Məhkəmə qərarları › İş №e-2(019)-309/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-309/2024

12.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-309/2024 12.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızının nümayəndəsi X7 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 Abdullahacı oğlu ilə aralarında xx.xx.2023-tarixli 02908 nömrəli: Borclu Maraqlı şəxs2 öz adına daşınmaz əmlakın dövlat reyestrində qeydə alınmış Reyestr nömrəsi: **********050-05101-093004 qeyda alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızına 13454 azn (on üç min dördyüz əlli dörd manat) nağd qaydada ödəməyə razılığı öhdəsinə götürməsi və mənzilin tam mülkiyyat hüququ (əvvəlki qaydasında) Maraqlı şəxs2 qalmasına dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs2 ilə aralarında baş vermiş bir çox səbəblərdən ailə münasibətləri bitmişdir. Nikahları məhkəmə qaydasında pozulmuşdur. Bundan başqa Şəki Apellyasiya Məhkəməsinin 2(019)- 1279/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, sabiq əri Maraqlı şəxs2 Abdullahacı oğlu ilə aralarında birgə nikah dövründə əldə etdikləri əmlakların 1/2 payı müəyyən edilmişdir. Deməli, Şəki Apellyasya Məhkəməsinin 2(019)- 1279/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə görə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-379/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs2 birgə nikah dövründə əldə etdikləri,tam mülkiyyət hüququ ilə cavabdeh Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin, ünvan 3ən 15 saylı mənzilin, ünvan 4 hektar torpaq sahəsinin, ünvan 5 0,44 hektar torpaq sahəsinin,ünvan 6şən 0,0208 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X5 mülkiyyət hüququ tanınmalıdır. Tərəflərin birgə nikah dövründə əldə etdikləri, cavabdeh Maraqlı şəxs2 adına qeydiyyata alınmış, 7685 manat dəyərində 1998-ci il buraxılış ili, 90- CC-399 dövlət nömrə nişanlı «MERCEDES» minik avtomaşının 1/2 hissəsi-3842,50 (üç min səkkiz yüz qırx iki manat əlli qəpik) manatı cavabdeh Maraqlı şəxs2 alınaraq iddiaçı X6 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. 200 manat qiymətləndirmə xərcinin 100 manatı Maraqlı şəxs2 tutulub Nüşabə Xanlayevaya verilsin, 100 manatı isə Nüşabə Xanlayevanm özünə aid edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(107)-1279/2021 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Balakən Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(019)-379/2020 nömrəli qətnaməsi ünvan 3ən 15 saylı mənzilinə dair hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə çıxarılmalıdır. Qətnamə ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 hissəsinə iddiaçı X5 mülkiyyət hüququ tanınmalıdır hissəsində icra edilməsi həmin əmlakın bankda girovda olması səbəbindən icra edilməmiş qalmışdır. Belə ki, onlar razılığa gəlmişlər ki: Şəki Apellyasya Məhkəməsinin 2(019)- 1279/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinin İddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs2 birgə nikah dövründə əldə etdikləri, tam mülkiyyət hüququ ilə cavabdeh Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 hissəsinə iddiaçı X5 mülkiyyət hüququ tanınmalıdır hissəsində, X2 borclu Maraqlı şəxs2 13454 (on üç min dörd yüz əlli dörd) manat qarşılığında /4 payından imtina edir və borclu Maraqlı şəxs2 adında tam mülkiyyət hüququ ilə (əvvəlki qaydasında) qalmasına öhdəlik götürür. X2 Şəki Apellyasya Məhkəməsinin 2(019)- 1279/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra sənədinin İddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs2 birgə nikah dövründə əldə etdikləri, tam mülkiyyət hüququ ilə cavabdeh Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 hissəsindən imtina etməyə razıdır və öhdəsinə götürür. Bu barədə mediatora müraciət etmişlər. Sazişin şərtləri aşağıdakı kimi qeyd olunmuşdur: Tərəflər Hacıyeva (Xanlayeva ) Nüşabə Adil qızı və Maraqlı şəxs2 Abdullahacı oğlu birgə nigah dövründə əldə olunmuş, tam mülkiyyət hüququ ilə Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində Reyestr nömrəsi : **********050-05101- 093004 qeydə alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 hissəyə payların müəyyən edilməsinə razılaşırlar: Borclu Maraqlı şəxs2 öz adına daşınmaz əmlakın dövlat reyestrində qeydə alınmış Reyestr nömrəsi : **********050-05101-093004 qeyda alınmış Balakan şahari Mikayıl Müşviq küçəsi 6 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva ) Nüşabə Adil qızma 13454 azn (on üç min dördyüz elli dörd manat) nağd qaydada ödəməyə razılığı öhdəsinə götürür və mənzilin tam mülkiyyat hüququ (əvvəlki qaydasında) Maraqlı şəxs2 qalmağına har iki tərəf razılaşaraq Sazişi imzaları ilə təsdiqləyirlər. Tam mediasıya prosesinin aparılması üçün 50 manat mediasiya rüsumu ödəmişdir. Balakən rayon icra və probasiya şöbəsinin icraatında olan Şəki Apellyasya Məhkəməsinin 2(019)-1279/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin tam icra edilməsi üçün icra məmuru tərəfindən ona izah edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə əsasən aralarında bağlanmış barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Həmin işin icrasının tam başa çatması aralarında olan digər icra sənədlərinin də əvəzləşdirmə qaydasında həlli mümkün olacaqdır. Bu səbəbdən də barışıq sazişinin təsdiq edilməsi üçün Balakən rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızının nümayəndəsi X13 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizəni qəbul edib, izahatında göstərmişdir ki, iddiaçı Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızı ilə 23 noyabr 2000-ci ildə evlənmişlər. Nikahlarını 17 may 2001-ci il tarixdə 125 sayla Balakən rayon VVADQ şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2001-ci ildə X10, xx.xx.2001-ci il tarixdə X11 və xx.xx.2016-cü ildə X12 adında üç uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-164/2020 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-379/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə onun birgə nikah dövründə əldə etdikləri, tam mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin, ünvan 3ən 15 saylı mənzilin, ünvan 4 hektar torpaq sahəsinin, ünvan 5 0,44 hektar torpaq sahəsinin, ünvan 6şən 0,0208 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X5 mülkiyyət hüququnun tanınması, tərəflərin birgə nikah dövründə əldə etdikləri, onun adına qeydiyyata alınmış, 7685 manat dəyərində 1998-ci il buraxılış ili, **-CC-*** dövlət nömrə nişanlı «MERCEDES» minik avtomaşının 1/2 hissəsi-3842,50 (üç min səkkiz yüz qırx iki manat əlli qəpik) manatın ondan alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1279/2021 nömrəli qətnaməsi ilə onun tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(019)-379/2020 nömrəli qətnaməsi ünvan 3ən 15 saylı mənzilinə dair hissədə ləğv edilmş, həmin hissə üzrə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilməmişdir. Hacıyeva (Xanlayeva ) Nüşabə Adil qızı ilə onun arasında əmlak mübahisəsinə dair başıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən o, öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Reyestr nömrəsi : **********050-05101-093004 qeydə alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva ) Nüşabə Adil qızına 13 454 azn (on üç min dörd yüz əlli dörd manat) nəğd qaydada ödəməyə razılığı öhdəsinə götürməsi və mənzilin tam mülkiyyət hüququ (əvvəlki qaydasında) onda qalmasına dair hər iki tərəf razılaşmışlar. Ərizənin təmin olunmasına və həmin barışıq sazişinin təsdiq olunmasına razıdır. Maraqlı şəxs mediator Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxs mediator Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respulikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1279/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-379/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs2 birgə nikah dövründə əldə etdikləri,tam mülkiyyət hüququ ilə cavabdeh Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin, ünvan 3ən 15 saylı mənzilin, ünvan 4 hektar torpaq sahəsinin, ünvan 5 0,44 hektar torpaq sahəsinin,ünvan 6şən 0,0208 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X5 mülkiyyət hüququ tanınmış, tərəflərin birgə nikah dövründə əldə etdikləri, cavabdeh Maraqlı şəxs2 adına qeydiyyata alınmış, 7685 manat dəyərində 1998-ci il buraxılış ili, **-CC-*** dövlət nömrə nişanlı «MERCEDES» minik avtomaşının 1/2 hissəsi- 3842,50 (üç min səkkiz yüz qırx iki manat əlli qəpik) manatın cavabdeh Maraqlı şəxs2 alınaraq iddiaçı X6 verilməli, iddia qalan hissədə təmin edilməməli, 200 manat qiymətləndirmə xərcinin 100 manatı Maraqlı şəxs2 tutulub Nüşabə Xanlayevaya verilməli, 100 manatı isə Nüşabə Xanlayevanın özünə aid edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1279/2021 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(019)-379/2020 nömrəli qətnaməsi ünvan 3ən 15 saylı mənzilinə dair hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı və Xanlayev X1 iştirak etdilər. Sazişin Nəticələri Əmlak Bölgüsü- Tərəflər Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı və Maraqlı şəxs2 Abdullahacı oğlu əmlak mübahisəsinə dair Başıq sazişinin bağlanılmasına hər iki tərəf Mediasiya Sessiyası zamanı razılığa gəldilər. Sazişin Şərtləri aşağıda qeyd olunmuşdur: - Tərəflər Hacıyevə (Xanlayeva ) Nüşabə Adil qızı və Maraqlı şəxs2 Abdullahacı oğlu birgə nigah dövründə əldə olunmuş, tam mülkiyyət hüququ ilə Maraqlı şəxs2 adina daşınmaz əmlakın dövlət reyestrində Reyestr nömrəsi : **********050-05101-093004 qeydə alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1\2 hissəyə payların müəyyən edilməsinə razılaşırlar: - Borclu Maraqlı şəxs2 öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Reyestr nömrəsi : **********050-05101-093004 qeydə alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva ) Nüşabə Adil qızına 13 454 azn (on üç min dörd yüz əlli dörd manat) nəğd qaydada ödəməyə razılığı öhdəsinə götürür və mənzilin tam mülkiyyət hüququ (əvvəlki qaydasında ) Maraqlı şəxs2 qalmağına hər iki tərəf razılaşaraq Sazişi imzaları ilə təsdiqləyirlər. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-379/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə cavabdeh Maraqlı şəxs2 birgə nikah dövründə əldə etdikləri,tam mülkiyyət hüququ ilə cavabdeh Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin, ünvan 3ən 15 saylı mənzilin, ünvan 4 hektar torpaq sahəsinin, ünvan 5 0,44 hektar torpaq sahəsinin, ünvan 6şən 0,0208 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X5 mülkiyyət hüququnun tanınması, tərəflərin birgə nikah dövründə əldə etdikləri, cavabdeh Maraqlı şəxs2 adına qeydiyyata alınmış, 7685 manat dəyərində 1998-ci il buraxılış ili, **-CC-*** dövlət nömrə nişanlı «MERCEDES» minik avtomaşının 1/2 hissəsi-3842,50 (üç min səkkiz yüz qırx iki manat əlli qəpik) manatın cavabdeh Maraqlı şəxs2 alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)- 1279/2021 nömrəli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(019)-379/2020 nömrəli qətnaməsi ünvan 3ən 15 saylı mənzilinə dair hissədə ləğv edilmş, həmin hissə üzrə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilməmişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Sazişin Nəticələri Əmlak Bölgüsü- Tərəflər Hacıyevə (Xanlayeva ) Nüşabə Adil qızı və Maraqlı şəxs2 Abdullahacı oğlu əmlak mübahisəsinə dair Başıq sazişinin bağlanılmasına hər iki tərəf Mediasiya Sessiyası zamanı razılığa gəldilər. Sazişin Şərtləri aşağıda qeyd olunmuşdur: - Tərəflər Hacıyevə (Xanlayeva ) Nüşabə Adil qızı və Maraqlı şəxs2 Abdullahacı oğlu birgə nigah dövründə əldə olunmuş, tam mülkiyyət hüququ ilə Maraqlı şəxs2 adina daşınmaz əmlakın dövlət reyestrində Reyestr nömrəsi : **********050-05101-093004 qeydə alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1\2 hissəyə payların müəyyən edilməsinə razılaşırlar: - Borclu Maraqlı şəxs2 öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Reyestr nömrəsi : **********050-05101-093004 qeydə alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva ) Nüşabə Adil qızına 13 454 azn (on üç min dördyüz əlli dörd manat) nəğd qaydada ödəməyə razılığı öhdəsinə götürür və mənzilin tam mülkiyyət hüququ (əvvəlki qaydasında) Maraqlı şəxs2 qalmağına hər iki tərəf razılaşaraq Sazişi imzaları ilə təsdiqləyirlər. Lakin Maraqlı şəxs2 barışıq sazişinin şərtlərini pozmuş, barışıq sazişində göstərilən tələbi icra etməmiş, barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 ilə aralarında mediasiya zamanı bağlanmış xx.xx.2023-tarixli 02908 nömrəli: Borclu Maraqlı şəxs2 öz adına daşınmaz əmlakın dövlat reyestrində qeydə alınmış Reyestr nömrəsi: **********050-05101- 093004 qeyda alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızına 13454 azn (on üç min dördyüz əlli dörd manat) nağd qaydada ödəməyə razılığı öhdəsinə götürməsi və mənzilin tam mülkiyyət hüququ (əvvəlki qaydasında) Maraqlı şəxs2 qalmasına dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 onunla ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdhelərdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, ərizəçi Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı işdə olan mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilənin tərəfi olaraq 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı ilə Maraqlı şəxs2 Abdullahacı oğlu arasında mediasiya zamanı bağlanmış xx.xx.2023-tarixli 02908 nömrəli: Borclu Maraqlı şəxs2 öz adına daşınmaz əmlakın dövlat reyestrində qeydə alınmış Reyestr nömrəsi: **********050-05101-093004 qeyda alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızına 13454 azn (on üç min dördyüz əlli dörd manat) nağd qaydada ödəməyə razılığı öhdəsinə götürməsi və mənzilin tam mülkiyyat hüququ (əvvəlki qaydasında) Maraqlı şəxs2 qalmasına dair barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızı ilə Maraqlı şəxs2 Abdullahacı oğlu arasında mediasiya zamanı bağlanmış xx.xx.2023-tarixli 02908 nömrəli: Borclu Maraqlı şəxs2 öz adına daşınmaz əmlakın dövlat reyestrində qeydə alınmış Reyestr nömrəsi: **********050- 05101-093004 qeyda alınmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin 1/2 payı əvəzinə Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızına 13454 azn (on üç min dördyüz əlli dörd manat) nağd qaydada ödəməyə razılığı öhdəsinə götürməsi və mənzilin tam mülkiyyət hüququ (əvvəlki qaydasında) Maraqlı şəxs2 qalmasına dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar