Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-416/2024 06.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 katibliyi, Ərizəçi, Balakən rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının qeydə alınmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək qardaşı X6 xx.xx.2005ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. xx.xx.1960-cı ildə anadan olmuş X13 onun qardaşıdır. X13 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və Balakən rayonu Qullar kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir.Öz səhlənkarlıqlarından onun ölüm haqqında tibbi şəhadətnaməsini almamışlar.Onun ölüm haqqında akt qeydi Balakən rayon qeydiyyat şöbəsində aşkar edilməmişdir. X4 Balakən rayonu Qullar kəndində yerləşən torpaq sahəsi miras qalmışdır.Hazırda qardaşı X6 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanlarında miras əmlaka vərəsəlik işi açılması və miras əmlakı rəsmiləşdirmək mümkün deyildir.O,qardaşı X6 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Balakən rayon Qeydiyyat Şöbəsi ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə xx.xx.2005-ci ildə ölmüş X6 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda xx.xx.2005-ci ildə ölmüş X6 ölümünün qeyd edilib-edilməməsi və ya qeydə alınmasının mümkün olub-olmaması ilə bağlı Balakən Rayon Mərkəzi X17 Şəxsinə rəsmi müraciət etmişdir. Balakən Rayon Mərkəzi X17 Şəxsi xx.xx.2004-cü il tarixli məktubunda göstərmişdir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasının Arxiv bölməsində Qullar kənd sakini olmuş X6 ölümü barəsində məlumat qeydə alınmamışdır. Buna görə X6 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, qardaşı X6 ölüm faktının təsdiqi ona deyil, qardaşı Asifin arvadı X2 lazımdır. Belə ki, X4 torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Miras əmlakın sənədləşdirilməsi üçün X3 notariat kontoruna müraciət etmiş, lakin X6 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik işinin açılması mümkün olmamışdır. X1 Federasiyasının vətəndaşı olduğundan qardaşının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə o müraciət etmişdir. Miras əmlakdan ona heç bir pay verilməyəcəkdir, o, qardaşı arvadına kömək etmək üçün bu ərizəni vermişdir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki,Ərizəçi xx.xx.2023-cü il tarixdə şöbəyə müraciət edərək xx.xx.2005-ci ildə Balakən rayonunun Qullar kəndində vəfat etmiş qardaşı- X7 ölümünün şöbədə qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona qardaşının ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qaynıdır. Ərizəçinin qardaşı X13 onun əri olmuşdur. Asif Bəhrəmov 02 fevral 2005-ci ildə ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur.X6 ölüm faktının təsdiqi Ərizəçi deyil, ona lazımdır. Belə ki, X4 torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Miras əmlakın sənədləşdirilməsi üçün X6 ölüm haqqında şəhadətnaməsi lazımdır. Asifin ölümü isə qeydə alınmamışdır, O, Rusiya Federasiyasının vətəndaşı olduğundan ərinin ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edə bilməmişdir. Qaynı Azim ona kömək etmək üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.Miras əmlakdan Azimə heç bir pay verilməyəcəkdir, Torpaq sahəsi və ev onun mülkiyyətinə keçəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, onun qohumudur. Ərizəçinin qardaşı X13 02 fevral 2005-ci ildə Balakən rayonu Qullar kəndində ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-15-132/2024 nömrəli məktubda göstərilmişdir: “Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.2005-ci il tarixdə vəfat etmiş qardaşınız X6 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193,194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi , konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölum haqqında məlumat tibb müəssisəsi tərəfinən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.Qeydiyyat Şöbəsi AzərbaycanRespublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alınır.Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2005ci il tarixdə vəfat etmiş qardaşınız X6 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə edilir.” İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 fevral 2024-cü il tarixdə verilmiş 05/69-60 nömrəli arayışdan görünür ki, xx.xx.1960-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 100 nömrəli arayışdan görünür ki, mərhum X14 həqiqətən Qullar kəndində xx.xx.2005-ci il tarixdə dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd soveti tərəfindən xx.xx.1960-cı il tarixdə verilmiş İ-İE seriyalı 808424 nömrəli doğum haqqında şəhadətinamənin surətindən görünür ki, X13 xx.xx.1960-cı ildə anadan olmuş, atası X5, anası X10 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd soveti tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə anadan olmuş, atası X5, anası X10 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Balakən rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Balakən rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə ünvanlanmış 13 fevral 2024-cü il tarixli 18- 1-27/2-99/2024 nömrəli məktubunda göstərilmişdir ki,”Balakən RMX-nin Arxiv bölməsində Qullar kənd sakini X7 ölümü barəsində məlumatı qeydə alınmamışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki,məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. Onun qardaşı X13 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və Balakən rayonu Qullar kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. X6 ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır. X4 torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Miras əmlakın sənədləşdirilməsi üçün onun arvadı X3 notariat kontoruna müraciət etmiş, lakin X6 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəlik işinin açılması mümkün olmamışdır. X1 Federasiyasının vətəndaşı olduğundan ərizəçi Bəhrəmov X11 Bəhrəmovanın mənafeyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, qardaşı X6 ölüm faktının müəyyən edilməsinin Ərizəçi üçün heç bir hüquqi nəticə doğurmamasını, onun bu ərizəni qardaşı arvadı Şümeysət Bəhrəmovanın mənafeyi üçün verməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi ölüm faktının qeydə alınmasına dair ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizəçi ölüm faktının qeydə alınmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-416/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-416/2024
06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver