Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-354/2023 26.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı Məhdud Məsluiyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Məhdud Məsluiyyətli Cəmiyyətinin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı Məhdud Məsluiyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1010,24 (bir min on manat iyirmi dörd qəpik) manat ziyanın və ödənilmiş 31,00 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsluiyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı Kamaz markalı yük maşını ilə xx.xx.2021-ci il tarixdə Balakən rayon, İtitala kəndi ərazisində İtitala EATS-nı birləşdirən İddiaçı X3nın Balakən şöbəsinə(əvvəlki Balakən TKQ) məxsus FO-6 kabelini yol keçidində qırmışdır. Bunun nəticəsində 2 ədəd dirək, 1 ədəd beton calaq, 160 metr FO-6 kabeli yararsız hala düşmüş və nəticədə İddiaçı MMCyə 1010,24 (min on manat iyirmi dörd qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Balakən şöbəsinə məxsus 2 ədəd dirək, 1 ədəd beton calaq, 160 metr FO-6 kabelinin yararsız hala düşməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Balakən şöbəsinin əməkdaşları və Cavabdeh iştirakı ilə akt tərtib edilmişdir. Cavabdeh vurulmuş zərərin ödənilməsi xahiş edilmiş, bununla bağlı olaraq onun ünvanına xx.xx.2022-ci il tarixdə zərərin könüllü ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi ziyan ödənilməmişdir. Qeyd edlənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon TKQ-nin rəisi Ş.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08-20 radələrində rayonunun İtitala kəndi ərazisində 62BK499 nömrə nişanlı Kamaz markalı yük maşını İtitala EAT-nın birləşdirici FO-6 kabelini yol keçidində qırmışdır. Bunun nəticəsində 2 (iki) ədəd dirək,1 ədəd beton calaq, 160 metr FO-6 kabeli yararsız vəziyyətə düşmüşdür. Rabitənin tam bərpa olunması üçün 2(iki) ədəd dirək, 1 ədəd beton calaq, 160 metr FO-6 kabeli və 2 (iki) ədəd FO muftadan istifadə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 102-2-21/3/4026-22 nömrəli dəymiş zərərin əvəzinin ödənilməsinin təmin olunması barədə məktubdan göstərilmişdir ki, “Bildiririk ki, xx.xx.2021-ci il tarixdə sizin tərəfinizdən Kamaz markalı 62BK-499 nömrəli avtomaşın idarə edilərkən 2 ədəd telefon dirəyinin,1 ədəd beton çalağının və 160 metr məsafədə FO-6 kabelinin qırılması nəticəsində İddiaçı X3nın Balakən şöbəsinə 1010 (min on) manat məbləğində maddi ziyan vurulmuşdur. Dəymiş zərərinin əvəzi bu günədək ödənilməmişdir. Vurulmuş 1010 (min on) manat məbləğində zərərin əvəzinin 5(beş) gün müddətində ödənilməsini sizdən xahiş edirik. Əks təqdirdə dəymiş zərərin əvəzinin ödətdirilməsi üçün məhkəməyə müraciət ediləcəkdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 sentyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Cavabdeh barəsində tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İddiaçı X3 Balakən Şöbəsi tərəfindən 14 aprel 2023-cü il tarixdə verilmiş 121 nömrəli arayışda göstərilmişdir ki, “Şimal-Qərb regional şöbəsinin rəhbərliyi bildirir ki, rayonunun İtitala kəndi ərazisində körpünün qurtaracaq hissəsində quraşdırılmış dəmir dirək və ağac dirək 5,8 metr hündürlükdədir. Məlumat üçün bildiririk ki, xx.xx.2021-ci il tarixdə həmin ərazidə Kamaz markalı yük avtomobili keçidində FO kabelini qıran zaman ağac dirəyi dib hissədən qırıldığı üçüq beton calaqla bərkidilmişdir.Hadisə baş verən dövrə qədər həmin dirəklər 5,8 metr hündürlükdə olmuşdur”. Məhkəmə, iddiaçının nümayəndəsinini izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük maşını ilə xx.xx.2021-ci il tarixdə Balakən rayon, İtitala kəndi ərazisində İtitala EATS-nı birləşdirən İddiaçı X3nın Balakən şöbəsinə məxsus FO-6 kabelini yol keçidində qırmış, nəticədə 2 ədəd dirək, 1 ədəd beton calaq, 160 metr FO-6 kabeli yararsız hala düşmüş və İddiaçı MMC-yə 1010,24 (min on manat iyirmi dörd qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh vurulmuş zərərin ödənilməsi tələb edilmiş, bununla bağlı olaraq onun ünvanına zərərin könüllü ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən ziyan ödənilməmişdir. Buna görə də İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı,əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin göstərilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1010.24 manat məbləğində ziyan və ödənilmiş 31 manat dövlət rusümü xərci alınıb iddiaçı ”Aztelekom” Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh 1010.24 manat məbləğində ziyan və ödənilmiş 31 manat dövlət rüsumu xərci alınıb İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-354/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-354/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver