Məhkəmə qərarları › İş №e-2(019)-362/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-362/2025

28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-362/2025 28.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi və maraqlı şəxs- Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum əri, xx.xx.1963-cü il tarixdə doğulmuş X6 xx.xx.2015-ci il tarixdə Balakən rayonunun Gərəkli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Gərəkli kəndində yaşayır.xx.xx.1963-cü il tarixdə doğulmuş həyat yoldaşı X9 xx.xx.2015-ci il tarixdə Balakən rayonunun Gərəkli kəndində yerləşən evlərində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. O,Gərəkli kənd qəbiristanlığında dəfn edilib. Həyat yoldaşı Nizami vəfat etdikdən sonra ondan miras olaraq bir sıra əmlak qalmışdır. Mirasa dair vərəsəlik işi açdıraraq hüquqmüəyyənedici sənəd almaq istəyir .Vərəsəliyin açılması ilə bağlı Notariat Kontoruna müraciət edərkən orada ondan,həyat yoldaşı Nizaminin ölümü ilə bağlı ölüm şəhadətnaməsi tələb edilmişdir. Ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxs2nə müraciət etmiş, orada ona məlum olmuşdur ki, əri Nizaminin ölümü Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmamışdır.Qeydiyyat Şöbəsinə əri Nizaminin ölüm şəhadətnaməsinin alınması və onun ölümünün qeydə alınması ilə bağlı lazımi sənədləri, o cümlədən onun ölümü ilə bağlı həkim arayışını təqdim edə bilməmişdir. Qeydiyyat Şöbəsindən ona ölüm şəhadətnaməsinin verilməsinin qeyri mümkün olması barədə məktubla cavab verilmişdir.Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə izahatında göstərdi ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə şöbəyə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş əri X6 ölümünün şöbədə qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona ərinin ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin əri X9 xx.xx.2015-ci ildə ölmüşdür. Balakən rayonu Gərəkli kəndində olan yeni qəbirstanlıqda dəfn olunmuşdır.Qonşu kimi ərizəçinin ərinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin əri X9 xx.xx.2015-ci il tarixdə ölmüş və Gərəkli kəndində olan yeni qəbirstanlıqda dəfn edilmişdir. O, Nizami Dibirovun yas mərasimində iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs2 tərəfindən 15 yanvar 2025-ci il tarixdə verilmiş 05/69-20 nömrəli arayışdan görünür ki,xx.xx.1963-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 yanvar 2025-ci il tarixdə verilmiş 22 nömrəli arayışdan görünür ki, mərhum X1 sakini olmuş, 15 aprel 1963-cü ildə Balakən rayonu Qullar kəndində anadan olmuş və 10 avqust 2015-ci ildə vəfat etmişdir. Gərəkli kənd 2 saylı yeni qəbirstanlıqda dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 yanvar 2025-ci il tarixdə verilmiş 21 nömrəli arayışdan görünür ki, Ərizəçi yoldaşı mərhum X9 10 avqust 2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-D-15-3/2025 nömrəli məktubda göstərilmişdir:“Maraqlı şəxs2nə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.2015-ci il tarixdə vəfat etmiş əriniz X6 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193,194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi,konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş əriniz X6 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 1992-ci il tarixdə verilmiş V-JQ seriyalı 389320 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 arasında 10 yanvar 1992-ci il tarixdə 1 nömrə ilə nikah bağlanmış,nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0214 A,KOD 40110018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki,Balakən rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə Balakən rayonu Gərəkli kəndi ərazisindən X5, X13, X7, X3 0.69 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 27251 nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu xərcini ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını,şahidlərin ifadələrini dinləyib,iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki,məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Ərizəçi əri-xx.xx.1963-cü ildə anadan olmuş X9 xx.xx.2015-ci il tarixdə Balakən rayonununda ölmüş və və Balakən rayon Gərəkli kənd qəbiristanlığında dəfn edilmişdir. X6 ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir.Ərizəçi ərinin ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxs2nə müraciət etmiş,lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir.Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir.Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,Ərizəçi əri-xx.xx.1963-cü ildə Balakən rayonunun Qullar kəndində doğulmuş X6 10 avqust 2015-ci il tarixdə Balakən rayonunun Gərəkli kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi əri-xx.xx.1963-cü ildə Balakən rayonunun Qullar kəndində doğulmuş X6 10 avqust 2015-ci il tarixdə Balakən rayonunun Gərəkli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet də yerləşdirməklə vasitəsi ilə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar