Məhkəmə qərarları › İş №e-2(019)-400/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-400/2025

21.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-400/2025 21.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında xx.xx.2024cü il tarixdə bağlanmış barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi, xx.xx.2024cü il tarixdən başlayaraq birgə nikahlarından xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 125 manat-cəmi 250 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək işə əlavə olunacaq müəyyən sənədləri olduğunu göstərərək ərizənin baxılmamış saxlayaraq, işdə olan sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Ərizəçi və Maraqlı şəxs1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq məhkəmə iclasının onların olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, ərizəni və ərizəçinin ərizənin baxılmamış saxlanılmasına dair ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırki ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarından göründüyü kimi, Ərizəçi məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanılmasını xahiş etmiş, maraqlı şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Odur ki, ərizə baxılmamış saxlanmalı, ərizəçiyə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququna malik olması izah olunmalıdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 50 manat ("xxxx" ASC, xx.xx.2025-ci il tarix, 21458 nömrəli qəbz) ona qaytarılsın. Ərizəçiyə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar