Məhkəmə qərarları › İş №e-2(019)-316/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-316/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-316/2022 01.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Nəsrəddin oğlunun və Cavabdeh Cəlil qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanla bağlı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, divan üstü pakrıval 1 ədəd- 250 m, pastel 3 ədəd-150m-100m-80m,xalça 3 ədəd-120m-100m-5m,ət çəkən 120m, kruşka dəsti 50 m, boşqab dəsti 70 m, tok çaydan 30 m, epilyator 80 m, saç feni 50m, saç ütüyoku 40m, stol süfrəsi 60m, qazan dəsti 250m, tava 50m, hamam dəsmalı 50m, əl-üz dəsmalı 4 ədəd 60m, çay dəsmalı 6 ədəd 18m, tozsoran 150m, sok çəkən 120m, çaydan dəsti 90m, pakrıval 200m, servis 150m, qrafinka 70m, yorgan 130m, yay yorganı 80m, yastıq 2 ədəd 60m, yun adeyal 80m olmaqla ümumi dəyəri 2968 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19.04.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddia tələbinin xahiş etdim hissəsində, bəzi sözlər texniki səhv nəticəsində rus sözləri ilə qeyd edilmişdir Divan üstü pakrıval 1 ədəd- 250 m, pastel 3 ədəd-150m 100m-80m, xalça 3 ədəd-120m-100m-5- m,ət çəkən 120m,kruşka dəsti 50 m,boşqab dəsti 70 m,tök çaydan 30 m,epilyator 80 m,saç feni 50m, saç utüyoku 40m, stol süfrəsi 60m, qazan dəsti 250m, tava 50 m, hamam dəsmalı 50m, əl-üz dəsmalı 4 ədəd 60m, çay dəsmalı 6 ədəd 18m, tozsoran 150m, sok çəkən 120m, çaydan dəsti 90m, pakrıval 200m, servis 150m, qrafınka 70m, yorğan 130m, yay yorğanı 80m, yastıq 2 ədəd 60m, yun adeyal 80m olmaqla ümumi dəyəri 2968 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki,iddia ərizəsində texniki səhv olaraq yazılan sözləri aşağıdakı kimi qəbul edilməsiini xahiş edir;(pokrıval) sözünü örtük, rəqəmlərin arxasındakı (m) hərflərini manat, (kruşka) sözünü fincan, (pastel) sözünü yorğan-döşək üzlükləri, (tok) sözünü elektrik, (ütüyok) sözünü ütüjok,(stol) sözünü masa, (adeyal) sözünü yorğan sözü kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı 27.04.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddia tələbinin xahiş etdim hissəsində, texniki səhv olaraq, xalça 3-ədəd 120 manat-100 manat -5 manat kimi qeyd edilmişdir. Divan üstü örtük 1 ədəd- 250 manat,yorğan-döşək üzlükləri 3 ədəd-İ50 manat-100 manat- 80manat, xalça 3 ədəd-120 manat-100 manat-5-manat,ət çəkən 120 manat, kruşka dəsti 50 manat, boşqab dəsti 70 manat, elektrik çaydan 30 manat, epilyator 80 manat, saç feni 50 manat, saç ütüjoku 40 manat, masa süfrəsi 60 manat, qazan dəsti 250 manat, tava 50 manat, hamam dəsmalı 50 manat, əl-üz dəsmalı 4 ədəd 60 manat, çay dəsmalı 6 ədəd 18 manat, tozsoran 150 manat, sok çəkən 120 manat, çaydan dəsti 90 manat, örtük 200 manat, serviz 150 manat, qrafinka 70 manat, yorğan 130 manat, yay yorğanı 80- manat, yastıq 2 ədəd 60 manat, yun yorğan 80 manat olmaqla ümumi dəyəri 2968 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini, odur ki,iddia ərizəsində texniki səhv olaraq xalçanın dəyərinin 5 manat olan hissəni 110 manat kimi qəbul eilməsini xahiş edir. Ərizələr Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2019-ci ilin sentyabr ayında Cavabdeh magazaya ğəlib yeni inşa etdiyi evə köçdüyünü, evə yeni məişət əşyalarının lazım oldugunu, lakin həmin əşyalara verməyə pulu olmadıgından əğər az-az ödənişə razılıq veərərsə, 18 ay müddətinə pulu bütövlüklə ödəyə biləcəyini bildirdi. Onun əvvəllər magazasindan vaxtaşırı 300-500 manatlıq alver etdiyindən ödənişləri də ğecikdirmirdi. Bu dəfə o, həddindən çox məişət avadanlıgı istəyərək bildirdi ki,narahatçılıga heç bir əsas yoxdur pulun ödənilməsi vaxtında olacaq. Malın çoxlugunu ğörəndə bir az tərəddüd etmişdir ki, Cəmilə birdən bu qədər malın pulunu ödəyə bilməz və aralarında narazıçılıq ola bilər.Cəmilə ğördü ki, o, bu qədər malı vermək istəmir, o zaman şirin dillərini işə salaraq onu tam inandırdırmaga çalışdı.O, bu üsulla öz şirin dillərinə inandıra bildi.Cavabdehin onunla söhbət etdiyi zaman aşagıda adlarını sadaladıgı şahidlər də vardı. Onlar da mal almaq üçün dükana ğəlmişdilər. Gözlədilər ki,Cəmilənin sözü bitsin, sonra öz alverlərini etsinlər.O, aşagıda adlarını qeyd etdiyi malları məhz şahidlərin ğözü qarşısında ona nisyə verməli oldu. Onun seçərək istədiyi malların ümumi miqdarını hesablayanda ,malların ümumi dəyəri 2968 manat təşkil etdi. 2968 manatı 18 aya böldükdə Cəmilənin hər ay 164 manat miqdarında ödənişin oldugu bildirildi, o da buna tam razı oldugunu bildirdi. Bu minvalla Cəmilə malları şahidlərin yanında dükandan apardı. Ödənişin vaxtı çatanda Cəmilənin pulu ödəmədiyini ğörüb ona zənğ edərək apardıgı malların pulunu ödəməyini xahiş edəndə bildirdi ki,indi əlində pulu yoxdur, bir az vaxt verməsini xahiş etdi, o da buna razı oldu. Növbəti ay da gəldi, yenə də pulunun olmamasını, biraz da vaxt istədiyini bildirdi, yenə də heç nə deməmişdir. Beləliklə cavabdehin onu bu minvalla aldatmagını başa düşmüşdür.O bu minvalla borcunun ödəməsini gələn aylara ötür-ötürə salaraq beləliklə pulu verməkdən imtina etməyə başladı.Yekunda da ümumilikdə dükana olan borcunu ödəməkdən imtina edərək, ğet hara istəsən şikayət et, deyə cavab verdi. Cavabdehin magazaya olan borcunun ödəməsindən imtina etdiyini ğörüb ona poçt vasitəsilə müraciət etmiş,lakin cavabdeh borcun ödəməsi barədə heç bir tədbir ğörməmişdir. Cavabdehin magazaya olan borcu barədə ona ğöndərdiyi təklif məktubunda öz əksini tapmışdır. xalça 3-ədəd 120 manat-100 manat -110 manat kimi qeyd edilmişdir.Divan üstü örtük 1 ədəd- 250 manat,yorğan döşək üzlükləri 3 ədəd-150 manat-100 manat- 80manat, xalça 3 ədəd-120 manat-100 manat-5-manat,ət çəkən 120 manat, kruşka dəsti 50 manat,boşqab dəsti 70 manat,elektrik çaydan 30 manat,epilyator 80 manat,saç feni 50 manat,saç ütüjoku 40 manat,masa süfrəsi 60 manat,qazan dəsti 250 manat,tava 50 manat,hamam dəsmalı 50 manat,əltiz dəsmalı 4 ədəd 60 manat,çay dəsmalı 6 ədəd 18 manat,tozsoran 150 manat,sok çəkən 120 manat, çaydan dəsti 90 manat,örtük 200 manat,serviz 150 manat,qrafinka 70 manat,yorğan 130 manat,yay yorğanı 80- manat,yastıq 2 ədəd 60 manat,yun yorğan 80 manat olmaqla ümumi dəyəri 2968 manat təşkil edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan mülkiyyətçi hüquqları pozulub.Cavabdeh ona məxsus məişət avadanlıqlarını qanunsuz olaraq özündə saxlamaqla onun həmin əşyalar üzərində sahiblik,istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə Nəsrəddin oğlu iddia müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Cəlil qızı İddiaçı Hizbullah qızının ona qarşı pul tələbinə dair iddiasını qəbul və etiraf etdyini, həqiqətən də 2019-cu ilin sentyabr ayında İddiaçı divan üstü örtük 1 ədəd- 250 manat,yorğan-döşək üzlükləri 3 ədəd-150 manat-100 manat- 80manat, xalça 3 ədəd-120 manat-100 manat-110 manat,ət çəkən 120 manat, kruşka dəsti 50 manat, boşqab dəsti 70 manat, elektrik çaydan 30 manat, epilyator 80 manat, saç feni 50 manat, saç ütüjoku 40 manat, masa süfrəsi 60 manat, qazan dəsti 250 manat, tava 50 manat, hamam dəsmalı 50 manat, əl-üz dəsmalı 4 ədəd 60 manat, çay dəsmalı 6 ədəd 18 manat, tozsoran 150 manat, sok çəkən 120 manat, çaydan dəsti 90 manat, örtük 200 manat, serviz 150 manat, qrafinka 70 manat, yorğan 130 manat, yay yorğanı 80- manat, yastıq 2 ədəd 60 manat, yun yorğan 80 manat olmaqla ümumi dəyəri 2968 manat olan əşyaları pulunu 18 ay müddətinə ödəməklə nisyə götürdüyünü, lakin həmin əşyaların pulunu təşkil edən 2968 manatı ödəmədiyini bildirərək, iddianın təimn edilməsi barədə qətnamə çıxarılmasına etiraz olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şəhmir qızı ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh tanıyır. İddiaçı Balakən şəhəri H.Əliyev prospektində məişət malları mağazası vardaır. O, mütamadi olaraq İddiaçı mağazasından məişət əşyaları alır. 2019-cu ilin sentyabr ayında Cevda ona mağazaya yeni məişət əşyaları gətirdiyinin bildirmiş, buna görədə o, həmin mağazaya getmişdir. O, mağazada olarkən orada Cavabdeh da olmuş və İddiaçı 18 ay müddətinə ödəmək şərti ilə xeyli miqdarda məişət əşyaları; 1 ədəd- 250 manat,yorğan-döşək üzlükləri 3 ədəd-150 manat-100 manat- 80manat, xalça 3 ədəd-120 manat-100 manat-110 manat,ət çəkən 120 manat, kruşka dəsti 50 manat, boşqab dəsti 70 manat, elektrik çaydan 30 manat, epilyator 80 manat, saç feni 50 manat, saç ütüjoku 40 manat, masa süfrəsi 60 manat, qazan dəsti 250 manat, tava 50 manat, hamam dəsmalı 50 manat, əl-üz dəsmalı 4 ədəd 60 manat, çay dəsmalı 6 ədəd 18 manat, tozsoran 150 manat, sok çəkən 120 manat, çaydan dəsti 90 manat, örtük 200 manat, serviz 150 manat, qrafinka 70 manat, yorğan 130 manat, yay yorğanı 80- manat, yastıq 2 ədəd 60 manat, yun yorğan 80 manat olmaqla ümumi dəyəri 2968 manat olan əşyaları almışdır. Lakin İddiaçı bildirdiynə görə Cəmilə həmin əşyaların pulunu təşşkil edən 2968 manatı indiyə qədər Sevdaya ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 qızının ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını və şahidlərin ifadələrinin dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergidlər İdarəsi tərəfindən 14 yanvar 2022-ci il tarixli **********575100 nömrəli arayışdan görünür ki, Balakən şəhəri Heydər Ədliyev prospekti ev 16, mənzil 10 ünvan sakini İddiaçı Hizbullah qızı (VÖEN**********) 11.07.2016-cı il tarixdən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınmış və onun adına Balakən şəhəri, Heydər Əliyev prospektində **********-38001 kodla «Məişət malları» adlı təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən rayon X2 tərəfindən 26.05.2022-ci il tarixdə verilmiş 16 nömrəli rəydən görünür ki; divan üstü örtük- 250 manat, yorğan üzlüyü 150 manat, 100 manat və 80 manat, xalça 120 manat, 100 manat və 110 manat, ətçəkən maşın 120 manat, kruşka dəsti 50 manat, boşqab dəsti 70 manat, elektrik çaydanı 30 manat, epilyator-80manat, saç feni-50 manat, saç ütyuşoku 40 manat, masa süfrəsi 60 manat, qazan dəsti 250 manat, tava 50manat, hamam dəsmalı 50 manat, əl-üz dəsmalı 4 x 1 5 manat 60 manat, çay dəsmalı 3 x 6 ədəd 18 manat, tozsoran 150 manat, sok çəkən 120 manat,çaydan dəsti 90 manat, örtük 200 manat, servis150 manat, qrafinka 70 manat, taxt yorğanı 130 manat, yay yorğanı 80 manat, yastıq 2 x 30 manat 60 manat, yun yorğan 80 manat; cəmi məbləğ: 2968 (İki min doqquz almış səkkiz ) manat təşkil edir.Yuxarıda göıtərilən əşyaların qiyməti indiki bazar qiymətinə uyğundlur. İş materiallarında olan 24.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı İbrahimova Sevdla Hizbullah qızı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 50 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı pul tələbinə dair iddiasını qəbul və etiraf edir. Bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı Hizbullah qızına məxsus məişət malları mağazasından 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə divan üstü örtük-250 manat, yorğan üzlüyü 150 manat, 100 manat və 80 manat, xalça 120 manat, 100 manat və 110 manat, ətçəkən maşın 120 manat, fincan dəsti 50 manat, boşqab dəsti 70 manat, elektrik çaydanı 30 manat, epilyator-80manat, saç feni-50 manat, saç ütyuşoku 40 manat, masa süfrəsi 60 manat, qazan dəsti 250 manat, tava 50 manat, hamam dəsmalı 50 manat, əl-üz dəsmalı 4 x 1 5 manat 60 manat, çay dəsmalı 3 x 6 ədəd 18 manat, tozsoran 150 manat, sok çəkən 120 manat, çaydan dəsti 90 manat, örtük 200 manat, servis150 manat, qrafinka 70 manat, taxt yorğanı 130 manat, yay yorğanı 80 manat, yastıq 2 x 30 manat 60 manat, yun adeyal 80 manat olmaqla cəmi 2968 manat dəyərində məişət əşyaları almış, lakin həmin 2968 manat pul indiyə qədər iddiaçıya ödənilməmişdir. Bununla da Cavabdeh İddiaçı 2968 manat maddi ziyan vurmaqla, İddiaçı hesabına həmin məbləğdə əsassız varlanmışdır. Ona görə də nisyə alınıb ödənilməmiş sözügedən əşyaların dəyərini təşkil edən həmin 2968 manat pul Cavabdeh alınıb, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məxcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasənborclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə Cavabdeh yazılı ərizə verməklə, iddianı tam etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu etirafı qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurduğu ziyanını əvəzi olaraq 2968 manat pul tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh nisyə aldığı divan üstü örtüyün dəyərini təşkil edən 250 manat, yorğan üzlüklərinin dəyərini təşkil edən 150 manat, 100 manat və 80 manat, xalçaların dəyərini təşkil edən 120 manat, 100 manat və 110 manat, ətçəkən maşının dəyərini təşkil edən 120 manat, fincan dəstinin dəyərini təşkil edən 50 manat, boşqab dəstinin dəyərini təşkil edən 70 manat, elektrik çaydanının dəyərini təşkil edən 30 manat, epilyatorun dəyərini təşkil edən 80manat, saç feninin dəyərini təşkil edən 50 manat, saç ütyuşokunun dəyərini təşkil edən 40 manat, masa süfrəsinin dəyərini təşkil edən 60 manat, qazan dəstinin dəyərini təşkil edən 250 manat, tavanın dəyərini təşkil edən 50 manat, hamam dəsmalının dəyərini təşkil edən 50 manat, əl-üz dəsmalının (4 x 1 5 manat) dəyərini təşkil edən 60 manat, çay dəsmalının (3 x 6 ədəd) dəyərini təşkil edən 18 manat, tozsorannın dəyərini təşkil edən 150 manat, sok çəkənin dəyərini təşkil edən 120 manat, çaydan dəstinin dəyərini təşkil edən 90 manat, örtüyün dəyərini təşkil edən 200 manat, servisin dəyərini təşkil edən 150 manat, qrafinkanın dəyərini təşkil edən 70 manat, taxt yorğanının dəyərini təşkil edən 130 manat, yay yorğanının dəyərini təşkil edən 80 manat, yastığın (2 x 30 manat) dəyərini təşkil edən 60 manat və yun adeyalın dəyərini təşkil edən 80 manat olmaqla cəmi 2968 manat pul və 50 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh nisyə aldığı divan üstü örtüyün dəyərini təşkil edən 250 manat, yorğan üzlüklərinin dəyərini təşkil edən 150 manat, 100 manat və 80 manat, xalçaların dəyərini təşkil edən 120 manat, 100 manat və 110 manat, ətçəkən maşının dəyərini təşkil edən 120 manat, fincan dəstinin dəyərini təşkil edən 50 manat, boşqab dəstinin dəyərini təşkil edən 70 manat, elektrik çaydanının dəyərini təşkil edən 30 manat, epilyatorun dəyərini təşkil edən 80manat, saç feninin dəyərini təşkil edən 50 manat, saç ütyuşokunun dəyərini təşkil edən 40 manat, masa süfrəsinin dəyərini təşkil edən 60 manat, qazan dəstinin dəyərini təşkil edən 250 manat, tavanın dəyərini təşkil edən 50 manat, hamam dəsmalının dəyərini təşkil edən 50 manat, əl-üz dəsmalının (4 x 1 5 manat) dəyərini təşkil edən 60 manat, çay dəsmalının (3 x 6 ədəd) dəyərini təşkil edən 18 manat, tozsorannın dəyərini təşkil edən 150 manat, sok çəkənin dəyərini təşkil edən 120 manat, çaydan dəstinin dəyərini təşkil edən 90 manat, örtüyün dəyərini təşkil edən 200 manat, servisin dəyərini təşkil edən 150 manat, qrafinkanın dəyərini təşkil edən 70 manat, taxt yorğanının dəyərini təşkil edən 130 manat, yay yorğanının dəyərini təşkil edən 80 manat, yastığın (2 x 30 manat) dəyərini təşkil edən 60 manat və yun adeyalın dəyərini təşkil edən 80 manat olmaqla cəmi 2968 manat pul və 50 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar