Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-289/2025 15.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında mediasiyada bağlanmış barışıq sazişinin alimentə dair hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarını 20 fevral 2014-cü il tarixdə Gəncə “ASAN xidmət“ mərkəzində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 20 yanvar 2014-cü il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X7 adlı övladları anadan olmuşlar. Maraqlı şəxs ilə xasiyyətləri uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Uzun müddətdir ki, ayrı yaşayırlar. Azyaşlı uşaqlar onun himayəsindədirlər. Maraqlı şəxs ilə aralarında mediasiya keçirilmiş, nikahın pozulmasına dair mediasiya prosesinə xitam verilməsi haqqında, aliment və uşağın himayədə saxlanılmasına dair hissədə barışıq əldə olunmuşdur. Mediasiya sessiyasına İMS 50, TMS 150 AZN məbləğ təktərəfli qaydada tərəfindən ödənilmişdir. Nikahın pozulması tələbinə dair Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Mülki iş hal-hazırda Balakən Rayon Məhkəməsinin icraatındadır. Aralarında alimentə dair hissədə barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etmir, barışıq sazişində qeyd olunan hər uşaq üçün təyin olunmuş 150 manat, cəmi 300 manat alimenti ödəmir.Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək,xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs -Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxs- Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 940163 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X5 arasında 20 fevral 2014-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin fevral ayının 20 günündə 155 nömrə ilə qeyd edilmiş,nikah bağlanandan sonra arvada Qasımova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 20 fevral 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 276698 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 20 yanvar 2014-cü il tarixdə doğulmuş, atası Maraqlı şəxs, anası isə X5 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 17 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 357953 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 11 sentyabr 2018-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasındla tədqiq edilmiş Şəki 1 saylı Mediasiya təşkilatı tərəfindən 09 sentyabr 2024-cü il tarixdə verilmiş MŞŞ/MT018/2024-01445 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protoklodan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş Ərizəçi İMS üçün 50 manat, TMS üçün 150 manat məbləği təktərəfli qaydada ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ/S1-2024—01445 barışıq sazişində göstərilmişdir ki, Tərəflər Mediasiya sessiyasinda iştirak etdilər. Sazişin Nəticələri: 1.Uşaqların himayəsi-Tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il doğumlu X7 və xx.xx.2014-cü il doğumlu X2 himayəsinin ana Ərizəçi verilməsinə hər iki tərəf razılaşdı. 2.Aliment tələbi-X1 və Maraqlı şəxs birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il doğumlu X7 və xx.xx.2014-cü il doğumlu X2 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğini hər ay hər bir uşaq üçün 150 AZN (yüz əlli manat), ümumilikdə 300 AZN (iki yüz manat) aliment ödənilməsinə hər iki tərəf könüllü olaraq razılaşdılar. Aliment ödəniş qaydası imzalandığı gündən qüvvəyə minir.Hər ay ata Maraqlı şəxs ana Ərizəçi bank kart hesabına nəğdsiz qaydada aliment ödənişi edicəkdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs nikahlarını 20 fevral 2014-cü il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzində 155 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər.Tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X4 və xx.xx.2018-ci il tarixdə X7 adında iki uşaqları doğulmuşdurlar. Nikahın pozulması, uşaqların himayəsi və aliment tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, tərəflər arasında mediasiya sessiyası keçirilmiş, xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə tərəflər aralarında bağlanmış nikahın pozulmasına, birgə nikahdan xx.xx.2018-ci il doğumlu X3 və xx.xx.2014-cü il doğumlu X2 himayəsinin ana Ərizəçi verilməsinə və birgə nikahdan dünyaya gələn xx.xx.2018-ci il doğumlu X3 və xx.xx.2014cü il doğumlu X2 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 150 AZN (yüz əlli manat), ümumilikdə 300 AZN-nin (üç yüz manat) ana Ərizəçi verilməsi razılığına gəlmişlər və bu barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, xx.xx.2024-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat-cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunmalı, alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-09 sentyabr 2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi Ərizəçi ilə Maraqlı şəxs birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X2 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat-cəmi 300 (üç yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq edilsin. Alimentin tutulması 09 sentyabr 2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-289/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-289/2025
15.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver