarəyə verilməsi və onun hər ay 1530 manat icarə haqqını İddiaçı ödəməli olması barədə heç bir icarə müqaviləsi bağlanmadığını və onun hər ay İddiaçı 1530 manat icarə haqqı ödəməsi öhdəliyinin olmadığını bildirmişdir. İş üzrə İddiaçı tərəfindən də iddia predmetini təşkil edən Kombayn taxılyığanı və toxumsəpəni Cavabdeh icarəyə verməsi, bu barədə aralarında icarə müqaviləsi bağlanması, Cavabdeh texnikalardan istifadəyə görə ona hər ay 1530 manat ödəməli olması, cavabdehin hansı müddət və hansı məbləğdə ona icarə ödənişi etməsi və hansı dörd ay olmaqla aylıq 1530 manat olmaqla 6120 manat texnikalara görə icrarə haqqını ödəməməsini təsdiq edən hər hansı sübutu; icarə müqaviləsini, digər yazılı sənədləri və başqa sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da 6120 manat pul tələbi hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia 6120 manat pul tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, tərəfləri dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019- cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin; Cavabdeh New Holland TC 4.90 markalı zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd Kombayn taxılyığan və Maschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC9610386, 2019-cu il buraxılışlı İtaliya istehsalı olan 1 ədəd toxumsəpən saz vəziyyətdə alınaraq İddiaçı qaytarılsın; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zamin Tahirov