Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-406/2025 28.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1,Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə2 iştirakları ilə, Ərizəçi ölüm faktının qeydə alınmasına dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X3nun 10 dekabr 2020-ci ildə Balakən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o,Ərizəçi 19 avqust 1955-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. X2, anası X15 olmuşdur. X20 onun qardaşı olmuşdur. X20 xx.xx.1951-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, X2, anası X7 olmuşdur. X3 Rusiya Federasiyasının vətəndaşı olmuş, eyni zamanda ünvan 1 ünvanda qeydiyyatda olmaqla öldüyü vaxtadək orada yaşamışdır. Murad Sabirov 1995-ci ildə X8 ilə qeyri-rəsmi nikahla evlənmiş, onların övladları olmamışdır. X3 xx.xx.2020-ci ildə Balakən rayonunda vəfat etmişdir. Lakin onun ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. X6 xx.xx.1998-ci ildə ölmüşdür. X3 xx.xx.1996-cı ildə X6na məxsus olan ünvan 2 ünvanına qeydiyyata düşmüş, öldüyü xx.xx.2020-ci ilədək orada qeydiyyatda olmaqla yaşamışdır. Həmin ünvanda 0.09 ha torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Balakən şəhərində torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmamışdır. 1996-2000-ci illərin təsərrüfatbaşına kitabdan çıxarışdan da görünür ki, X16 təsərrüfat başçısı kimi qeyd edilmiş, onun təsərrüfatında X20, onun gəlini X8 qeydiyyatda olmuşdur. Hazırda həmin təsərrüfatda olan 0.09 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaqla X16 və X9 miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. X9 miras qalmış əmlaka vərəsəlik işinin açılması ilə bağlı Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Səbuhi Məmmədov xx.xx.2025-ci il tarixdə 321 saylı arayış təqdim edərək X10 ölüm faktını müəyyən edən sənədi təqdim etdikdən sonra müraciətə baxılacağı qeyd edilmişdir. X10 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 10 dekabr 2020ci ildə ölmüş X10 ölümünün qeydə alınmasından imtina etmişdir. Eyni zamanda 10 dekabr 2020-ci ildə ölmüş X10 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Bununla bağlı X13 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X34 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X31 müraciət edilmiş, Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X34 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X32 tərəfindən xx.xx.2024-cü il tarixli arayışda X10 ölüm hadisəsi ilə bağlı məlumatın qeydə alınmadığı qeyd edilmişdir. Buna görə X10 ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili X26 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə2 izahatında göstərdi ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə şöbəyə müraciət edərək xx.xx.2020-ci ildə vəfat etmiş X3nun ölümünün şöbədə qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona atasının ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur.Ərizəçinin X3 2020-ci ilin dekabr ayında ölmüşdur. O, ərizəçinin yas mərasində qonşu kimi iştirak etmişdir. X1 şəhərində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qonşusudur. Ərizəçinin qardaşı X27 xx.xx.2020-cü il tarixdə ölmüş və Balakən rayonunda dəfn edilmişdir. X1 şəhərində dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-8-15-S-912/2045 nömrəli məktubda göstərilmişdir: “Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixdə daxil olmuş müraciətinizə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş qardaşınız X10 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir .Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193,194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxanda göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş qardaşınız X10 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X34 Balakən Rayon Mərkəzi Xəstəxanası X34 tərəfindən Ərizəçi ünvanlanmış 26 sentyabr 2024-cü il tarixli 18-1-27/2-S-401-31-290/2024 nömrəli məktubda göstərilmişdir ki: “Ərizəçi Hacıyov oğlunun ölümünün araşdırılması haqqında ünvanladığınız sorğuya əsasən bildiririk ki, qeyd edilən ölüm hadisəsi ilə bağlı məlumat “Balakən Rayon Mərkəzi Xəstəxanası” X32ndə qeydə alınmamışdır.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon icra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 12 fevral 2025-ci il tarixdə verilmiş 236 nömrəli arayışda göstərilmişdir ki, “Verilir Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Balakən Rayon Məhkəməsinə ondan ötrü ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə olan əhalinin qeydiyyat kitablarında həqiqətən şəhərin Z.Əliyeva küçəsi (keçmiş Qaqarin küçəsi) 46 saylı ünvanda aşağıda adları qeyd edilmiş şəxslərin qeydiyyatda olması haqqında məlumat aşkar olundu :1996-2000- ci illər üzrə əhalinin qeydiyyat kitabından çıxarış X16 - ailə başçısı. Təvəllüdü 1905. X20 - oğlu.Təvəllüdü - 1951.xx.xx.1996-cı ildə qeydiyyata düşüb və xx.xx.2020-ci ildə vəfat edib.B.X8gəlini.Təvəllüdü - xx.xx.1965. Qeyd: mərhum X20 vəfat etdiyi günədək yuxarıda göstərilən ünvanda yaşamışdır. Həmin ünvanda 0.09 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Balakən şəhərində torpaq islahatı zamanı həmin torpaq sahəsinə Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbğaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 12 fevral 2025-ci il tarixdə verilmiş 321 nömrəli arayışda göstərilmişqdir ki: “X4 münasibətdə vərəsəlik işinin açılması ilə əlaqədar xx.xx.2025-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk kı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən mıras fiziki şəxsın ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilinəsi ilə açılır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 93-cü hissəsinə əsasən Miras qoyanın ölüm faktını və mirasın açıldığ, vaxtı təsdıq edən sənədlər aşağıdakılar hesab edilir: Fiziki şəxsin ölumu haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə; şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı. Odur ki, ölüm faktını müəyyən edən sənədi təqdim etdikdən sonra müraciətinizə yenidən baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 avqust 1955-ci il tarixdə verilmiş İ- İE seriyalı 030547 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 19 avqust 1955-ci ildə anadan olmuş,atası X14, anası X15 qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən 18 oktyabr 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 446290 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1998-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 oktyabr 1961-ci ildə verilmiş AZ seriyalı 070218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01 may 1951-ci ildə anadan olmuş, atası X14, anası X7 qeyd edilmişdir. . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 19805 nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumunu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Ərizəçi 19 avqust 1955-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur.Onun X3 xx.xx.2020-ci ildə Balakən rayonunda ölmüş və Balakən rayonunda dəfn edilmişdir. X10 ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir.Ərizəçi qardaşının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qardaşı -01 may 1951-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş X10 10 dekabr 2020-ci il tarixdə Balakən rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qardaşı -01 may 1951-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuş X10 10 dekabr 2020-ci il tarixdə Balakən rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet də yerləşdirməklə vasitəsi ilə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-406/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-406/2025
28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver