Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-333/2025 11.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, bacısı 02.05.*978-ci il tarixdə doğulmuş X2 07.06.*992-ci il tarixdə Balakən rayonunun Xalatala kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Xalatala kəndində yaşayır. Onun valideynləri - atası X8 xx.xx.2024-cü il tarixində, anası X4 0*.*0.20*4-cü il tarixdə vəfat etmişdirlər. Valideynlərindən miras olaraq 0.*8 ha həyətyanı torpaq sahəsi və ev miras qalmışdır. Miras qalmış torpaq sahəsinə və evə dair vərəsəlik açdıraraq hüquqmüəyyənedici sənəd almaq istəyir. Vərəsəliyin açılması ilə bağlı Notariat Kontoruna müraciət edərkən orada ondan 02.05.*978-ci il tarixdə anadan olub 07.06.*992-ci il tarixdə vəfat etmiş X*nın ölümü haqqında şəhadətnamə tələb olunmuşdur. Ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxs*nə müraciət etmişdir. Orada ona məlum olmuşdur ki, bacısı Aytənin ölümü Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmamışdır. Qeydiyyat Şöbəsinə bacısı Aytənin ölüm şəhadətnaməsinin alınması və onun ölümünün qeydə alınması ilə bağlı lazımi sənədləri, o cümlədən onun ölümü ilə bağlı həkim arayışını təqdim edə bilməmişdir. QŞ-də ona ölüm şəhadətnaməsinin verilməsinin qeyri mümkün olması barədə məktubla cavab verilmişdir. Bu barədə QŞ-nin məktubunu ərizəsinə əlavə etmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından Məhkəməyə müraciət etməli olmuşdur. X* uzun sürən ağ qan xərçəngi xəstəliyindən evdə vəfat etmişdir. Məhkəməyə bildirir ki, onun ata soyadı da Xanayevadır. Ərə getdikdən sonra həyat yoldaşının soyadı olan Süleymanova soyadını qəbul etmişdir. Nikah haqqında şəhadətnaməni ərizəsinə əlavə etmişdir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs* məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində Ərizəçi və X2 bacısı olduğunu, bacısı Aytən Xanayevanın *992-ci ildə uzunsürən xəstəlikdən Xalatala kəndində atası evində vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində Ərizəçi həyat yoldaşı və X2 isə baldızı olduğunu, baldızı Aytən Xanayevanın uzunsürən xəstəlikdən Xalatala kəndində atası evində vəfat etdiyini bildirmiş, onun dəfnində iştirak etdiyini, onun Qabaqçöl qəsəbə qəbirstanlığında dəfn edildiyini qeyd etmişdir. İş materiallarında olan İİ-ЖГ 4486** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 atası X*5, anası X4 qeyd edilmişdir. 24 saylı 23.06.*978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02.05.*978-ci il tarixdə anadan olmuş, atası X*5, anası X7 qeyd edilmişdir. Azərbaycan Respublikası Balakən rayon Qabaqçöl qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş *5 noyabr 2024-cü il tarixli, *6* №-li arayışdan görünür ki, 02.05.*978-ci ildə anadan olmuş mərhum X9 07.06.*992-ci ildə vəfat etmişdir və Qabaqçöl qəsəbə qəbirstanlığında dəfn edilmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X*9 "Balakən Rayon Mərkəzi Xəstəxanası" X*9 tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli arayışda göstərilmişdir ki, 02.05.*978-ci ildə anadan olmuş Xalatala kənd sakini X2 ölümü barədə məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs* tərəfindən verilən *6.**.2024cü il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 07.06.*992-ci il tarixdə vəfat etmiş X*nın şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan X5 məxsus qəbrin fotoşəkildən görünür ki, onun ölüm tarixi 07.06.*992-ci il kimi göstərilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi bacısı 02.05.*978-ci il tarixdə doğulmuş X9 07.06.*992-ci il tarixdə Balakən rayonunun Xalatala kəndində kəndində vəfat etmiş, Qabaqçöl kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçinin mərhum bacısının ölümü haqqında tibbi şəhadətnamə alınmadığından Maraqlı şəxs* onun ölümü haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, 02.05.*978-ci il təvəllüdlü X2 07 iyun *992-ci il tarixdə Balakən rayonu Xalatala kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 02.05.*978-ci il təvəllüdlü X2 07 iyun *992-ci il tarixdə Balakən rayonu Xalatala kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-333/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-333/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver