Məhkəmə qərarları › İş №e-2(019)-411/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-411/2024

07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-411/2024 07.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Dibirova (Gülüyeva) Məlahət Həsrət qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: Dibirova (Gülüyeva) Məlahət Həsrət qızı, Maraqlı şəxs1 maraqlı şəxs kimi göstərilməklə, həmçinin Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs1 xx.xx.2012-ci ildə anadan olmuş X5, xx.xx.2014-cü ildə anadan olmuş X6 və xx.xx.2017-ci ildə anadan olmuş X9 münasibətdə valideynlik hüququndan məhrum edilməsi və həmin uşaqların onun soyadına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 65.1-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 65.2-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. İş materiallarında olan Ərizəçi ilə X13 arasında mediasiyada bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Tərəflər Mediasiya sessiyasinda iştirak etdilər. Sazişin Nəticələri: Valideynlik hüqündan məhrum etmə - X2 və Dibirov X4 hüququndan məhrum etmə və uşaqların ana X1 keçirilməsinə heç bir etiraz etmir.- X2 və Maraqlı şəxs1 Nurəddin oğlu birgə nigahdan dünyaya gələn xx.xx.2012-ci il X10 ,xx.xx.2014-cü il doğumlu X11 və xx.xx.2017-ci il doğumlu X8 - ata Maraqlı şəxs1 Nurəddin oğlu uşaqların üzərində olan bütun hüqularindan imtina etməyə və Soyadinin ananin soyadına keçirilməsinə razıliğini bildirdirərək etiraz etmir.- Lakin valideyinlik hüququndan məhrum etmə və uşaqlarin soyadinin ana X1 dəyişdirilməsi Məhkəmənin müstəstəna səlahiyyətində olduğu üçün tərəflər razılaşır ki uşaqların anası X7 bununla əlaqədar olaraq məhkəməyə müraciət edəcəkdir. Belə halda uşaqların atası Maraqlı şəxs1 Nurəddin oğlu iddiaçı (ərizəçi) X3 tələbini qəbul edir. Hazırki iddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixli barışıq sazişində tərəflər arasında valideyinlik hüququndan məhrum etmə və uşaqlarin soyadinin ana X1 dəyişdirilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23-355-26-cı maddələrinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməlidir. Qanunvericiliyin tələbinə görə belə ərizələr xüsusi icraat qaydasında ərizə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır və barışıq sazişi və ya onun bir hissəsi təsdiq edildiyi təqdirdə o, məcburi icra olunmalıdır. Qanunvericiliyin tələbinə görə valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edildiyi üçün valideynlik hüquqlarından məhrum etmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlər də hazırki ərizənin qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyini göstərməklə bu ərizənin qaytarılması üçün əsasdır. Belə ki, ərizəçi xüsusi icraat qaydasında yalnız barışıq sazişinin təsdiq edilməsi haqında ərizə ilə məhkəməyə müraciət edə bilər ki, bu zaman ərizədə mediator mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində deyil, maraqlı şəxs qismində göstərilməlidir. Barışıq sazişində həll olunmayan məsələ ilə bağlı isə ərizəçi tərəfindən iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Dibirova (Gülüyeva) Məlahət Həsrət qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, Dibirova (Gülüyeva) Məlahət Həsrət qızına ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək, həmçinin valideynlik hüquqlarından məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: Dibirova (Gülüyeva) Məlahət Həsrət qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; Dibirova (Gülüyeva) Məlahət Həsrət qızına ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək, həmçinin valideynlik hüquqlarından məhrum etmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar