Məhkəmə qərarları › İş №e-2(019)-401/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-401/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-401/2025 15.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, qızı 30.03.*993-cü il tarixdə doğulmuş X2 3*.05.*996-cı il tarixdə Balakən rayonunun Xalatala kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Xalatala kəndində yasayır. Onun 30.03.*993-cü il tarixdə doğulmuş qızı X*0 3*.05.*996-cı il tarixdə vəfat etmişdir. O, Qabaqçöl Qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Qızı Məryəmdən miras olaraq torpaq sahəsi qalmışdır. Miras qalmış torpaq sahəsinə dair vərəsəlik açdıraraq hüquqmüəyyənedici sənəd almaq istəyir. Vərəsəliyin açılması ilə bağlı Notariat Kontoruna müraciət edərkən orada ondan 30.03.*993-cü il tarixdə anadan olub 3*.05.*996-cı il tarixdə vəfat etmiş qızı X2 ölümü haqqında şəhadətnamə tələb olunmuşdur. Ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxs*nə müraciət etmişdir. Orada ona məlum olmuşdur ki, qızı Məryəmin ölümü Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmamışdır. X5 ölüm şəhadətnaməsinin alınması və onun ölümünün qeydə alınması ilə bağlı lazımi sənədləri, o cümlədən onun ölümü ilə bağlı həkim arayışını təqdim edə bilməmişdir. Buna görə QŞ-dən Məryəm üçün ölüm şəhadətnaməsinin verilməsinin qeyri mümkün olması barədə məktubla cavab verilmişdir. Bu barədə QŞ-nin məktubunu ərizəsinə əlavə etmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs* məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Bahaddin oğlu ifadəsində Ərizəçi onun xalasıoğlu olduğunu və qızı Bozbaxova Məryəmin *996-cı ildə 3 yaşında xəstələnərək vəfat etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində Ərizəçi onun qonşusu olduğunu, beş uşağından biri olan qızının *996-cı ildə 3 yaşında vəfat etdiyini, Qabaqçöldə dəfn olunduğunu bildirmişdir. İş materiallarında olan *5.04.*993-cü il tarixli, *9 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X* atası X*2, anası X*4 qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs* tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-*6-5/7-B-*38/2025 nömrəli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 3*.05.*996-cı ildə vəfat etmiş X* şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Balakən rayon İcra Hakimiyyəti Başçısının Xalatala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli, 47 nömrəli arayışdan görünür ki, 30 mart *993-cü il təvəllüdlü X9 3*.05.*996-cı ildə vəfat etmişdir və Qabaqçöl qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Balakən rayon İcra Hakimiyyəti Başçısının Xalatala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ** fevral 2025-ci il tarixli, 67 nömrəli arayışdan görünür ki, *5 aprel *993-cü ildə tərtib olunmuş *9 saylı doğum haqqında akt qeydində 30 mart *993-cü il təvəllüdlü X2 ata qrafasında adı qeyd olunan X*2 ilə AA******* saylı şəxsiyyət vəsiqəsində adı qeyd olunan Ərizəçi eyni şəxsdir. Maraqlı şəxs* tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 05/69-44 nömrəli arayışdan görünür ki, 30 mart *993-cü ildə Balakən rayonunun Xalatala kəndində anadan olmuş X* ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X22 "Balakən Rayon Mərkəzi Xəstəxanası" X22 tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli arayışda göstərilmişdir ki, X2 ölümü barədə məlumat qeydə alınmamışdır. X6 məxsus qəbrin fotoşəkildən görünür ki, onun ölüm tarixi 3*.05.*996-cı il kimi göstərilmişdir. JN-5** Kod 40**50*8 saylı Torpağa Mülkiyyət Hüququna X2* görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 3* iyul *998-ci il tarixli 09 saylı qərarı ilə Balakən rayonu Xalatala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.4* ha torpaq sahəsi Ərizəçi, X3, X7, X8, X** və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçinın qızı 30.03.*993-cü il tarixdə doğulmuş X2 3*.05.*996-cı il tarixdə Balakən rayonunun Xalatala kəndində kəndində vəfat etmiş, Qabaqçöl kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçinin mərhum qızının ölümü haqqında tibbi şəhadətnamə alınmadığından Maraqlı şəxs* onun ölümü haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, 30.03.*993-cü il təvəllüdlü X2 3*.05.*996-cı il tarixdə Balakən rayonunun Xalatala kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 30.03.*993-cü il təvəllüdlü X2 3*.05.*996-cı il tarixdə Balakən rayonunun Xalatala kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar