Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-343/2025 31.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Telliyeva (Padarova) Sevinc Əyyub qızının iştirakı ilə, Ərizəçi Telliyeva (Padarova) Sevinc Əyyub qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Telliyeva (Padarova) Sevinc Əyyub qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Mediasiya Şurası tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Telliyeva (Padarova) Sevinc Əyyub qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Tülü kənd sakini Maraqlı şəxs ilə rəsmi nigaha daxil olmuşdur. Nikahları 27 may 2016-cı il tarixli 99 nömrə ilə Balakən rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır və nigahın bağlanması haqda AZ-İ ******* saylı şəhadətnamə verilmişdir. Birgə nigahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X9 oglu dünyaya gəlmişdir. İş üzrə cavabdeh Maraqlı şəxs onunla nikahın pozulmasına dair Balakən rayon Məhkəməsində iddia qaldırmışdır. İş Məhkəməyə göndərilməzdən əvvəl nikahın pozulması ilə bağlı Balakən rayon Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Mediasiya Şurasında iştirak edərkən nikahın pozulması ilə bərabər birgə nikah dövründə anadan olmuş uşaqların saxlanması üşün cavabdeh tərəfindən alimentin miqdarının ödənilməsi üçün barışıq sazişi bağlanıldı və birgə nikahdan olan hər bir uşaq üçün 140 manat ödənilməsi razılığına gəlindi. Məhkəmə nikahın pozulması ilə 2(019)-542/2024 saylı xx.xx.2024-cü il tarixli işə baxarkən nikahın pozulmasını təmin etmiş, lakin onların Mediasiya Şurasında alimentin ödənilməsi üçün barışıq sazişi bağladqları qətnamədə qeyd edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almasına baxmayaraq Mediasiya Şurasında alimentin ödənilməsi sazişi bağlanmasına baxmayaraq cavabdeh alimenti ödəməkdən imtina etməklə yayınır. O, alimentin ödənilməsi üçün Balakən rayon İcra və Probasiya şöbəsinə müraciət edəndə həmin idarədən ona bildirmişlər ki, əgər alimentin ödənilməsi üçün tərəflər arasında Mediasiya Şurasında barışıq sazişi bağlanılıbsa, digər tərəf də alimenti ödəməkdən imtina edirsə o, zaman təkrar məhkəməyə ərizə verərək barışıq sazişinin məhkəmə qaydasında təsdiq edildikdən sonra iş onlara daxil olduqdan sonra alimentin ödənilməsi təmin ediləcəkdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi Telliyeva (Padarova) Sevinc Əyyub qızı ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını, barışıq sazişinin aliment hissəsində təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Mediasiya sessiyasinda iştirak etdilər. Sazişin Nəticələri : 1. Nigahin Pozulmasi - X2 və Maraqlı şəxs Azərbaycan Respublikası Balakən rayonu Qeydiyyat şöbəsində 27 may 2016-cu ildə AZ -İ N-1120118 qeydə alınmış Nigahin pozulmasına hər iki tərəf razılaşdı. 2. Uşağın Himayəsi - X2 və Maraqlı şəxs birgə nigahdan dünyaya gələn xx.xx.2017-ci il doğumlu X5 və xx.xx.2021-ci il doğumlu X3 himayəsinin ana Ərizəçi verilməsinə hər iki tərəf razılaşdılar. 3. Aliment tələbi - X2 və Maraqlı şəxs birgə nigahdan dünyaya gələn xx.xx.2017-ci il doğumlu X7 və xx.xx.2021-ci il doğumlu X3 yaşayışı üçün nəzərdə tutulan aliment miqdarının hər ay hər bir uşaq üçün 140 AZN (yüz qırx manat) məbləğinin Ərizəçi ödənilməsinə hər iki tərəf razılaşdı. Sazişin 24-cü bəndinə əsasən imzalandığı tarixdən qüvvəyə minir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.3-ci maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində X2 və Maraqlı şəxs birgə nigahdan dünyaya gələn xx.xx.2017-ci il doğumlu X5 və xx.xx.2021-ci il doğumlu X3 yaşayışı üçün nəzərdə tutulan aliment miqdarının hər ay hər bir uşaq üçün 140 AZN (yüz qırx manat) məbləğinin Ərizəçi ödənilməsinə hər iki tərəf razılaşmış və bu barədə tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs xx.xx.2024-cü il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2024cü il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi və barışıq sazişinin təsdiq edilməsinə dair ərizə aliment alınması barədə olduğu üçün Maraqlı şəxs 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Telliyeva (Padarova) Sevinc Əyyub qızı ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflər razılaşdılar ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gələn övladları 29 mart 2017-ci il təvəllüdlü X4 və 24 avqust 2021-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment Telliyeva (Padarova) Sevinc Əyyub qızına ödəyəcək. Maraqlı şəxs 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-343/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-343/2025
31.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver