Məhkəmə qərarları › İş №e-2(019)-333/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-333/2024

19.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-333/2024 19.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi,ərizəçi Mustafayeva (Hüseynova)Türkan Sabir qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə aralarında 12 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahlarından 26 fevral 2016-cı il tarixdə anadan olmuş X4 baxılması üçün hər ay 130 manat alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək Ərizəçi ilə X7 arasında bağlanmış 12 dekabr 2022-ci il tarixli barışıq sazişinin xx.xx.2016cı ildə anadan olmuş X1 üçün aliment tutulmasına aid hissədə təsdiq edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə nikahlarını xx.xx.2017ci ildə Qax rayon Qeydiyyat şöbəsində 07 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir.Maraqlı şəxs1 ilə birgə nikahlarından 26 fevral 2016-cı il tarixdə X8 dünyaya gəlmişdir. Evləndikləri ilk vaxtlarda Maraqlı şəxs1 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar.Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-235/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Eyni zamanda Mediasiyada cavabdehlə birgə nikahlarından olan bir uşağın baxılması üçün hər ay 130 manat alimentin ona verilməsinə razılaşmışlar. Bu barədə 12 dekabr 2022-ci il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs1 müəyyən müddət alimenti ödəmiş, lakin son 5 (beş) ayda alimenti ödəməmiş, o, alimenti istədiyində ödəyəcəyini bildirmişdir. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər- Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslər- Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 290190-235/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi,iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixdə Qax rayon Qeydiyyat Şöbəsində 07 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşağın- X4 anası X3 yanında saxlanması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 dekabr 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 148193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X8 xx.xx.2016-cı ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişində göstərilmişdir ki: 1.Tərəflər tam Barışıq Sazişi bağlayaraq Mediasiya sessiyası zamanı. 2.Aliment tələbi ilə əlaqədar tərəflər hər ay 130 AZN (yüz otuz manat) ödəməyə razılaşdılar. 3.Atayla ünsiyyət hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək olmağına razılaşdılar. Ad günləri və bayram günləri ilə də atayla ünsiyyət təmin olunmasına razılaşdılar. Məhkəmə Ərizəçi nümayəndəsi Nümayəndə izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə nikahlarını xx.xx.2017-ci ildə Qax rayon Qeydiyyat Şöbəsində 07 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 26 fevral 2016-cı ildə X8 adında bir uşaqları olmuşdur. Aliment məbləğinin müəyyən olunması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə hər ay 130 manat sabit pul məbləğində aliment ödənilməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2022-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, 2023-cü ilin avqust ayından alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından xx.xx.2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunmalı, alimentin tutulması ,barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2022-ci il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından xx.xx.2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunsun. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2022-ci il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar