Məhkəmə qərarları › İş №e-2(019)-335/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-335/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-335/2025 21.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi-vəkili Nümayəndə1,Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə2 iştirakları ilə, Ərizəçi ölüm faktının qeydə alınmasına dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək atası-X3 26 oktyabr 2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1981-ci ildə Balakən rayonu Xalatala kəndində anadan olmuşdur.X2, anası X10r. Anası və qardaşları Rusiya Federasiyasının Maxaçkala şəhərində yaşayırlar. X2 xx.xx.1947-ci ildə anadan olmuşdur. Qardaşları və anası Rusiyada yaşadığına görə atası səhhətində olan problemlərlə bağlı xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Maxaçkala şəhərinə getmişdir.X2 xx.xx.2024-cü il tarixdə Maxaçkala şəhərində ölmüşdür. xx.xx.2024-cü il tarixdə Dağıstan Respublikası Səhiyyə Nazirliyi Dağıstan dövlət büdcəli müəssisəsindən X1 bioloji ölüm vəziyyətində aşkar edilməsi barədə arayış verilmiş, həmin arayışda göstərilmişdir ki, yarılma aparılmadığından ölümün səbəbi müəyyən edilməmiş, ölümlə nəticələnən xəstəliyin yekun kliniki diaqnozunu qoymaq mümkün olmamış və ölüm haqqında tibbi arayış verilməmişdir. X2 xx.xx.2024-cü il tarixdə Maxaçkala şəhərində dəfn edilmişdir. Tibbi arayış verilmədiyinə görə atasının ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı ilə X2 və onun ailə üzvlərinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 108A kod 40115018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X1 ölümünü təsdiq edən rəsmi sənədlər olmadığından notariat orqanlarında daşınmaz əmlaka dair vərəsəlik işinin açılması mümkün deyildir.O,X2 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 26 oktyabr 2024-cü ildə ölmüş X1 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda 26 oktyabr 2024-cü ildə ölmüş X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır.Buna görə X1 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili X26 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə2 izahatında göstərdi ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə şöbəyə müraciət edərək xx.xx.2024-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasının Maxaçqala şəhərində vəfat etmiş atası X4 ölümünün şöbədə qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona atasının ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin X2 xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasının Mahaçqala şəhərində yaşayan oğlunun yanına getmiş və orada xx.xx.2024-cü ildə ölmüşdür.X17 şəhərində dəfn olunmuşdır. Ərizəçi atasının yas mərasimini keçirtmiş və qonşu kimi özü də yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin X2 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Mahaçqala şəhərində ölmüş və orada da dəfn edilmişdir. O, Mahaçqala şəhərində olarkən Nurullah Dibirovun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-D-xx-xx/2025 nömrəli məktubda göstərilmişdir:“Maraqlı şəxsnə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirirəm ki,xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikası Mahaçqala şəhərində vəfat etmiş atanız X3 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193,194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi,konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.Ölum haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.Qeydiyyat Şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alınır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikası Mahaçqala şəhərində vəfat etmiş atanız X3 ölüm faktını təsdiq edən Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənəd təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Ölum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Dağıstan Respublikası Səhiyyə Nazirliyi Dağıstan Dövlət Büdcəli Müəssisəsi 8 nömrəli Poliklinikası tərəfindən 16 dekabr 2024-cü il tarixdə verilmiş 224 nömrəli arayışda göstərilmişdir ki, “Verilir Mahaçqala E., Leninkent qəs., Murtuzəli Axvaxski küçəsi., ev 5 ünvanında yaşayan xx.xx.1947-ci il təvəllüdlü X5 ondan ötrü ki, vətəndaş xx.xx.2024-cü il tarixli ölüm aktına əsasən Mahaçqala 9., Leninkent qəs., Murtuzali Axvaxski küçəsi ev 5 ünvanrnda bioloji olüm vəziyyətində aşkar edilib,olümün səbəbi müəyyən edilməyib. xx.xx.2011-ci il tarixli N-323- FZ(xx.xx.2020 tarixli red.) "Rusiya Federasiyasında vətəndaşların saglamlıqlarının qorunmasının əsasları haqqında" Federal Qanuna əsasən insanın ölüm anının müəyyən edilməsi qaydası,o cümlədən insan ölümünün müəyyən edilməsinin prosedur və meyarları insan ölümünün müəyyən edilməsi protokolunun forması RF xx.xx.2012-ci il tarixli 950 nömrəli fərmanına əsasən Rusiya Federasiyası Hökuməti tərəfindən müəyyən edilir. Yarılma aparılmadığından ölümün səbəbi müəyyən edilməyib və ölümlə nəticələnən xəstəliyin yekun kliniki diaqnozunu qoymaq mümkün deyil, ölüm haqqında tibbi arayış (106/y-08 Ne-li arayış forması) verilməyib. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-108 A,KOD 40115018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Balakən rayonu Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə Balakən rayonu Xalatala kəndi ərazisindən X6, X11, X12, Ərizəçi və X9 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Azərbaycan SSR Zaqatala rayon Xalatala kənd soveti tərəfindən 29 dekabr 1964-cü il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X7 01 aprel 1947ci ildə anadan olmuş, atası X8, anası X13 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Xalatala kənd soveti tərəfindən 02 fevral 1982-ci il tarixdə verilmiş Vİİİ-JQ seriyalı 378155 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Ərizəçi xx.xx.1981-ci ildə anadan olmuş, X2, anası X14 qeyd edilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 27579 nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumunu xərcini ödəmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi-vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olmuşdur.Onun X2 xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində vəfat etmiş və orada dəfn edilmişdir. X3 ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir.Ərizəçi atasının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir.Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,Ərizəçi atası-xx.xx.1947-ci ildə Balakən rayonunun Xalatala kəndində doğulmuş X3 26 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi atası-xx.xx.1947-ci ildə Balakən rayonunun Xalatala kəndində doğulmuş X3 26 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet də yerləşdirməklə vasitəsi ilə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar